Xarakterinizə Görə Peşənizi Seçin

Xarakterinizə Görə Peşənizi Seçin

Yaramazlıq insan zəkasının hansı şəkildə və ya necə olduğunu göstərməktədir. Xüsusən də 18 yaşına qədər uşaqların məktəbdə, həyəttə və evdə etdiklləri dəcəlliklər valideynlər üçün onları daha yaxşı tanıma və onların gabiliyyətlərini aşkar etmə fürsətidir. Yaşadığımız cəmiyyətdə isə buna ümumiyyətlə qarşı çıxılmaqda, dəcəllik edən uşaqlara qarşı sərt davranılmaqdadır ki, bu da öz növbəsində uşaqların gələcəyini və gabiliyyətlərini korlamaqdadır.

Bütün valideynlərin ən böyük şikayəti və problemi uşaqların yeriməyə başladığı gündən etibarən 18 yaşına qədərki dövrdə etdikləri yaramazlıqlar və ya el arasında deyildiyi kimi dəcəlliklərdir. Bu hallarda valideynlər edilən yaramazlığın şəkil və formasından daha çox onun nəticəsinə baxaraq problemi həll etmənin yolunu uşaqları cəzalandırmaqda görürlər. Hətta hadisələri daha da böyüdərək uşagların tərbiyəsiz olduğu qənaətinə gəlirlər ki, bu da öz növbəsində yaxşı nəticələnmir. Əslində isə dəcəlliyin tərbiyəsizliklə heç bir əlaqəsi yoxdur. Hər bir yaramazlığın və ya dəcəlliyin arxasında bəzi səbəblər vardır ki, bu da onlara məxsus gabiliyyət və bacarığı ortaya qoyur. Buradan belə nəticə gəlmək mümkündür ki, dəcəllik edən hər bir uşaq fitrətində var olan istedad və bacarığı öz hərəkətləri ilə büruzə verməkdədir ki, bu da əslində valideynlərin işini asanlaşdırır. Beləliklə uşağın hansı qabiliyyətə malik olduğunu müşahidə edən valideyn ona gələcək həyatında müvəffəq ola biləcəyi yolu asanlıqla göstərə bilir.

Ümumiyyətlə uşaqlarda gördüyümüz dəcəlliklərin bir neçə səbəbi vardır ki, bunlardan bir neçəsini qeyd edək:

 

1. Özünün tənha və diqqətdənkənar olduğunu sezən uşaq diqqət çəkmək və hər kəsin onunla maraqlanması üçün bəzi dəcəlliklər etməsi.  

2. Etdiyi hərəkətlə nəyəsə qadir olduğunu və öz bacarığını nümayiş etdirmə istəyi.

3. Daxili enerjisini boşaltma şəkli və halı.

Buradan belə bir nəticəyə gələ bilərik ki, uşaqların etdikləri yaramazlıqlar onların zəkalarının məhsulu və gizli isdedadlarının aynasıdır. Yəni bu hərəkətlər uşaqlar tərəfindən düşünülmüş və bilərəkdən edilən davranışlardır. Belə hallarda böyüklərin sadəcə nəticəyə görə uşaqları döymələri, danlamaları və ya gadağalar qoymaları onların gabiliyyətlərinin dəyərləndirilməməsinə və istedadlarının zamanla yox olmasına səbəb olmaqdadır. Çünki edilən dəcəllik nə olursa olsun uşağın dil ilə ifadə etməkdə acizlik çəkdiyi daxili qabiliyyəti ilə birbaşa bağlıdır. O, daxilində düşündüyünü göstərərək beynində olanları, düşüncə tərzini ifadə etməkdədir. Burada valideynlərə düşən vəzifə onları danlamaq və ya döymək yerinə edilən yaramazlığın hansı peşə və ya gabiliyyətin göstəricisi olduğuna diqqət edərək bu sahədə uşaqları istiqamətləndirməkdir.

Günlük həyatımızda qarşılaşdığımız və ya şahid olduğumuz hadisələrdən misal verərək bunu daha aydın izah edə bilərik. Məsələn, evdə və ya qonaq getdiyiniz yerdə uşağınız hər şeyi dağıdır və ya qırmağa çalışırsa bu onun araşdırma gabiliyyətini göstərir. Evin divarlarını və ya stolun üstünü yazaraq, özünəməxsus şəkillər çəkərək valideynləri əsəbləşdirirsə bilin ki, bu uşağın rəssamlığa və ya yazı yazmağa marağının böyük olduğunu göstərir. Ətrafındakı uşaglarla tez-tez dalaşması və ya topa olan marağı onun gələcəkdə idmançı ola biləcəyinin nişanəsidir.

Hörmətli və dəyərli valideynlər, bütün bu söylədiklərimizi yadda saxlayın! Unutmayın ki, övladlarımızın dəcəlliyi və yaramazlıqları onların gələcəkdə hansı peşənin və ya sənətin sahibi olacağının dəlilidir. Bu sahədə biz valideynlər onların gol-qanadını qırmadan istedadlarını üzə çıxarmalı, qabiliyyətləri nisbətində onları düzgün yönləndirərək həvəsləndirməliyik. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz