"Qara bağlı" QARABAĞIM

"Qara bağlı" QARABAĞIM

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir.

 "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" adı ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdə) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinəƏsgəran rayonuXocavənd rayonuAğdərə rayonuŞuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının(Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq CümhuriyyətininAzərbaycan Sovet Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının da tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı (11 min km²) Ermənistan Respublikasının işğalı altındadır.

            Qarabağ, 1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdən biridir. Ermənidilli mənbələrdə adı Arsax kimi işlənir.Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan Kitabi-Dədə Qorqud dastanı da sübut edir.

Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımlar törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəvi şəkil aldı. 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq, azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində, uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik qrupu ilə də birləşərək, azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başlatdılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbaycan xalqına çox ağır zərbə vurdu.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni "siyasətçilərinin" susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu, "siyasətçilər" onları qabağa verdilər. Hətta, 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edilmiş, lakin bu əsilsiz iddialar təmin edilməmişdir.

            1988-ci ilin əvvəllərindən başlayaraq DQMV-də Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiası irəli sürüldü. Ermənistan adlandırılmış qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycandan 10 minlərlə soydaşımız öz tarixi-etnik ərazilərindən deportasiya edildi.Ermənistan SSR Ali Soveti1988-ci ilin iyulunda, konstitusiya qaydalarını pozaraq, DQMV-nin Azərbaycanın tərkibindən çıxması, 1989-cu ildə isə Ermənistana birləşdirilməsinə dair qərar qəbul edərək böyük bir özbaşınalığa imza atdı. Silahlandırılmış erməni quldur dəstələri yerli azərbaycanlı əhalini Dağlıq Qarabağ ərazisindən - öz doğma yurd-yuvasından çıxarmaq üçün təzyiqgöstərici fəaliyyətlərə başladı.1991-ci ildə isə erməni silahlı birləşmələri açıq hərbi əməliyyatlara başladılar. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum - oyuncaq «Dağlıq Qarabağ Respublikası»nın yarandığını elan etdilər. 1992-ci ildə Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladılar.Erməni və rus hərbi birləşmələri 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini işğal etdilər, fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiya Federasiyasının Stepanakertdə (Xankəndində) yerləşən silahlı qüvvələrinin 366-cı alayının iştirakı ilə əhalisinin hamısı (7 min) azərbaycanlı olan Xocalı şəhərini yerlə-yeksan etdilər. Ermənilər dinc mülki əhalini dəhşətli soyqırıma məruz qoydular.

            1992-1993-cü illərdə Dağlıq Qarabağ ərazisi və Azərbaycanın digər 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən işğal olundu.Ermənistan hərbi qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan Respublikasının torpaqlarının 20%-i işğal olundu, 20 min nəfərdən artıq insan öldürüldü, şəhid düşdü; 50 min nəfərədək adam yaralandı və şikəst oldu, 1 milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, 4581 nəfərdən çox adam əsir və itkin düşdü.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz