Anaya Ehtiram

Anaya Ehtiram

 Səhabələrdən Əbu Hüreyrə (r.a) belə rəvayət etmişdir:“Allah Rəsulunun yanına bir nəfər gəlib, insanlar arasında ən çox ilgi və əlaqə qurmağıma və ehtiram göstərilməyə daha çox layiq olan şəxs kimdir? deyə sual verdi. Allah Rəsulu (s.ə.s) ona belə cavab verdi; “Anandır!” O adam; “Sonra kimdir?” deyə soruşdu, “Anandır!” buyurdu. “Sonra kimdir?” dedi, “Anandır!” buyurdu. “Sonra kimdir?” deyincə, “Atandır!” buyurdu.” (Buxari, Ədəb, 2)

Uca AllahbizəÖzünə ibadəti əmr etdikdən sonra ata-anaya ehtiram və hörmət göstərməyi əmr etmişdir. Bu haqda Qurani-Kərimdə belə buyururlur:Biz, insana valideynlərinə yaxşılıq etməsini əmr etdik. Anası onu çox böyük əziyyətlə qarnında gəzdirdi və eyni əziyyətlə dünyaya gətirdi. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz aydır. Nəhayət güclü qüvvətli yaşına çatıb, qirx yaşı olunca belə deyər; “ Mənə və ata-anama verdiyin nemətlərə şükr etməmi, sənin razı olacağın saleh əməllər işləməmi mənə nəsib et. Nəslimdən də əməli saleh şəxslər çıxart. Şübhəsiz ki mən,Sənə tövbə etdim (və Sənə yönəldim) və şübhəsiz ki, mən müsəlmanlardan oldum. ” (əl-Əhqaf,15)

Elə Allah Rəsulunun (s.ə.s) anaya yaxşılıq etməyimizi üç dəfə təkidlə söyləməsi də, Allahın bu ayəsini dəstəkləməsi və eyni zamanda insanları valideynlərinə qarşı itaətkar olmağa dəvət etməsidir. Ayədən və hədisdən də göründüyü kimi anaya ehtiram göstərmək, atadan öncə gəlmiş və səbəbi nə olursa olsun, analara daha çox yaxşılıq və ehtiram edilmək təşviq olunmuşdur.Həqiqətən analar atalara nəzərən fiziki cəhətdən daha zəif yaradılmışdır. Fiziki cəhətdən zəif olmalarına baxmayaraq, mənən güclüdürlər. Öz övladları üçün gecə-gündüz hər bir əzab-əziyyətə dözərək onların bir gülüşü qarşısında bütün əziyyətləri unudurlar.Övladları uğruna öz həyatlarını fəda edirlər. Yetər ki, övladı sağlam və xöşbəxt olsun. Ancaq təəssüf ki, övladı üçün hər bir əzab-əziyyətə dözüb onu bir an olsun ac-susuz, kimsəsiz və himayəsiz buraxmayan analara günümüzdə layiqincə ehtiram və hörmət olunmur, analar öz layiqli yerini tuta bilmirlər. Belə gözəl bir ifadə var;“Analar öz övladlarını doqquz ay bətnində, iki il qucağında, ömür boyu isə ürəklərində gəzdirirlər.” Belə olan halda bir övladın anasını unutması, onu qocalar evinə atması və ehtiyacı olanda yardımına getməməsi necə düşünülə bilər?Ananın haqqı üstümüzdə ataya görə üç qat daha çoxdur. Ona görə deyirlər ki; “Ana haqqı ödənməz, ödəməyə ömür yetməz.”

İldə bir dəfə qadınlar  bayramı günündə anaları, xanımları, qadınları yada salmaq onlara hədiyyələr almaqla onlara layiqincə hörmət etmiş olmarıq. Unutmamaq lazımdır ki,onlar bizim ya cənnətimiz, ya da cəhənnəmimizdirlər. Rəsuli-Əkrəm (s.ə.s) belə buyurur: “ Cənnətin gözəl qoxusu, beş yüz illik məsafədən hiss olunur. Fəqət ata-anasına üsyan edənlərlə, qohum-əqrəbası ilə əlaqəsini kəsənlər bu qoxunu hiss edə bilməzlər.” (Təbərani, Mucəmus-Sağir)

Dünyasını dəyişən analar üçün də edəcəyimiz bir çox xeyirli işlər var. Onlar üçün dua etmək, bağışlanmalarını istəmək, dostlarını ziyarət edib ikram etmək, onların adından nəzir və sədəqələr vermək də onlar üçün edəcəyimiz ən gözəl və savabı bol əməllərdəndir.

Allah-Təala həyatda olan analarımıza xeyirli ömürlər, xəstə olanlara xeyirli şəfalar versin! Dünyasını dəyişənlərdən də öz rəhmətini əsirgəməsin! 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz