Media və həyatimizdakı yeri

Media və həyatimizdakı yeri

Günümüzdə istər yazılı və visual yayın orqanları olsun, istərsə də internet resursları və sosial media olsun hər cür informasiya vasitələrinin istifadəsi son dərəcə vacib, nə cür istifadə edildiyi məsələləsi isə bir o qədər əhəmiyyətli hesab edilir.

 İnsanların günlük həyatının vazkeçilməz və əvəz edilməz bir parçası olan media şübhəsiz düzgün və üsuluna uyğun istifadə edildiyi müddətcə olduqca yararlı informasiya mənbəələridir. Ancaq bu hər zaman belədir mi? Bu sualın cavabındacəmiyyətin müxtəlif spektrləri üçün fərqli mənzərələr və tabloların gizli olduğunu görməmiz mümkündür.

İnformasiya savaşlarının pik həddə çatdığı günümüzdə iqtisadi gücü də arxasına alan qüvvələr cəmiyyətin bəlkə daha çox ehtiyac duyduğu informativ resurslardan çox sadəcə həmin qüvvələrin güclərinə qüc qatacaq informasiyaları istənilən zaman və zəmində çatdıramağa qadir və bunun üçün də var gücü ilə çalışırlar. Günümüzdə məhz hədəf kütlənin daha çox ya üçüncü dünya ölkələri, yaxud da İslam ölkələrinin də daxil olduğu şərq yarımkürəsindən ibarət olduğunu görə bilərik. Bu isə bərabərində sistemli və planlaşdırılmış bir mövqeyin var olduğundan xəbər verir. Artıq yazılı yayın orqanları demək olar ki virtual platformadan bir xeyli geriyə düşməyə başladı. Müasir texnologiyalarla istehsal edilmiş televiziya və yayınlarla bərabər internet yayınları güc mənbələrinin əmrində hazır olaraq istifadə edilir. Bilgi və informasiya həmin mənbəələrin istədiyi şəkil və formatda cəmiyyətin diqqətinə çatdırılır. Bu gün televiziya bizə çox rəngli bir vasitə kimi yansısa da həqiqətdə “qara” rəngin daha dominant olduğunu görməmiz mümkündür. İstədiyimizdən daha çox istəmədiyimiz informasiya və görüntülərin 24 saat evimizdə, iş yerimizdə, cibimizdə və demək olar ki, hər mühitdə cövlan etdiyini görürük. İstəməyərək də olsa qəbul etdiyimiz bu informasiyaların özündə əks etdirdiyibu “rəngə” qarşı heç bir tədbir almamağımız isə vəziyyəti daha da qəlizləşdirir. Vəziyyət getdikcə içindən çıxılmaz hal almağa başlayır.

Bir çox halda özümüzü və daha da vacibi övladlarımızı TV və internet resurslarından təlim-tərbiyə vasitəsi kimi istifadə etdiyimizi düşünürük. Əlbəttə bu belədir. Ancaq bəzən qeyri-ixtiyari olaraqmənsub olduğumuz inanc və yaşam tərzimizə uyğun olmayan qeyri-əxlaqi görüntülərlə qarşı qarşıya qalmaq mümkündür.

Oxumaq və görmək istədiklərimizdən daha çox bu resursları öz hədəflərinə uyğun istifadə edən qüvvələr bunları toplum fərdlərinə ya oxutdururlar və ya görməsi üçün təşviq edirlər. Bu isə qeyri-ixtiyari olaraq insanın planlamadığı bir karakterə bürünməsinə və istəmədiyi bir keyfiyyəti qazanmasına səbəb olur.

Xəbərləşmə və sosial paylaşma şəbəkələrindən istifadə hər keçən gün artmağa davam edərkən artıq virtual yaşam real yaşamı da geridə qoymağa başladı və şübhə yoxdur ki, tədbir alınmadıqca fəsadları getdikcə daha da çoxalacaq. Sosial medianın psixoloji təsirlərinə dair aparılan araşdırmalar maraqlı nəticələr ortaya qoyur:

·      Sosial media istifadəçilərinin 60 %-inin məqsədi, digər insanların nə ilə məşğul olduğunu görmək.

·      955 milyon aktiv istifadəçisi olan Facebook bir ölkə olsaydı Çin və Hindistandan sonra dünyanın ən çox əhalisi olan 3-cü ölkəsi, 307 milyon üzvü ilə Youtube isə 4-cü ölkəsi olardı.

Bu rəqəmlərin nə mənaya gəldiyi yəqin ki, hər kəsə aydındır. Paylaş, paylaş, nəyin varsa paylaş!

·      Sosial media lüzumsuz dedi-qodu söhbətlərini kəskin şəkildə artırdı.

·      Üzsüzlük, utanmazlıq kimi neqativ xarakterlərin çərçivəsini genişləndirdi. Orda ikən başqa biri olmanız mümkündür.

·      Başqasının üzünə söyləyə bilmədiyiniz hər şeyi rahatlıqla orada söyləyə bilirsiniz. Əsəbiləşdikdə bağırmaq əvəzinə twitt atırsınız.

·      Real həyatda sahib olmadığınız kimlik və xarakterinizi başqa ölçülərə daşımaq mümkündür. Normal şərtlərdə başqasının bilməməsi lazım olan məlumatı nəyinsə uğruna paylaşma ehtiyacı hiss edirsiniz.

·      Daha çox görülmə, daha çox eşidilmə arzusu. İzləyən və təqib edənlər çoxaldıqca saylarının daha da çox olması üçün əlavə materialların paylaşılma arzusu. “Nə qədər çox izləyicim varsa, o qədər yaxşıyam” duyğusunu insana təlqin edir və narsist bir  xarakter formalaşmasına yol açır.

·      Üz-üzə görüşmələri azaldaraq insanı yalnızlaşdırdı.

·      Kütlələri hərəkətə keçirərək provakativ çıxışlar və təşəbbüslərlərlə sosial iğtişaşlar yaratmaq, toplumu fəlakətə sürükləmək mümkün.

Heç bir faydası yoxdurmu?

·      Aşırı vərdiş olmadıqca dostluq əlaqələrini sürdürmək və xəbərləşmək üçün istifadə etmək son dərəcə faydalı və zaman itirməmək üçün gözəl vasitədir.

·      Sosial layihələrin həyata keçirilməsi, haqq səsin duyurula bilməsi üçün bir platformdur və s..

Texnologiyanın inkişaf etməsi ilə paralel olaraq insanların həyata baxışı da dəyişir. Xüsusilə internet istifadəsi, məlumatların asan yoldan əldə etmə imkanı, insanların həyatlarını dəyişdirdikcə bir yandan da passivləşdirir. Tək bir düymə ilə edilən alış-verişlər, ödənən fakturalar, yemək sifarişləri...İstəklərimiz, arzularımız daim bir “tık” qədər yaxın..!!!

Sosiallaşdığımızı düşünərkən fərqində olmadan asosial olma yönündə sürətlə irəliləyirik. Arxamızda nələri və kimləri unutduğumuza baxmadan “virtual hərislik” uğruna addımlarımıza davam edirik. Araşdırmalar göstərir ki, zərərli vərdişlərin başında gələn siqaret, alkoqol və narkotik vasitələrin yanına sosial şəbəkələrə vərdiş olmaq da əlavə edilir. Həmçinin bu araşdırmalara görə yuxarıda qeyd olunan zərərli vərdişlərdən uzaqlaşdırılan insanların vücudlarının verdiyi reaksiya ilə internetdən uzaqlaşdırılan insanların verdiyi reaksiyalar paralellik təşkil edir.Aqressiya, depressiya, insanlarla ünsiyyət qura bilməmə və s. bunlardan bir neçəsidir.

            Yazımızın məqsədi əlbəttə ki,bu imkanlardan istifadə etməyə qarşı çıxmaq deyil. Əsas odur ki, nəyi necə və hansı məqsədlər naminə istifadə edirik. Əqidəmiz, düşüncəmiz, milli-mənəvi dəyərlərimizin bizə təlqin etdiyi xüsuslara etina göstərərək mi faydalanırıq bu resurslardan, yoxsa kortəbii olaraq sürü psixologiyasına uyaraq hara getdiyimizi belə təyin edə bilmədən istifadə edirik?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz