Əbədi Hüzura Qazanma Məktəbi

Əbədi Hüzura Qazanma Məktəbi

Uca Allah Qurani-Kərimdə belə buyurur.

“Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız”!(Ali-İmran-132)

“Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!”(Muhamməd-33)

Aləmlərin Rəbbi olan Uca Allaha həmd sənalar olsun. Onun Rəsulu Hz.Muhammədəsalətu salamlar olsun. Uca Allaha və onun Haqq Rəsulu olan Muhammədə itaət etmə sənəti, insan övladının dünya və axirət səhnəsində üzünü ağ edəcək əmsalsız bir bəxtəvərlikdir. Təbiidir ki,bəxtəvərliyin dərəcəsi kifayət qədər yüksək olduğundan dolayı onu əldə edərək saxlamaqda insandan böyük bir fədakarlıq tələb etməkdədir. Allah Rəsulu və onun səhabə toplumunun yaşamış olduğu  fədakar bir qulluq məsuliyyətinin əsrlərə daşınan şəkli və ünvanı insanların təsəvvür dərəcələrinə görə müxtəlif olmuşdur. Lakin bu müxtəlifliyin içərisində seçim zorluğu çəkənlərə sadəcə bir ünvanı işarə etmək kifayətdir. Bu, Uca Allahı qəlbən tanıma imanı ehsana çevirə bilmənəfsi daima nəzarət altında saxlama,ilahi təqdirə riza göstərmə,kitab və sünnəyə sarılmasənəti olan təsəvvüfdür. Təsəvvüf Allaha qul olma məsuliyyətini bütün həssas məqamları ilə həmhal olaraq yetişən haqq ərlərininhaqqa dəvət edilənlərə təqdim etdikləri bir dirilik təamıdır. Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər”.(Əraf-181)

Təsəvvüf və mərifəti, xüsusəndə təsəvvüf əhliolan kəsləri anlamaq düşünüldüyü kimi o qədər də asan deyildir. Aşağıdakı misal bunu gözəl şəkildə açıqlamaqdadır.“Təsəvvüf əhli olan sufilərin hallarına etiraz edən bir gənc var idi. Bir gün Zünnun Misri həzrətləri bu gənci yanına çağırdı və əlindəki üzüyü ona verərək belə söylədi .Filan çörəkçinin yanına get və üzüyü bir qızıl qarşılığında ona girov olaraq ver. Gənc üzüyü götürdüvə çörəkçinin yanına çatdıqda onu bir qızıl qarşılığında çörəkçiyə girov vermək istədi. Lakin çörəkçi üzüyə nəzər yetirib yalnız bir dirhəm verə biləcəyini söylədi. Naəlac qalan gənc geri qayıdaraq vəziyyəti Misri həzrətlərinə danışdı. Misri həzrətləri:- O halda filan zərgərə apar, qoy qiymət qoysun dedi. Gənc üzüyü təkrar göturub zərgərə apardı. Zərgər üzüyü görən kimi ona iki min qızıla bərabər qiymət kəsdi. Son dərəcə təəccüblənən gənc qayıdıb vəziyyəti Misri həzrətlərinə danışdı. Baş verən qarşısında təmkinini pozmayan Zünnun Misrigəncə yönəldi - Oğlum,Sufilərin halına dair sənin bilgin çörəkçinin bu üzük haqqındakı bilgisi qədərdir.(Fəridəddin Əttar,Təzkirətul övliya)”.

Təsəvvüfi mərifətə nail olmaqla insanın qazanacağı müstəsna bir qulluq səadətini öz həyatı ilə isbatlayan böyük İslam alimi İmam Qəzzalinin bildirdiyi məqamlar,hər birimizi iman,ehsan və təqva səfərbərliyinə dəvət edən dəyərli örnəkləri cəm etməkdədir.Mənəvi durumunu təftiş edənİmam Qəzzalinin gəldiyi nəticələr, Haqqa doğru yol alan insanları laqeydburaxmayacaq ölçüdə möhtəşəmdir. İmam həzrətləri belə buyurur:

“Öz durumuma nəzər yetirdim.Birdə gördüm ki,dünyəvi əlaqələrə dalaraq batmışam. Bu əlaqələr məni hər tərəfdən sarmışdır. Etdiyim işləri gözdən keçirdim. Onların ən gözəli təlim və tədris idi. Fəqət bu sahədə də əhəmiyyətsiz və axirət yoluna faydası olmayan elmlərlə məşğul olduğumu anladım. Tədris haqqındakı niyyətimi yoxladım. Onun da Allah rizası üçün deyil,mövqe və şöhrət qazanmaq qayəsi ilə olduğuna qənaət gətirdim. Bu halımla uşurumun kənarında qərar tutduğuma və əgər vəziyyətimi düzəltmək üçün hərəkətə keçməzsəm atəşə yuvarlanacağıma qənaət gətirdim. Qəti olaraq yəqin etdim ki, sufilər həqiqətən Allah yolunu tutan,tapan kimsələrdir. Onların gedişləri gedişlərin ən gözəlidir. Getdikləri yolyolların ən doğrusu, əxlaqları da əxlaqların ən təmizidir. Dünyadakı bütün ağıllı insanların ağılları,hikmət sahiblərinin hikmətləri,şəriətin bütün təfərrüatlarını bilənzahir üləmasınınelmləri,(həqiqəti təmsil edən) sufilıərin gedişatvə əxlaqından bir şeyi dəyişdirmək və ya yerinə daha yaxşısını qoymaq üzərə bir araya gəlsələr də buna müvəffəq ola bilməzlər. Onlarınzahir və batinlərindəkihərəkət və duyğuların hamısı nübuvvət qəndilinin (Allah Rəsulu Hz.Muhamməd əleyhissamın) nurundan alınmışdır. Yer üzündə isə nübuvvət nurundan başqa hidayət rəhbəri,nur qaynağı yoxdur”.

Həqiqət çırağı ilə qəlbləri əbədi bir oyanışa səsləyən Mövlana həzrətləri belə buyurur: ”Qurana gözünlə baxarsan sətirləri görərsən, ağlınla baxarsan elmi görərsən, qəlbinlə baxarsan eşqi görərsən, ruhunla baxarsan Rəbbini görərsən”.

“Mənə səni gərək, səni” deyən Rəbb aşiqi Yunus Əmrənin qurtuluş fəryadını,zahiri şəriətdə zirvələrə qalxan İmam Azam Əbu Hənifə həzrətlərinin bütün bunlara baxayaraq Haqqa vasil olma elmini Cəfəri Sadiq həzrətlərindən aldığını bildirən və “Son iki il olmasaydıNuman (özünü nəzərdə tutur) həlak olardı”- deyə səslənən qurtuluş çağırışını duymadan,eşitmədən yaşamaq əlbətdə ki böyük bir ədəbsizlikolardı. Mövlana Həzrətlərinin bildirdiyi məqamları mənalı ömür səhifələrində eyni ilə yaşayan İmam Qəzzali həzrətləri bu müdhiş qurtuluşun sirlərini belə açıqlayır: (Qulluq üfüqündə dərinləşdikcə)gördüm ki  hər şey peyğəmbərlər peyğəmbərinin (Muhamməd əleyhissalamın)ruh feyzinə sığınmaqdan ibarətdir. Gerisi isə sadəcə yalan və boşluqdan , vəhm və xəyaldanibarətdir. Ağıl isəbir heçdir. Sadəcə hüdud...”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz