Güllə hədəfi yox,soz hədəfi

Güllə hədəfi yox,soz hədəfi

      Bu yaxınlarda Parisdə məlum karikatura jurnalının redaksiyasında baş verən qanlı hadisədən sonra İslamofobiya və söz azadlığı məsələləri yenidən gündəmə gəldi. Bunun ardınca isə ABŞ-da üç müsəlmanın və Kanadada bir müsəlmanın, daha sonra Kopenhagendə Məhəmməd peyğəmbərin (SAS) karikaturasını çəkmiş rəssama qarşı edilən sui-qəsd və həmin şəhərdə sinaqoqun qarşısında bir yəhudinin öldürülməsi dini zəmində baş verən radikallaşmanın pik həddinə çatmasa da, şiddətli mərhələyə qədəm qoymasından xəbər verir.

Fakt burasındadır ki, əvvəlki illərlə müqayisədə İslama, müsəlmanlara qarşı aktlar daha aqressiv xarakter almağa başlayıb, – yəni dini zəmində baş verən qətllər artıq göstərir ki, hadisələr bundan sonra xaos mərhələsinə də daxil ola bilər.  

Mövcud vəziyyəti belə qiymətləndirmək olar: Qərb öz liberal dəyərlərindən əl çəkmək fikrində deyil, istər Fransa və ya digər Avropa ölkələrində iqtidar və müxalifətdə olan qüvvələri, istərsə də vətəndaş cəmiyyətinin az olmayan kəsimi və mətbuat, dini təhqir edən karikaturaçılığa haqq qazandırır və israrla öz mövqelərindən geri çəkilmək fikrində olmadıqlarını bildirirlər. Bunun bariz nümunəsini Parisdəki faciədən cəmi bir neçə gün sonra məlum jurnalın karikaturalarla bir yerdə bir milyon nüsxəylə təkrar nəşr olunmasını misal çəkmək olar.

Əks tərəfin nümayəndələri isə terror aktlarından (özlərinin təbirincə desək, qisas aktlarından) əl çəkməyəcəyini elan edir. Bu isə o deməkdir ki, faktiki olaraq, nə Qərb, nə də müsəlman dünyası problemin çözülməsi bir yana, onun heç olmasa miqyasının azaldılması üçün effektiv yollar tapa bilməmişdir.

Deməli, yenə ümid daha çox Avropa və Amerikaayətlərini gücləndirirlər, yeni qabaqlayıcı tədbirlər həyata keçirirlə ki, bunun bəzən effektiv nəticələri olur. Amma öncəki fikrimizə qayıdaraq söyləmək olar ki, həmin orqanlar mövcud qanunvericilik səbəbindən islamofobiyaya xidmət edən mətbu orqanlarının işinə qarışmır. Ekstremizmlə mübarizə ilk növbədə Qərbdə yaşayan müsəlman icmasının aktiv nümayəndələrindən asılıdır.

Eyni zamanda Qərb ölkələrində cəmiyyətin demokratik müsəlman kəsiminin də islamofob mətbuatla davamlı dialoquna ehtiyac var. İslamofobiyanın pislənilməsi, bunun bəyanatlar səviyyəsində qınanılması normal haldır, – zatən bu, demokratiyanın göstəricisidir, – amma hələ ki, hər şey pislənmə mərhələsindən o tərəfə keçmir. Bu baxımdan konfliktologiya dili ilə desək, münaqişədə hədəf qrupu İslamofobiyanı təmsil edən mətbuat olmaldır. Sadəcə, onlar güllə hədəfi deyil, təsir gücü olan söz hədəfi olmalıdırlar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz