Kamil Məmmədovla Reportaj

Kamil Məmmədovla Reportaj

Kamil Məmmədov: Elə dost seçmək lazımdır ki, Allahı unutdurmasın!

(ad-soyad şərtidir)

İrfan: Özünüzü təqdim edin zəhmət olmasa.

Kamil Məmmədov: 1973-cü il təvəllüdlüyəm. Bakı kəndlərindən birində anadan olmuşam. Hal-hazırda Səbail rayonunda yaşayıram. Usta işləyirəm.

İrfan: Çoxdan namaz qılırsınız?

Kamil Məmmədov: İki il olar.

İrfan: Əvvəllər dinə necə baxırdınız?

Kamil Məmmədov: Mən əvvəllər dinə o qədər də yaxın adam olmamışam. Düzdü, Qurban bayramında qurban kəsərdim, amma yəqin ki, bunu adət olsun deyə edirdim. Çünki Allaha qurban vermək, qurbanın mahiyyəti haqda heç nə dərk eləmirdi, düşünmürdüm də. Namaz qılanlara geridə qalmış insanlar kimi baxırdım. Həmişə deyirdim ki, “əsas odur ki, qəlbin təmiz olsun”. Atam müəllim olub, ateist ruhlu adam idi. Bəlkə də ailəmin bu mənada mənə təsiri olub.

İrfan: Bəs necə oldu ki, namaza başladınız?

Kamil Məmmədov: Bir evdə işləyirdim. Mənimlə birlikdə başqa usta da vardı. Hər dəfə namaz vaxtı gələndə dəstəmaz alıb namaz qılmağa gedirdi. Ona heç nə deməsəm də, ürəyimdə qınayırdım. Sonra həmin adama göz qoymağa başladım. Gördüm ki, özünü çox rahat hiss edir. Bəzən elə problemləri olurdu ki, mən onun yerində olsaydım, bütün günüm zəhər olardı. Amma ona bir o qədər də təsir etmirdi. Sonradan başa düşdüm ki, insan Allahı tanıyanda, hər şeyin ondan gəldiyini dərk edir və qədəri ilə razılaşır.

İrfan: Bu da həyatı asanlaşdırır, eləmi?

Kamil Məmmədov: Elə mən də onu demək istəyirdim. Ondan dinə aid bəzi şeyləri öyrəndim. Özü də bir o qədər elmli deyildi, ancaq mənə kitablar verdi, namazı öyrətdi. İndi də ailəli get-gəlimiz var, şərik işləyirik.

İrfan: Sizcə insana Allahı unutduran və ya xatırladan əsas amil nələrdir?

Kamil Məmmədov: Məncə ətraf mühit çox mühümdür. Allahı unutdurmayan adamlarla yaxınlıq etmək lazımdır.

İrfan: Təşəkkür edirik. 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz