Eşq Fəlsəfəsi…

Eşq Fəlsəfəsi…

Eşq fəlsəfəsi çox dərindir, bəlkə də onun yaranma tarixi bəşəriyyətin yaranma tarixi ilə eynidir. Eşq insana verilən yeganə hiss və duyğudur ki, yerini və səmtini dəyişmir, hər yerdə ona eşq deyilir. Onu təsəvvürlərə sığdırmaq çox çətindir. Elə insanın özü də eşqin şöləsindən yaranmışdı. Eşqin fəlsəfəsini dərk etmək üçün gərək insan onu öz qəlbində axtarsın.

Eşq insan yaradılışının təməlini qoyur sonradan onu böyüdür və hər bir qəlbdə onu yaşadır. Elə qəlb tapılmaz ki, onda eşqdən bir əlamət olmasın. Hər bir kəsin qəlbində eşq əlaməti var və insan da o hiss və duyğu ilə yaşayır. Eşqsiz dünyanı təsəvvür etmək belə mümkün deyil. Çünki dünyanın özü də eşqin parçasıdır. O, elə bir hissdir ki, onu heç nəyə bənzətmək mümkün deyil və hər kəs onu təsəvvür etməkdə acizdir. Çox maraqlıdır ki, bir insanın ömrünə sığmayan eşq kiçik qəlblərdə özünə yer tapır və orada yaşayır.

Tarix boyu eşq haqqında yazılan kitablar belə eşq məfhumunun  çox cüzi hissəsini izah edə bilmişdir. Haqqında əfsanələr, kitablar yazmışlar. Hər nə qədər yazsalar da eşq haqqında sözləri yarımçıq qalıb. Hətta Məhəmməd Füzuli, Nizami Gəncəvi kimi böyük mütəfəkkirlər belə onun haqqında fikir yürütməyə çətinlik çəkiblər. Onlar da əsil eşqi ilahi eşq adalandırıblar və hər iki mütəfəkkir öz əsərlərində eşqi fərqli şəkildə izah etməyə çalışıb, Məcnunun Leyliyə olan sevgisində ilahi eşqdən söz açıblar. Beləliklə öz əsərlərində ilahi eşqin surətini canlandırıblar. Yeri gəlmişkən, Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında eşq haqqında belə deyirdi:

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin?!

Təsəvvüf ədəbiyyatında da eşqə çox geniş yer verlib və sufilər öz həyatlarını eşqə qurban veriblər. Məsələn, Şəms Təbrizi eşqin mənbəyini ilahi eşq sayıb. Həyatı eşqə bağlı, eşqsiz həyatı isə heç sayıb. Ona görə eşq bir qidadır və insan bədəni həmişə eşqə ehtiyac duyur. Təbii ki, Mövlana Cəlaləddin Rumi məktəbinin də əsasını eşq təşkil edib. Onun fikirlərinə görə, insan varlığın və məqsədin sonudur. Hər şey Allahdan gəlir və Allaha dönür. İnsanın eşq nərdivanında Allaha pillə-pillə yüksəliş olduğunu bildirir və eşqin özünü də yaradıcının xüsusiyyətlərindən sayır. İnsan nəyi sevirsə, sevsin əslində 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz