Kimdən Qorxmali?

Kimdən Qorxmali?

Qurani-Kərimdə Fələq və Nas surələri muavvizəteyn adlandırılır. Muavvizəteyn Allaha sığınılan iki surə deməkdir.

Fələq surəsində “min şərri mə xaləq – yaradılanın şərindən Allaha sığınıram” ayəsi hər insanın haləti-ruhiyyəsinə və yaşadığı yerin xüsusiyyətlərinə görə fərqli mənalara gəlir. Necəmi?

Axirətə üzüağ köç edə bilmək dərdində olanlar üçün, Qurani-Kərimdəki “nə gözəl qul” iltifatından bir parça qopara bilmək istəyində olanlar üçün nəfs və şeytan dünyanın aldadıcı cazibəsi (masiva) kimi mənalara gəlməkdədir.

Müharibə zonasında yaşayan biri bu ayəni oxuduqda düşmənin bütün şərindən əmin olmaq məqsədi güdər. Qarlı dağlarda gecələyən biri isə qurd, uçqun, donma kimi təhlükələrdən, ilan və timsahlarla dolu bir çayda yol gedən də timsah və ilandan Allaha sığınar.

Gənənin 850 növündən otuzu kırım kongo qanamalı xəstəlik virusu daşıyır. Gənə dişləmiş və ilan vurmuş adamlar həkim müdaxiləsi gözləyərkən “yaradılanın şərindən Allaha sığınıram” ayəsindən gənə və zəhərdən başqa bir şey anlamazlar. “Hökm nəticəyə görədir.” Hədisi-şərifə görə: Yarım xurma ilə cəhənnəmdən qorunma əmr edilmişsə yarım xurmaya maddi dəyərinə görə deyil, doğuracağı gözəl nəticəyə və Allahın neməti olmasına görə dəyər verilir. Açarlar dəmirinə, rənginə və ya işləməsinə görə deyil, açacağı qapılara görə daşınır. Təsbeh, təkkə və səccadə də yarım xurma kimi dəyərləndirilə bilər.

Hz. Peyğəmbər (s.ə.s): “Ey mömin qadınlar, sizdən biri qonşusuna verəcəyi qoyunun ən dəyərsiz yeri kimi görünən hissəsini belə verməkdən vaz keçməsin və verdiyini kiçik görməsin.” hədisiylə də yarım xurma misalında olduğu kimi xeyir işləməkdə böyüklük-kiçiklik, azlıq-çoxluq kimi məfhumların ikinci planda qaldığını vurğulayır.

Bu məsələ şər və günah üçün də keçərlidir. Şər və günahda əsas götürülən azlıq və ya çoxluq deyil. Günahın kimə qarşı işləndiyi və kimin qanunlarının pozulduğudur. Xəstəlikləri düşünsək, fiziki ağırlığı bir qrama çatmayan ölümcül viruslar ağırlığı on minlərlə qram olan insanı yatağa və qəbrə düşürə bilməkdədir. Damarlarda tıxanıqlıq əmələ gətirərək qəlb infarktına səbəb olan laxtaları “bunlar kiçicik parçalardır, heç nə olmaz” deyə kiçik görə bilərikmi?

Dünyada yaşanan donuz qripi qorxusu və hər nə hikmətsə müəyyən coğrafi sərhədlərdən kənara çıxmayan ölümcül gənə xəstəlikləri haqda demək olar ki, hər axşam eşidirik. Bu xəstəliklərin meydana gəlmə və yayılma səbəbinin məsum gənə və donuzlardan daha çox Allaha olan ehtiramı, yaradılmışa sevgisi azalmış insanlar olduğuna inanıram. İnternet aləmindəki virus icadetmə və yayma məntiqi ilə əvvəlcə danalar sonra toyuqlar, gənələr və ən sonunda donuzlardan istifadə edərək yaşanılan proses arasında ciddi bənzərliklər var. Bu iş donzla bitməyəcək. Gələcək zamanlarda dana, toyuq və gənədən sonra növbə sərçə, göyərçin, pişik və kəpənəyə gələcəkdir.

Gənə, donuz qripi və ya gələcəkdə öldürücü qurbağa virusu kimi xəstəliklər sadəcə dünya həyatına inanan, dünya həyatından başqa həyat yoxdur, yaşayırıq, ölürük, dirilmək və hesab yoxdur düşüncəsində olanların əsəridir. Onlar günəş işığını sevməyən yarasanın qaranlıqdakı hürriyyətini Quranın ən parlaq həqiqətlərindən olan axirətə imanı inkar edərək cəhalətin, küfrün, üsyanın və vəhşətin quyularında yaşayırlar. Bu quyularda yaşayanlar insanın 124000 peyğəmbər tərəfindən formalaşdırılmış dininə, imanına və əxlaqına gənə kimi yapışaraq virus yoluxdururlar. Virusla zəhərləmə ən çox rabitə vasitələri, toxnologiya və media ilə gerçəkləşir. Yaşadığımız virusların çoxluğunu ən yaxşı “yorğanda gənə var qopar, qopar, gənə (yenə) var.” atalar sözü ilə ifadə edə bilərik.

Gənə tərəfindən dişlənmiş və gənə hələ bədənimdə ikən “yaradılanın şərindən Allaha sığınıram” ayəsində ağlıma gənə gəldi.  Bir gecə vaxtı qaranlıq bir yerdə gedərkən köpəklərdən, dağlıq bir yerdə də ilanlardan qorxaraq Allaha sığındım. Doğrusu, bu yaşıma qədər gənələrdən, köpəklərdən, ilanlardan və timsahlardan bir zərər görmədim, çox şükür. Bütün gənə, köpək, ilan və vəhşilərdən üzr istəyirəm. Ən böyük təhlükənin hər zaman insan mərkəzli və insan qaynaqlı olduğuna inanmağa başladım. Dünya müharibələrində 50 milyondan çox insan öldü. İlanların, əqrəblərin, qurdların, timsahların öldürdüyü insan sayı dəvədə qulaq deyil, dəvədə zərrə qalar.

Yaradılanın şərindən Allaha sığınıram ayəsini oxuduqda bir daha heç bir heyvanı ağlıma gətirməyəcəyəm.

Son söz:

İnsanın şərindən Allaha sığınıram.

Qorx, Allahdan qorxmayandan.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz