Əsla UNUTMAYIN
ƏSLA UNUTMAYIN!
• Allahın tək ilah olduğunu,
• Varlığımızın əsas məqsədinin Allaha qulluq olduğunu,
• Məşriqdən məğribə qədər Allahın olduğunu,
• Bütün təbiət hadisələrinin Onun izni ilə baş verdiyini,
• Əsil dost və yardımçının yalnız Allah olduğunu,
• Onun heç bir şəkildə və heç bir yolla məğlub edilməyəcəyini və hər zaman qalib olacağını,
• Qarşımıza çıxan hər bir çətinliyi aradan qaldıracaq olanın sadəcə O olduğunu,
• Hər hadisənin iç üzündən, gizli tərəflərindən tamamilə xəbərdar olduğunu,
• Özünə pənah gətirənləri qoruyan olduğunu,
• Çətinlikləri asanlaşdıran olduğunu,
• Başımıza gələn hər bir hadisənin Onun elmi daxilində olduğunu,
• Sahib olduğumuz bütün nemətləri verənin O olduğunu,
• Bütün mülkün (evlərin, villaların, maşınların, dəbdəbəli geyimlərin, ləl-cəvahiratın...) və pul-paranın əsil sahibininin O olduğunu,
• Bütün canlıların ruzisini dilədiyi qədər yalnız Allahın verdiyini,
• İstədiyinə nemətlərini artıracağını,
• Gördüyümüz hər bir işi yalnız Onun rizasını qazanmaq üçün görməyimizin vacibliyini,
• Bildiyimiz hər şeyi Onun öyrətdiyini,
• Yer üzündəki hər bir varlığın hər məsələdə Allaha möhtac olduğunu,
• Allahın hər yerdə və hər an bizi izlədiyini,
• Allahıın insanlara zülm etməyəcəyini və haqq sahiblərinə haqlarını geri verəcəyini,
• Yaratdığı hər şeyi “Ol” deyərək misilsiz və yoxdan var etdiyini,
• Allahın bizim üçün istədiyinin xaricində başımıza heç bir işin gəlməyəcəyini,
• Göylərdəki və yerdəki hər şeyin əsla təkəbbürlənmədən Allahı zikr etdiyini,
• Çox bağışlayan və tövbələri qəbul edən olduğunu,
• Qullarına qarşı çox mərhəmətli olduğunu,
• Səbir edənlərin mükafatını ən gözəl şəkildə verəcəyini,
• Xəstələndikdə şəfa verənin O olduğunu,
• Bizə hər kəsdən və hər şeydən daha yaxın olduğunu,
• Sonsuza qədər Rəbbimizlə dost ola bilmək üçün dua etməyi ƏSLA UNUTMAYIN!
ŞƏRHLƏR