QARDAŞLIQ İMTAHANI

QARDAŞLIQ İMTAHANI

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Həqiqətən, möminlər qardaşdırlar”. (Əl-Hücurat, 10)

Aləmlərin Rəbbi olan Allaha həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Zülm üzərinə şəkilləndirilməyə çalışılan dünyəvi münasibətlərin ən ağır zərbə vurduğu müəssisə, şübhəsiz ki, islam qardaşlığıdır.  Mürəkkəb hadisələrin cərəyan etdiyi indiki dövrdə Rəbbimizin dilədiyi ölçülər müstəvisində bəşəri ədaləti və ümmətin vəhdətini təsis etməyə qadir olan, qarşılıqlı mərhəmət, səxavət, yardım və şəfqət üzərinə bina edilən bir rəhmət müəssisəsinin yox edilməyə çalışılması qardaşlıq əmanəti ilə yüklənmiş hər bir müsəlmanın nə qədər ağır bir imtahana məruz qalacağını göstərməkdədir. Adəm övladlarının əbədi müqəddəratının həll edildiyi dünya səhnəsində ümmətinin Allahın rəhmət və mərhəmət nurundan bir an olsun belə ayrı düşməsinə könlü razı olmayan Rəsulullah (s.a.s) belə buyururdu:

“Zənnə qətiyyən yer verməyin. Çünki zənn sözlərin ən yalanıdır. Xəbərlərinizi araşdırmayın, rəqabət etməyin, həsəd etməyin, bir-birinizə ağız büzməyin, bir-birinizə arxa çevirməyin. Ey Allahın (c.c) qulları! Allahın (c.c) sizə əmr etdiyi şəkildə qardaş olun. Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, zülm etməz, onu məhrum buraxmaz, onu təhqir etməz. İnsana şər olaraq müsəlman qardaşını təhqir etməsi yetərlidir. Hər müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır. Allah (c.c) sizin surətlərinizə baxmaz, fəqət qəblərinizə və əməllərinizə baxar. (Köksünə işarətlə) Təqva buradadır. Ey Allahın (c.c) qulları, qardaş olun!”(Buxari, Ədəb, 57,58)  

Sadəcə dünya ilə keçərli olmayıb əbədi axirət həyatında da vazkeçilməz bir sərmayə olan qardaşlıq münasibətlərinin nələrə qadir olacağını bildirən Rəsulullah, ümmətini bu məqamları dəyərləndirmədə oyanıq olmağa səsləyirdi: “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz və onu təhlükədə yalnız buraxmaz. Kim bir qardaşının ehtiyacına yardım edərsə, Rəbbi də ona yardım edər. Kim bir müsəlmanı sıxıntıdan qurtararsa, Allah (c.c) da o səbəblə onu qiyamət sıxıntılarının birindən qurtarar. Kim bir müsəlmanın ayıblarını örtərsə, Rəbbi də qiyamət günü onun ayıblarını örtər”(Əbu Davud, Ədəb, 46) “Kim qardaşının namusunu müdafiə edərsə, Allah (c.c) qiyamət günü onun üzündən atəşi (geri) çevirər” (Tirmizi, Birr, 20).  Qiyamətdə insanları Uca Rəbbimizin qəzəbindən ziyadə rəhmətinin himayəsinə sığındıracaq iman qardaşlığının dəhşət saçan fəlakətlərə necə sipər olacağını söhbətlərində sıx-sıx anladan Mahmud Sami əfəndi belə buyururdu:

Məhşərdə cərəyan edəcək o əzəmətli məhkəmə səhnəsinin önündə duran bir gəncə Haqq-Təala belə buyuracaqdır: “Ey qulum! Sənin bir savabın daha olsa səni cənnətimə qoyacağam. Tanıdığın kimsələrə yaxınlaş və onların savablarından bir dənəsini alaraq təkrar hüzuruma dön”.Gənc ilk olaraq anasına yaxınlaşar və tələbini ona bildirər. Anası: “Oğlum! Mənim məhkəməm hələ qurulmayıb. Bu səbəblə də xilas olub olmayacağım sual altındadır. Anladım ki, burada ən kiçik savabın belə inanılmaz dəyəri vardır”,- deyə cavab verər. Sonra o gənc atasına yaxınlaşar və ondan da bənzər cavab alar. Çarəsiz şəkildə Rəbbinin hüzuruna dönən gəncə Haqq-Təala: “Ey qulum! Mənim rizam üçün bir-birinizi sevdiyiniz bir qardaşın da yoxdur?”- deyə soruşar. Həmin gənc Allah (c.c) rizası üçün sevdiyi qardaşlarından birinə müraciət edər. Qardaşı ona: “Dərdini anladım. Arzu etdiyin qədər savabımı al ki, heç olmasa sən qurtulasan”,- deyər. Gənc olub-bitənləri Rəbbinə anlatdıqda Haqq-Təala belə buyurar: “Bir qul aləmləri lərzəyə salan belə bir gündə qardaşı üçün bu igidliyi edirsə, Mən də hər ikinizi birdən əfv edirəm”. Bu şəkildə bir-birini sevən və İlahi əfvə nail olan iki dost Cənnətə götürülər.

İman əhlini dünya və axirətin dəhşətverici sıxıntılarına məlhəm olacaq qardaşlıq ruhuna bürünməyə səsləyən bir haqq dostu, qardaşlarına ünvanladığı könül məktubunda bunları bildirirdi: “Haqq-Təalanın hakimliyini tanıdığınız, əmanəti və qanunları pozmayaraq çalışdığınız zaman bir-birinizi dəryalar qədər sevəcək və bir-birinizə qırılmaz tellərlə bağlı qardaşlar olacaqsınız. Sizin o qardaşlığınızdan Allahın (c.c) mərhəməti nələr yaradacaqdır. Qovuşduğunuz hər nemət Haqqa imanın hasil etdiyi qardaşlığın nəticəsi və Allahın (c.c) mərhəmət və ehsanıdır. Gördüyünüz hər müsibət və fəlakət də hirsin, nifrətin və düşmənçiliyin nəticəsidir. Bunlar isə Haqqı tanımamanın, zülm və haqsızlıq etmənin cəzasıdır. İnsanı bürüyən sıxıntıların birinci səbəbi Haqqa qarşı şirk və müşriklikdir. Elm və fənn irəlilədiyi halda insanlığın üfüqlərini sarmış olan fəsad qaranlığı şirkin, imansızlığın, vəhdətsizliyin və sevgisizliyin nəticəsidir. Bəşəriyyət nə qədər çalışırsa çalışsın, sevib-sevilmədikcə iztirab və fəlakətlərdən qurtulmaq mümkün deyil. Haqqı tanımadıqca, Haqqı sevmədikcə, Haqq-Təalanı hakim bilib  Ona qulluq etmədikcə insanlar bir-birini sevə bilməzlər. Haqq və Haqq yolundan qeyri nə düşünülürsə, hamısı ayrılıq və pərişanlıq yoludur “.    

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz