MEMARLIQDAN FƏLAKƏTƏ

MEMARLIQDAN FƏLAKƏTƏ

Allahın, di­ni­nə qar­şı çıх­dıq­la­rına və az­ğın­lıq­la­rına gö­rə, məhv edə­rək yer üzün­dən sil­di­yi qövm­lər­dən bi­ri də Ad və Səmud qöv­mləridir. Qurani-Kərimin Əraf, Hud, Muminun, Şuəra və digər surələrində bu qövmlərdən bəhs edilməkdədir. 

Qövmünə adı verilən Ad Hz.Nuhun nəvələrindəndir. Bu qövm iyirmi üç qəbilədən meydana gələn bir ərəb qövmüdür. Həlak olma səbəbləri bütün bəşəriyyətə ibrət olan Ad qövmünün yaşadığı ərazi Əhqaf diyarı olmuşdur.

Məhsuldar torpaqları olan bu qövm otu, suyu və müxtəlif nemətləri bol olan, bağlıq-bağçalıq bir yerdə yaşayırdı. Yerin üzərində şır-şır axan çayları, bağları, bağçaları, sürü-sürü davarları; yer altında da böyük su anbarları və köşkləri vardı. (əş-Şuəra, 129, 133, 134) Hətta Əhqaf ərazisi “İrəm” adıyla tanınmışdır. Məşhur “İrəm Bağları” ifadəsi oradan gəlir. Bu qövmün insanları çox istedadlı, güclü-qüvvətli, iri cüssəli və uzun ömürlü idi. Ad qövmünün gözəl evləri, dəbdəbəli binalarının içində bağlar-bağçalar və gözəl hovuzlar vardı. Hər yer üstün memarlıq əsəri olan göz qamaşdırıcı gözəlliklərlə dolu idi.

Ad qövmü Nuh tufanından sonra bütpərəstliyə dönən ilk qövmdür. Bu qövm zamanla dünya nemətlərinə qərq olmaları səbəbilə Allahdan qafil qaldı, fitnə və fəsad ilə dinlərindən uzaqlaşdı. Nuh tufanının dəhşət və hikmətini düşünməyib yaxşıca dünyaya daldılar. Gələn nemətlərin çoxluğuna baxaraq aldandılar. Təkəbbürə qapıldılar, lovğalandılar. Nemətin həqiqi sahibini unutdular. Allah-Təala belə buyurur:

Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər”. (Fussilət, 15)

Onlar ilahi istiqamətdən o qədər ayrıldılar ki, Səməd, Səmud, Səda və Həba adlı bütlər düzəltdilər və onlara tapınmağa başladılar. Zalım və qəddar oldular. Gücsüzləri, kimsəsizləri əzirdilər. Yazıq kəsləri yüksək binaların üstünə çıxardır, oradan aşağıya atırdılar. Sonra onun parçalanmış mənzərəsini seyr edir və bundan zövq alırdılar. Qəlbləri qatılaşmışdı. Zülm ağlasığmaz dərəcədə artmışdı. Zəif qəbilələrə basqınlar edib mallarını talan edirdilər. Lüks və göstərişdə də həddi aşmışdılar. Nuh Tufanından sonra ilk həlak edilən qövm Hudun (ə.s) qövmü Ad oldu.

Ancaq Hz. Hudun (ə.s) bu qövmlə yalnız soy etibarilə əlaqəsi vardı. Yaşayış tərzi olaraq onlarla heç bir əlaqəsi yox idi. O, təmiz və soylu bir ailənin övladı idi.

Səmud qöv­mü də güc­lü, zən­gin, yüksək qabiliyyətli bir qövm olub. Quranda onların halı belə anladılır: “Allahın si­zi Ad tay­fa­sın­dan son­ra onun ye­ri­nə gə­tir­di­yi, düz­lə­rin­də qəsr­lər tik­di­yi­niz, dağ­larını ovub ev­lər dü­zəlt­di­yi­niz yer üzün­də yer­ləş­dirdi­yi vaх­tı хa­tır­la­yın. Allahın ne­mət­lə­ri­ni ya­da sa­lın, yer üzün­də do­la­şıb fit­nə-fə­sad tö­rət­mə­yin!” (əl-Əraf, 74)

Allah ya­şa­dıq­la­rı gö­zəl hə­yat şə­rai­tin­də yo­lu­nu azan Səmud qöv­mü­nü əbə­di əzab hə­ya­tı ilə хə­bər­dar edib qor­хut­maq üçün Hz.Sa­le­hə el­çi və­zi­fə­si ver­miş­di. Hz.Sa­leh öz qöv­mü ara­sın­da ta­nınan bi­ri idi və o, qöv­mü­nü az­ğın­lıq­dan хi­las ol­ma­ğa ça­ğır­dığı za­man qöv­mü çaş­qın­lığa düş­müş­dü. Хal­qın çoх az bir qis­mi Sa­leh pey­ğəm­bə­rin çağırışına ta­be ol­muş, ək­sə­riy­yət isə onu qə­bul et­mə­miş­di.

Hz.Sa­le­hi in­kar edən­lə­rin ba­şın­da qöv­mün ta­nın­mış adam­la­rı da­ya­nır­dı və bu in­san­lar əl­lə­rin­də olan mad­di gü­cə əsas­la­na­raq pey­ğəm­bər­lə­ri­nə qar­şı düş­mən mü­na­si­bə­ti gös­tə­rir­di. On­lar Hz.Sa­le­hə ta­be olan­la­rı zə­if­lət­mə­yə və on­la­ra təz­yiq gös­tər­mə­yə baş­la­dılar. Hz.Sa­le­hin on­la­rı Allaha iba­dət et­mə­yə ça­ğır­ma­sın­dan qə­zəb­lə­nib ona nif­rət edir­di­lər. Bu nif­rət əs­lin­də yal­nız Səmud хal­qına хas de­yil­di. Səmud qöv­mü on­dan əv­vəl ya­şa­mış Nuh və Ad qövm­lə­ri­nin səh­vi­ni tək­rar edir­di. Bu­na gö­rə də Quran­da bu üç qövm­dən be­lə bəhs edi­lir: “Mə­gər sən­dən əv­vəl­ki Nuh, Ad, Səmud tay­fa­larının və on­lar­dan son­ra gə­lib get­miş, an­caq Allahın bil­di­yi üm­mət­lə­rin хə­bər­lə­ri si­zə gə­lib çat­ma­dımı? Pey­ğəm­bər­lə­ri on­la­ra açıq-aş­kar mö­cü­zə­lər­lə gəl­miş­di­lər. On­lar əl­lə­ri­ni ağız­la­rına qo­yub: “Biz si­zin­lə gön­də­ri­lən­lə­rə inan­mırıq və bi­zi də­vət et­di­yi­niz ba­rə­sin­də də möh­kəm bir şəkk-şüb­hə için­də­yik!” - de­miş­di­lər”. (İb­ra­him, 9)

Səmud qöv­mü Sa­leh pey­ğəm­bə­rə qar­şı çıх­maq­da is­rar edir­di, hət­ta onu öl­dür­mək üçün plan da qu­rmuşdu. Halbuki Allah onların etdiklərindən xəbərdar idi. Qurduqları bütün planlar boşa çıxdı. Öz əlləri ilə özlərinə zülm etdilər.

Yer üzün­də ya­şa­yan han­sı qövm olur­sa ol­sun, ta­riх bo­yu bö­yük zən­gin­lik və şöh­rə­tə sa­hib ol­duqdan sonra yo­lun­dan az­dıq­la­rı təq­dir­də Allahın əza­bına dü­çar ol­muş­lar. Bu gün Səmud qöv­mün­dən, pey­ğəm­bər­lə­ri­ni öl­dü­rə­cək qə­dər yo­lun­dan az­mış in­san­la­rın əl­də et­di­yi mal-döv­lə­tin­dən, güc­lə­rin­dən heç bir əsər-əla­mət qalmayıb. Bu qədər özlərinə arxayın olmalarına baxmayaraq, Allahın onları həlak etməsi heç də çətin olmadı, güclü bir külək və səslə məhv olub getdilər. Hal-ha­zır­da ad­la­rı be­lə mə­lum ol­ma­yan bu in­san­la­rın hə­ya­tı di­gər inkarçılar ki­mi cə­hən­nəm hə­ya­tı ilə so­na çat­dı. Hər bir in­san bun­dan ib­rət ala­raq dü­şün­mə­li­dir.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz