Həssas Könüllərin İman Hərarəti

Həssas Könüllərin İman Hərarəti

Uca Allah (c.c.) Qurani-Kərimdə belə buyurur:

  “Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (itaətkar bəndə kafirlərlə birdirmi?). De: heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi? (Allahın dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar”. (əz-Zümər, 9).Aləmlərin Rəbbi olan Uca Allaha şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz.Muhammədə salətu-salam olsun.

  Möminlərin əmiri Hz.Ömərin (r.a) dövründə İran vilayəti fəth edildi. Əldə edilən böyük miqdarda qənimət malı Hz.Ömər (r.a) tərəfindən ümmətin ehtiyac içində olanlarına paylandı. Özünə isə əsla bir şey götürmədi. Evinə gecə vaxtı dönə bildi. Ev əhli Hz.Öməri (r.a) əliboş görüb belə söylədilər: “Nə üçün bizlərə heç olmasa, bir neçə dirhəm dəolsa gətirmədiniz? Yemək üçün evdə heç bir şey yoxdur”. Bəlkə, kimsə bu vəziyyətdə nəfsinə deyinərək haqqı olduğu şeyi götürmədiyinə görə özünə məzəmmət edə bilərdi. Lakin Hz.Ömərin iman nuru ilə aydınlanmış şəxsiyyəti bir istisna təşkil edirdi. Keçmiş olduğu həyat yolu mükəmməl bir tərbiyəçi kimi gözlərinin önündə canlanmaqda idi:

“Ta Ha. Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik. (Biz onu Allahınəzabından) qorxan bir kimsəyə yalnız öyüd nəsihət olaraq  (göndərdik). O yeri və uca göyləri yaradandan nazil olub. Rəhman ərşi yaradıb hökmü altına almışdır. Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur”. (Ta Ha, 1-6)

Hz.Ömərin qatı qəlbi bu çəkildə ilahi kəlamın möhtəşəmliyi qarşısında əriməyə başlamışdı. İlahi kəlam isə bütün ehtişamı ilə, qəlbi daha dərin acizliyə və təslimiyyətə vadar edəcək hökmləri ilə insan övladına öz yerini bildirməkdəydi:

“(Ey insan) sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da heç bir fərqi yoxdur).Çünki Allah sirri də,sirdən daha gizli olanı da bilir. (Allah nəinki qəlblərin sirlərindən,hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır). Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar yalnız ona məxsusdur”. (Ta Ha, 7-8)

Dünya və axirətin yeganə Rəbbi olan uca Allahın (c.c) hüzurunda müdhiş  bir sarsıntının qəlbləri bürüdüyü o günün dəhşətindən ilahi himayəyə sığınma həyəcanı, bu dünyada nəfsi islah edib qəlbi uca Rəhmanın istəklərinə ram edə bilmək üçün onu iman hərarətində yetişdirmək əzmi, iman ilə şərəfləndirdikdən sonra Hz.Öməri (r.a) bir an belə tərk etməmişdir:

“O saat (qiyamət günü) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kimsə səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan”.(Ta Ha, 15-16)

İlahi istəyin  həssas tələbləri qarşısında tir-tir titrəyən  möminlərin əmiri məhvə məhkum olmaqla qurtulma arasındakı incə tarazlığı, yəni mömini məhv olma təhlükəsindən qoruyacaq ana xətti ilahi yardımla qəlb yaddaşına həkk etdirdiyini bəyan edən bu açıqlamanı etdi:

“Ey xanım! Uca Allahın (c.c) Quranda buyurduğu o tayfadan olmaqdan qorxdum ki, Rəbbimiz kəlamında onları belə tanıtmışdır:“Dünya həyatında gözəl nemətləri yeyərək yaxşı işlərin savabını puç etdirdiniz. Onlardan faydalandınız və qürurlanaraq yer üzündə günah işlədiniz. Bu gün şiddətli əzab ilə cəzalanacaqsınız”.(əl-Əhqaf, 20)Yenə də dünyada məğrur olub aldananlardan olmaqdan qorxdum. Rəbbimiz buyurur ki:“Dünya sizi aldatmasın”. Qiyamət günü Rəsulullahdanuzaq qalmaqdan qorxdum. Rəsulullah:“Ey Allahım! Məni miskin yaşat və miskin olaraq da öldür. Qiyamət günü miskin olduğum halda miskinlər zümrəsi ilə həşr eylə”-deyə buyurdu”.

Bu müdhiş davranışı ilə Rəbbinin rizasını uman Hz.Ömər (r.a) baxdı ki, evdə yeməyə heçnə yoxdur. Bayıra çıxdı. Məscidə gedib minbərə qalxdı, yüksək səslə əssalat deyib xütbəyə başladı:“Ey insanlar! Qiyamət qorxusu olmasaydı, qorxaraq çəkindiyimiz işlərin əvəzinə başqa işlər bizləri məşğul edərdi. Lakin qiyamət qorxusu bizi oyanıq hala gətirdi. Nəfsani istəklərimizə tabe olmadıq”. Sonra davam etdi:“Kim mənə iki dirhəm borc verə bilər? Onunla bu gecənin ehtiyacını ödəyim. Mənim evimdə bu gecə yeməyə heçnə yoxdur”. Əshab xəlifənin sözlərini eşitdi. Beytülmalın (dövlət xəzinəsinin) dolub daşdığı bu zamanlarda xəlifənin sərgilədiyi iman hərarəti, qəlbindəki iman səfərbərliyi onları göz yaşlarına qərq etdi. Çox ağladılar. Sonra Abdurrahman bin Avf qalxıb ona iki dirhəm verdi.

Əmanətə əsla xəyanət etməyən (əl-Bəqərə, 177) malları və canları ilə cihad edən (ət-Tövbə, 15) Allahın (c.c) əhdini yerinə yetirən ( ər-Rad, 20) – qəhrəmanlar kimi məhd edilən bu haqq dostlarının iman hərarəti ilə hazırladıqları mənəvi qurtuluş şərbətini doya-doya içməklə bu hərarətin nəbzini tutmaq mümkündür. Mövlana həzrətləri haqq dostlarının nəsihətlərinə könül verilməsinin vacibliyini bu şəkildə vurğulamaqdadır:

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz