Şueyb Əfəndi ibn İdris Baquni Nəqşibəndi (ö.1330 /1909) və onun“Nəqşibənd silsiləsinin bəyanı” qəsidəsi
Zaqatala tarixi keçmişidərin mənəviyyata sahib bir yurd, bir övliya diyarıdır. Bölgənin sərt təbiəti, dağı-daşı həmişə zikr sədaları ilə pöhrələnmiş, insanların mənəvi dünyası təsəvvüf böyüklərinin elm və irfanı ilə yoğrulmuşdur. Bu mənəviyyat böyüklərindən biri də Talalı Hacı Əhməd Əfəndinin (q.s) yetirməsi Şueyb Əfəndidir (q.s). Mürşidi-kamil, fəqih, sufi-alim Hacı Şueyb Əfəndi Baquni (h 1274) 1853-cü ildə Dağıstanın Baqin (indiki Çarodin) aulunda anadan olmuş, ömür fəaliyyətinin böyük hissəsini Car-Balakəndə keçirmişdir.
Şueyb Əfəndinin atası dövrün alimlərindən Şeyx İdris Əfəndidir. O, Qandax kəndində yaşamışdır. Oğlu Şueyb ilə hələ yeddi yaşından dini elmlərin tədrisi ilə məşğul olmağa başlamış, ona əvvəlcə Qurani-Kərim qiraətini öyrətmişdir. Özünün xatirələrindən məlum olur ki, “İxlas” surəsinin təlimindən sonra Allahın inayəti ilə Quranın qalan qisminin oxunmasında müəllimə ehtiyacı olmamışdır. Bununla yanaşı İdris Əfəndi ilə birlikdə o, “الحدائق / əl-Hadaiq” kitabının mütaliəsini başa vurmuşdur.On yeddi yaşında yetim qalan Şueyb Əfəndininelmə olan həvəsi heç sönmədi. Nəqli və əqli (nəzəri və dəqiq) elmlərin təhsilinə davam etdi. Elm əhli arasında olan adət üzrə iyirmi səkkiz yaşında ikən üsulul-fiqh, tövhid və furui-fiqhi tamamladı. Sonra yenə bu yaşında ikən Rəbbi-Təalanın fəzli-kərəmi ilə Qurani-Məcidin hifzini tamamlayaraq hafiz oldu.
Dövrün mürşidi-kamil, alim və arif insanı Talalı Şeyx Əhməd Əfəndiyə (q.s) üz tutdu. Ustadıonaseyr-i süluk vəzifəsini Gözbarax məscidində yerinə yetirmə vəzifəsi verdi. Onun xidmətində vəzifəsini özünün də dediyinə görə iki il içərisində tamamladı. Şeyxin mənəvi tərbiyəsi ilə ədəb təlimini başa vuraraq, sülukunu ən gözəl yoldan əldə etdi.
Müridlikdən mürşidliyə addım-addım yüksələn Şueyb Əfəndi bir mənəvi hal sahibi kimi (h.1301) 1883-cü ildə tam icazətnamə aldı. Bir müddət keçdikdən sonra şeyxi onu irşad ilə vəzifələndirdi. Ona və xəlifələrinə istiqamət sahibi olmalarını, şəriət prinsiplərini və dinin əsaslarını hər nə bahasına olursa olsun insanlara öyrətmələrini vəsiyyət etdi.
Ərəb dilini mükəmməl bilən Şueyb Əfəndi əsərlərini də bu dildə qələmə almışdır. Onlar; 1)طبقات الخواجكان النقشبندية و سادات المشايخ الخالدية المحمودية – “Tabaqatul-Xaceqan ən-Nəqşibəndiyyə və Sadatul-Məşayixil-Xalidiyyəl-Mahmudiyyə”2) قلائد جواهر الأعجام في سير سيد الانام –“Qalaidu cəvahiril-ə`cam fi siyəri Seyyidil-ənam” 3). زبدة الاخبار –“Zubdətul-Əxbar”4)التخميس – “ət-Təxmis” 5) الفريدة المخمسة - “əl-Fəridətul-Müxəmməsə” 6) المرثية في حق التلالي حين انتقل الي دار القبور- “əl-Mərsiyyəfi haqqit-Talali hinə intəqalə ilə daril-Qubur” və ألقصيدة النظمية قي بيان سلسلة النقشبندية - “əl-Qasidətun-Nazmiyyə fi bəyani silsilətin-Nəqşibəndiyyə”
Silsilə, bir təriqətin bir-birinə icazət verən şeyxlərin adlarının ardıcıl sadalandığı yazı nümunəsidir. Bu, bəzən qeyri-mənzum, bəzən də nəzmformasında, yəni qəsidə şəklində qələmə alınır. Şueyb Əfəndinin silsilə qəsidəsiəslində onun “Tabaqatul-Xacəgani-Nəqşibəndiyyə” kitabının xitamını təşkil edir. O, bir baxıma bu qızıl silsilə ilə öz əsərini taclandırmış, şeirdən də görüldüyü kimi hər sətirdə silsilənin hər bir həlqəsindəki mürşid üçün onun ən üstün xüsusiyyəti ilə bağlı bir fəzilətini vəsfedərək mədhiyyə düzmüşdür. Şeiri tərcümə edərək onunla həmhal olanların könlünə bir töhfə təqdim etmək istədik. Tərcümə əsnasında sadə bir tərcümənin (düz tərcümə) məqsədə müvafiq olmayacağını, əslində müəllifin vermək istədiyinin layiqincə əks etdirilməyəcəyini bilirik.Ancaq əskik və nöqsanla dolu olsa da yenə şeir dilində tərcümə təqdim etməyimüəllifin yoluna sədaqət və ehtiram baxımından daha uyğun hesab etdik.
“Nəqşibənd silsiləsinin bəyanı” qəsidəsi
Təvəssül eyləmişik biz də sidqi qəlb ilə
Rəsulların seyyidi, nəbi möhtərəm ilə
Ümmətdən hər möminin şəfaətçi sərvəri
Rəsulumuz Məhəmməd əleyhissalam ilə
Sevr dağında qalan o mağara yoldaşı
Nəbinin sadiq dostu Siddiq-i Əkbər ilə
Gözü Rəsulu görmüş Salmanın sevgisiylə
Hamıya həmdəm olan təvazökar Qasımla
İmam və Əfəndimiz Cəfər-i Sadiq ilə
Himməti, feyzi geniş Bəyazid Bistamilə
Dərqahın eşq məşəli Şeyx Əbul-Həsənlə
Əbu Əli Fərmadi hikmət sahibi ilə
Fəzilətdə çox üstün Yusif Həmədanilə
Mənəviyyat dənizi Pir-i Gücdivanilə
Hüsn-ü Camal sahibi Arif Rivgəri ilə
Yağış tək bərəkətli Mahmud Fəğnəvi ilə
Eşq ilə pərvazlanan Əzizan Ramitnilə
Elmdə sabitqədəm Baba Simasi ilə
Rütbə, məqamda kamil Əmir Külali ilə
Rəbbim sən onu bizə daim çıraqban eylə!
Şəriəti ucaldan Ələddin Attar ilə
Əhkamı saflaşdıran Yaqub-i Çərxi ilə
Doğru yolu göstərən Abdullah Əhrar ilə
Qədd-qamətdə ziyadə Məhəmməd Zahid ilə
Zakirlər üçün söykək Dərviş Məhəmməd ilə
Səxavətli və comərd Xacə Emkenegiylə
Həmdedənlərə rəhbər Məhəmməd Billah ilə
Yeni dövrə xoş səda, Mücəddid Faruq ilə
Soyundan gələn alim, mürşid-i Məsum ilə
Dinin sağlam qalası Xacə Seyfullah ilə
Elmi, hikməti dərin bir irfan abidəsi,
Bədvandan doğan günəş Nur Məhəmməd Şeyxilə
İzzət, şərəf sahibi Mirza Mazhar Can ilə
Daim zikirdə olan Abdullah Dihləvilə
Dürr saçan, irşad edən qavs-ı əzəmlər ilə,
Qol-budaq atmış kimi Xalid Bağdadi ilə
Kəlam əhli İsmayıl Şeyx Kürdəmiriylə
Sükutu üstün tutan Saleh Şirvani ilə
Gönçə tək təravətli İbrahim Qutqaşenlə
Ehsan etməyi sevən Yunus Əfəndi ilə
Məşriqdə və məğribdə mənən uca tutulan,
Övliyanın öndəri, hamıya əziz olan,
Xalidi, Nəqşibəndi və Xıdridir nisbəti,
Xalqın, millətin qütbü Mahmud Əfəndi ilə
Möminlərə nümunə, mürşidlərə tac olan,
Bir günəş ziyası tək qəlblərə lövbər salan,
Həyatımızın canı Şeyximiz, öndərimiz,
Kamil elm sahibi Əhməd Əfəndi ilə
Könüllərdə nidası “qaddəsallahu sirrah”,
Allah qatında, ərşdə eşidilər “zikrullah”,
Ədəb, cəlal sahibi əziz Şeyximiz ilə,
Hikməti dərya qədər Qusay Əfəndi ilə
Rəbbim onu ucaltsın ən yüksək məqamlara,
Qovuşsun şəfaəti qoy bütün umanlara!
Bu qərib Şueyb Həqdən diləyir deyir Ya Rəb!
Nəbinin hörmətinə, “Nun” və “Qələm” xətrinə,
Onların feyzi dolsun hər müridin qəlbinə!
Seyr-i sülukda olan ixvanımızdır bizim,
Haqqın yoludur bu yol, zikridir qəlbimizin.
ŞƏRHLƏR