Türk-İslam Cildçilik Sənəti

Türk-İslam Cildçilik Sənəti

İlk kitablar e.ə. 4-3-cü minilliklərdə Qədim Misirdə yazı materialı olan papirusdan istifadə edilərək yaradılmışdır. Misirlilər papirus istehsalında xeyli yol qət ermişdirlər.

 Miladdan əvvəl 2400-cü ilə aid papiruslar incə, yumşaq və də qüvvətli idi. Misirlilər ilə yanaşı Çinlilər də həm kitab, həm də ədəbi yazı sahəsində inkişaf etmişdilər. E.ə. III əsrə qədər ağac qabıqlarından istifadə edən Çinlilər daha sonra ipək üzərinə yazı yazmağa başladılar.

Papirus Yunan mədəniyyətinə e.ə. VII əsrdə gəldi və istifadəsi iki əsr davam etdi. Çünki bunu Misirdən idxal etmək həm çətin, həm də çox baha başa gəlirdi. Papirusa alternativ olaraq yunanlılar qoyun dərisindən perqament hazırladılar.  Bürmələr halında olan əlyazmaları  təbəqə şəklində kəsib bir birinə bağladılar və beləliklə də bu günkü kitabın bünövrəsini qoydular.

 Türklərdə cildçilik və inkişafını İslamdan əvvəl və İslamdan sonrakı dövrlər olmaqla iki mərhələyə ayırmaq olar.

İlk türk cildləri Şərqi Türküstanda Mani dinini gəbul edən uyğur türklərinə aiddir. Grünüedel, Albert von le Coq və Aurel Stein Orta Asiyada apardıqları araşdırmalar və  Albert von le Coqun “Uiqurica” adlanan üç cildlik əsərində Turfan Karahoçu, Biş balığı kimi türk şəhərlərində mövcud olan fresk (divar rəsmi), miniatür, kitab cildlərinə aid əsərlərin e.s. VII-VIII əsrlərdə bu sənətlərin uyğur türkləri arasında nə dərəcə inkişaf etdiyini göstərməktədir. Göytürk hərfləri ilə yazılmış İrk Bitig (Falnamə) günümüzdəki kitab cildlərinin izini daşımaqdadır. Arxeoloji qazıntılar zamanı  dəridən olan bir cild parçasında isə zəncərək, küncbənd və şəmsə vurulduğu aşkarlanmışdır. Bir başqa Mani cildi eyni şəkildə cildlənmiş və türkcə yazılmış ən gədim tarixi əsərdir.

            İslamdan sonrakı dövrlərdə isə türk cildləri  içində olduğu mühitin üslublarını qazanmışdır. Bunlar: Xətai (Kaşi, Xorasan, Buxara, Dihləvi), Herat (Herat, Şiraz, İsfahan), Ərəb (Əlcəzirə, Hələb, Fəs), Rumi (Səlcuqlu), Məmlük (Misir), Türk (Diyarbəkr, Bursa, Ədirnə, İstanbul, Şükufə, Ruqan Laklı, Barok), Məğribi (İspaniya, Siciliya, Fəs), Laklı (İran, Hind), Buxarayı Cədid. Buradakı dəyişiklik sadəcə naxışlarda və bir də işlədilən materiallarda özünü göstərir. İslam dininə girən türk millətlər İslami əsərlərin bu günümüzə gəlib çatmasında əvəzsiz rol oynamışlar. Çünki gördüyümüz kimi cildçilik sənətində onların özünəməxsus rolu olmuşdur. Qədim Qurani-Kərim və bir çox dini əsərlərin kitab halında bu günümüzə gəlib çatmasında türk millətlərinin rolu əvəzsiz olmuşdur.

M.A. Kağıtçı belə bir məlumat verir: “Avropada kitab cildləri, Şərq cildlərinə nəzərən çox bəsitdir. Qərbin Avropası m.s. XII əsrin birinci yarısına qədər kağızın nə olduğunu bilmədiyi halda şərqdə - Səmərqənddə İpək qozasından kağız emal edən ilk emalatxana miladi 652-ci ildə qurulmuşdur. ”

            Şərq kitabının iç hissəsində müşəbbək (şəbəkəli)cild, ortasına şəmsə qəlib basılmış dəri və ya əbrulu (mərmər kağızı) forsaz kağızından istifadə edirdilər.

            Azərbaycan Milli Elimlər Akademiyası Məhəmməd Füzuli adına  Əlyazmalar İnstitutunda klassik üslubda hazırlanan əbru sənəti  cildlərin   forzasında istifadə olunur.

Bir kitabın hazırlanması üçün xəttat yazılarını yazar, cədvəlkeş cədvəlini, müzəhhib naxışlarını çəkər, mücəllid isə cildini tamamlardı. Bu proses emalatxanalarda aparılırdı və beləliklə hazırlanan əsər bir nəfərə deyil, emalatxanaya aid edilirdi. Bunun üçün bəzi əsərlərin  bədii tərtibat və mücəllidinin kimlər  olduğunu söyləmək çox çətinlik törədir. Bərpa prosesində cildçilər buna bənzər problemlərlə hər zaman qarşılaşırlar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz