BİR AYƏ

BİR AYƏ

يَاأَيُّهَاالَّذِينَآمَنُوااجْتَنِبُواكَثِيرًامِنَالظَّنِّإِنَّبَعْضَالظَّنِّإِثْمٌوَلَاتَجَسَّسُواوَلَايَغْتَبْبَعْضُكُمْبَعْضًاأَيُحِبُّأَحَدُكُمْأَنْيَأْكُلَلَحْمَأَخِيهِمَيْتًافَكَرِهْتُمُوهُوَاتَّقُوااللَّهَۚإِنَّاللَّهَتَوَّابٌرَحِيمٌ

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”.(əl-Hucurat, 12)

İslam dini inanç sistemi olduğu qədər eyni zamanda bir həyat nizamıdır. Bu nizam həm zahiri, həm də daxili dünyamızı tənzimləyir. Yuxarıdakı ayə bunun ən açıq nümunəsidir.

Bu ayədə İslamın əsas məqsədlərindən biri olan toplumun islahının bərqərar  olunmamasına səbəb olacaq ən əsas üç xüsus vardır:

1. Zənnin çoxundan uzaq durmaq:Zənni başda iki qismə ayırmaq lazımdır. Bunun birincisi təşvik olunan zəndir. Hz. Peyğəmbər, “yaxşı zənn imandandır” ( Əbu Davud, Cənaiz, 13, Ədəb, 81) buyurmuşdur. Yenə elə dəqiq olmayan məsələlər olur ki, orada zənni dəlil ilə əməl etmək lazım gəlir. Bundan əlavə şərli insanların təhlükəli olma ehtimalına qarşı onun haqqında sui-zənn etməkdə də zərər yoxdur.

İkinci qisimə girən zənn isə Allahın haram qıldığıdır.  Hz. Peyğəmbər “Allah (c.c.) müsəlmanın qanını, namusunu və onun haqqında sui-zənn etməyi haram qılmışdır” Müslim, Birr, 32) buyurmuşdur. Yenə: “sui-zənndən uzaq durun. Çünkü o sözlərin ən yalanıdır...” buyurulur (Buxari, Ədəb 58). Bütün bunlardan başa düşülür ki, başqaları haqqında heç bir səbəb olmadan sui-zənn bəsləmək haramdır.

2.İnsanların bir-birilərinin sirlərini, eybini araşdırmamaq:İnsanların bilinməsini istəmədiyi yönlərini, ailə həyatını və s.araşdırmaq haramdır.Cəbrayıl (ə.s)-ın belə dediyi rəvayət olunur: “Ya Muhamməd! Əgər biz yer üzündə ibadət etsəydik, üç şeyi edərdik: Müsəlmanlara su vermək, ailəsi olanlara yardım etmək və müsəlmanların günahlarını örtmək”. (Ruhul Bəyan s. 492)  Peyğəmbərimiz belə buyurmuşdur: “İnsanların eyblərini, gizli hallarını araşdırsan, onların əxlaqını pozar, ya da bunun bənzərini etmiş olarsan”. (Əbu Davud, Ədəb 37)

3. Qeybət etməmək:Hz. Peyğəmbər belə buyurmuşdur: “Qeybət, din qardaşın haqqında onun xoşuna gəlməyən söz söyləməkdir. Əgər söyənən söz onda varsa qeybət, yoxdursa iftira olmuş olar.”(Müslim, Birr 70.)

Ayə qeybətin rəzil və alçaq bir şey olduğunu elə bir təmsillə açıqlamışdır ki, bundan daha təsirli söz söyləmək mümkün deyil. Allah burada qeybət etməyi ölü qardaşının ətini yeməklə bərabər tutaraq insanı bu pis əməldən uzaqlaşdırmaq istəmişdir. Hz. Peyğəmbər belə buyurmuşdur: “Ey dili ilə iman edib ancaq imanın qəlbinə yerləşmədiyi şəxslər! Müsəlmanların qeybətini etməyin.  Onların məhrəmlərini araşdırmayın. Bilin ki, kim qardaşının eybini araşdırarsa, Allah da onun eybini araşdırar. Allah da kimin məhrəmini və eybini araşdırarsa, evinin içində də olsa onu rəzil edər”. (Tirmizi, Birr, 85)         

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz