Mətbuat Tariximizə Qisa Baxış
Məlum olduğu kimi, Azərbaycan milli mətbuatının başlanğıcı 1875-ci ildə Həsən bəy Zərdabinin çıxardığı "Əkinçi" qəzeti ilə bağlıdır. "Əkinçi"nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi "Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.
"Əkinçi" özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" kimi nəşrlər "Əkinçi" ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. Sovet dövrünün araşdırıcıları ideoloji yöndən bu qəzet və dərgiyə yanaşaraq obyektivlikdən kənar fikirlərə rəvac vermişlər. Ancaq Ünsizadələrin nəşr etdiyi mətbu orqanlar İslam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı xalqın maariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına, ədəbiyyata yeni baxışın formalaşmasına əsaslar yaratdı, mətbəəçilik işi quruldu.
1903-cü ildə"Şərqi-rus"un fəaliyyətə başlaması, ətrafına demokratik dünyagörüşlü qələm sahiblərini, məxsusi olaraq Cəlil Məmmədquluzadəni, Ömər Faiq Nemanzadəni, M.Ə.Sabiri, A.Səhhəti, F.Köçərlini ətrafına cəm etməklədövrün yeni jurnalist nəslini yetişdirdi, "Molla Nəsrəddin"in intişarına müəyyən hazırlıq işləri gördü. “Həyat”ın, "İrşad"ın, “Füyuzat”ın nəşri milli ideologiyanın, dövlətçilik təfəkkürünün formalaşmasına, insan hüquqlarının qorunmasına, azad sözün inkişafına xidmət etdi. "Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq" şüarını əsas ideya-siyasi istiqamətləri kimi qəbul edən, Avropanın inkişaf qanunlarını cəmiyyətə aşılayan bu tip mətbu nümunələr ideya şəklindəolan Azərbaycan Xalq Cümhuriyyətinin timsalında dövlət quruluşunun siyasi, fəlsəfi cizgilərini yaratdı. "Molla Nəsrəddin" xalq ruhunu, demokratiyanı vəxalqın daxili mənəvi dünyasını özündəəks etdirirdisə, "Füyuzat" milli varlığın, türkçülüyün rəmzi, əsas təbliğat vasitəsi idi.
"Həyat" qəzetinin 1906-cı il sentyabr ayının 3-də çıxan sonuncu sayında belə bir elan vardı: "Həyat" qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə "Füyuzat" namı ilə ədəbi, fənni, ictimai, siyasi bir həftəlik məcmuə intişara başlayacaqdır:" "Füyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabr ayının 1-dən Bakıda nəşr olunmağa başladı. "Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər həftəlik türkcə məcmuəyi-islamiyyə" olan "Füyuzat" redaksiyası Nikolayevski küçəsində Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşirdi.
Bir tərəfdən Şərq xalqlarını bürüyən cəhalət və ətaləti satiranın acı gülüşü ilətənqid edib, xalqı oyadıb yolunu tərəqqiyə doğru istiqamətləndirmək üçün yeni istiqamətli mətbu orqana ehtiyac vardı.Gənc jurnalist Cəlil Məmmədquluzadə belə bir ehtiyacı görərək 1906-cı ilin fevral ayının 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" jurnalının çapına icazə istədi. Jurnalın nəşrinə razılıq verildi və bu xəbər 1906-cı ilin fevralın 24-də "Novoye bozreniye" qəzetində, elə həmin ayın 26-da "Kafkazskoye utro" qəzetində dərc olundu.1906-cı ilin mart ayının 4-də "Molla Nəsrəddin"in çapı üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın proqramı bu şəkildə müəyyənləşdirilmişdir. 1. Məqalələr; 2. Kəskin tənqidlər; 3.Felyetonlar; 4.Məzhəki şeirlər; 5.Məzəli teleqramlar; 6 Satirik hekayələr; 7.Lətifələr; 8.Poçt qutusu; 9.Məzhəki elanlar; 10.Xüsusi elanlar; ll. Karikatura və illüstrasiyalar.
1915-ci ildə nəşrə başlayan "Açıq söz" isə milli kimliyin, istiqlalın, cümhuriyyətçiliyin təcəssümü kimi ortaya çıxaraq xalqın siyasi hüquqlarının təminininin vacibliyini irəli sürdü. Özündən əvvəlki mətbu orqanlar xalqın tərəqqi və nicatını mədəni, elmi, mənəvi və iqtisadi inkişafda görürdüsə, "Açıq söz" bu sıraya xalqın siyasi hüquqlarını da əlavə etdi.
Cümhuriyyət dövrü mətbuatı (1918-1920)
XX əsrin əvvəlində başlayan istiqlal hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji-siyasi mübarizələr meydanında yarandı. Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az idi. 1918-ci ilin 31 mart hadisələrinədək Azərbaycanda 15-ə yaxın ana dilindəqəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzet və jurnalların sayı 80-i ötüb keçmişdi. Partiyalaşma prosesinin sürətləndiyi bu illərdə demək olar ki, müxtəlif istiqamətli, siyasi-ideoloji dünya görüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqraflarının apardıqları araşdırma vətədqiqatların nəticəsində maraqlı bir mənzərə yaranır. Belə ki,milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, AXC-nin 23 aylıq hakimiyyət dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdu.Təəssüf ki, Azərbaycan Demokratik Respublikasının ömrü qısa oldu və ölkədə qurulanSovetrejimi bütün sahələr kimi milli mətbuatın da boğulmasına gətirib çıxardı.
1969-cuil:Mətbuatın inkişafında dönüş nöqtəsi
1920-ci ildə qurulan Sovet rejimi ilk vaxtlarda ölkənin ziyalılarının xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasına və mütərəqqi, demokratik fikri boğmağa başladı.Rejimin rəhbərləri ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd edirdilər.1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər.
Sonrakı dövrlərdə isə artıq Sovet təbliğatı tam şəkildə öz istəklərini tətbiq etməyə başladı. Düzdür, ali məktəb səviyyəsində jurnalistika tədris edilsə də, Azərbaycan dilinin artıq sıradan çıxmaq üzrə olması, get-gedə milli vətənpərvərlik hisslərinin boğulmasına cəhd göstərilməsi Azərbaycanda mətbuatın inkişafında böyük maneələr yaradırdı. Bununla belə totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından müəyyən yol qət edildi.1969-cu ilin 14 iyulunda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi digər sahələr kimi, mətbuatın inkişafında da əsaslı dönüş yaratdı.Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı.
Müasir dövr mətbuatı.
Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Azərbaycanın mətbuatının da taleyi keşməkeşli oldu.Həmin dövrlərdə mətbuatın necə böyük çətinliklərlə üzləşdiyi hamıya bəllidir.1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başını qara buludlar aldı. Təsadüfi şəxslərin müəyyən vəzifələrə gəlməsi, ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi.Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu.1993-2003-cü illərdəisə Müasir Azərbaycan mətbuatı dünya standartları səviyyəsinə yüksəldi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu.Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı.Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı.
Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir.Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə ölkəmizdə “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
İstinad olunan mənbələr;
1.Akif Aşırlı – Azərbaycan Mətbuat Tarixi (1875 – 1920)
2.www.yeniazerbaycan.com
3.www.oxu.az
ŞƏRHLƏR