SEVGİNİN ƏLAMƏTLƏRİ

SEVGİNİN ƏLAMƏTLƏRİ

     1292-1350-ci illərdə yaşayan İbn Qayyim əl-Cövziyyənin “Rövzətul-muhibbin və nuzhətul-müştəkin” adlı əsəri türk dilinə “Aşiqlər kitabı” adı ilə tərcümə edilmişdir.

     Kitabda qeyd olunan “sevginin əlamətləri” başlığı altındakı 20 maddə sinifdə tələbələrlə müzakirə olunmuş, hər maddənin Quran, Sünnə, səhabə həyatı, alimlər vəlilər və ədəbiyyatçılardan nümunələr verilərək açıqlanmasına çalışılmışdır. Aşağıda iki nöqtədən sonra başlayan və mötərizə arasında yazılanlar onlarla tələbəmin fikridir. İki nöqtədən əvvəlki cümlələrsə İbn Qayyim əl-Cövziyə aiddir: Sevginin əlamətləri mövzusu şəhvətin eşq adlandırıldığı və bir-birinə qarışdırıldığı, yaz məhəbbəti, qış məhəbbəti kimi rəzalətlərin yaşandığı zəmanəmizdə böyük əhəmiyyət kəsb edir.


     SEVGİNİN ƏLAMƏTLƏRİ:

     1Yuxudan oyanan kimi qəlbə və dilə gələn ilk şeylə günün sonunda yatağa uzananda qəlbə və dilə gələn son şey sevgilidirsə, sevgi var: (yatmazdan əvvəl bismillah, istiğfar, ayətəl-kürsi, fələq, nas oxunur. Yuxudan duranda bismillah və “öldükdən sonra bizi dirildən Allaha həmd olsun” deyilir).

     2. Sevgilinin sözünə qulaq asmaq, can qulağı ilə dinləmək: (İbn Məsud rəvayət edir: Rəsulullah (s.ə.s) mənə “Quran oxu!”,- dedi. Mən (heyrətlə) “Sənə nazil olan Quranı sənə (necə) oxuyum?”,- dedim. Belə buyurdu: “Bəli, mən onu başqasından dinləməyi də çox sevirəm”. Nisa surəsini oxumağa başladım…).

     3. Sevgilinin yurdunu, evini, küçəsini, itini sevməkdir: (Kəbəyə hörmətin səbəbi Allahın evi olmasıdır. Həcc surəsində Allah Kəbə haqqında “evim” ifadəsi işlədir. “Allahın nişanələrinə hörmət təqva səbəbilədir”. əl-Həcc, 32).

     4. Sevgilinin görüşünə tələsərək getməyə cəhd olunmalıdır: (Namazı vaxtında qılmaq lazımdır. Nisa surəsinin 142-ci ayəsində münafiqlərin namaza qalxarkən tənbəlliklərindən söz açılır).

     5. Sevən adam sevdiyinin ayrılığına dözə bilməz, vüsala can atar: (Şəhid olmaq arzusu və Rəsulullahın Rəfiqi-Əlaya (Ən Uca Dosta) qovuşmaq üçün ölümə can atması).

     6. Onun əmrlərinə tabe olmaq öz arzu və istəklərini ikinci plana atmaqdır. Sevənlər 3 cürdür: sevgilisini istəyənlər, sevgilisindən istəyənlər, həm sevgilisini, həm də sevgilisinin istədiyini istər. (ən alisi 3-cüdür): (Təslimiyyət üzrə “qəhrin də xoş, lütfün də”,- deyərək yaşaya bilmək).

     7. Sevgilini çox xatırlamaq və həmişə ondan söz açmaqdır: “İnsan ya çox sevdiyindən, ya da çox nifrət etdiyindən danışır. Quranda ən çətin anlarda belə zikri çoxaltmaqdan bəhs olunur. “Ey iman gətirənlər, bir düşmən tayfası ilə qarşılaşdığınzı zaman sabitqədəm olun və Allahı çox zikr edin ki, xilas ola biləsiniz”. Ənfal, 45).

     8. Ona baxarkən baxışları qısmaq və yerə baxmaqdır: (qəlbdə sevgi, həya və ədəb çoxdursa, baxışlar sağa-sola qaçmaz, baş dik durmaz. Usamə b. Şureyk nəql edir: Rəsulullah səhabələrlə birlikdə ikən yanına getdim. Onlar Rəsulullahın yanında sanki başlarında quş var, hərəkət etsələr uçacaq kimi idilər… (Tirmizi).

     9. Sevgilinin dostlarını, qonşularını, xidmətçilərini və onunla bağlı hər şeyi, yemək yediyi qabı, hətta yediklərini də sevməkdir. (Həzrət Ənəs buyurur: “Rəsulullahın çorbadakı balqabaqları seçib yediyini gördüyümdən bəri mən də balqabağı sevirəm” (Buxari). Məcnunun Leylinin kandinin köpəyini sevməsi.

     10. Onu ziyarətə gedərkən yolların qısalması. (Ayrılarkən də çox qısa da olsa yolun uzanaraq çətinləşməsi: Fərhad Şirin üçün dağdan su gətirdi. Amma sevgi olmadıqdan sonra mətbəxdən bir stəkan su zorla gətirilir).

     11. Onu ziyarət etdikdə və ya gördükdə bütün kədər və dərdlərinin yox olması, ayrılanda yenidən başlaması: (Hz Əlinin ayağına girən oxu namazda ikən çıxardın deməsi).

     12. Sevgiliylə ilk qarşılaşmada və ya adını eşidəndə dəhşətə düşüb maq qalmaqdır: Bəra bin Azib nəql edir: “Rəsulullahdan bir məsələ haqda soruşacaqdım. Ancaq onun heybətindən çəkindiyim üçün həmin sualı düz iki ilə verə bildim”.

13. Sevgilinin xoşu gəlməyənləri bəyənməmək, ona üsyan edilməsindən və qanunlarının tapdanmasında narahat olmaq, yəni qısqanmaqdır: (Allah üçün nifrət etmək prinsipi).

14. Sevgilinin xoşnud olması üçün fədakar olması, əlindən gələni etməsi: (Yuxunu yarıda kəsib ibadətə qalxa bilmək, infaq etmək).

     15. sevdiyinin istədiyi və sevdiyi bir şeyi nəfsi istəməsə və xoşu gəlməsə də onun da sevib qəbul etməsidir: (Hz. Əbu Bəkr yardım etdiyi Mistah adlı yoxsulun Hz. Aişəyə iftira atanlar arasında olduğunu eşitdikdə yardımlarını kəsdi. Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (Nur, 22) ayəsi nazil olduqdan sonra Mistaha yardıma davam etdi).

     16. Sevənin yalnızlığı və sevgiliylə ünsiyyəti və insanlardan uzaqlaşmağı sevməsidir: (Ramazanda etikafa girmək, gecələri əhya etmək. Xalq içində Haqla bərabər olmaq).

     17. Sevgilisinə qarşı qürursuz, boynubükük və alçaqkönüllü olması: (Sevgilisinə qarşı böyüklük, zənginlik, elm və gözəllik iddiasında olmaması. “Ehtiyaclarınızı Rəbbinizdən istəyin. Hətta ayaqqabınızın bağını da” hədisi. (Tirmizi).

     18. Sevənin nəfəsinin uzanması (of deməsi), nəfəs alışının sürətli və ahəngsiz olması: (Sanmayın biz sərvət və nam aramaya gəldik. Bu dünyaya bir sevgiliyə ah çəkməyə gəldik (Yenişəhirli Avni bəy).

     19. Sevənin sevdiyindən uzaqlaşdıracaq hər şeyi bir kənara atması, ona yaxınlaşdıracaq olan əməllərə sarılması: (Allah bəs, baqi həvəs / Allah yar, gerisi əğyardır).

     20. Sevən ilə sevilənin arasında fərqində olmadan bənzərlik və eyniləşmənin olması: (Qulum nafilə ibadətlərlə mənə yaxınlaşmağa davam edər, nəhayət, sevgimə nail olar. Onu sevdimmi, eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı olaram… (Buxari).

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz