QARDAŞLIĞIMIZI QORUYAQ.

QARDAŞLIĞIMIZI QORUYAQ.

Allah (c.c) Quranda öz hökmünü vermişdir; “ Möminlər ancaq qardaşdırlar.” (Hücurat, 10)  Bu höküm əbədidir. Heç bir əsrə və zamana görə dəyişə bilməz. Necə ki, namaz ibadəti hər zaman fərzdir.

 Qardaş olmaq, qardaş qalmaq və qardaş kimi yaşamaq da qiyamətə qədər gedəcək ilahi bir qanundur. Möminləri bir-birinə qardaş edən Uca Rəbbimizdir. Bu böyük bir lütf və  böyük bir fəzilətdir. Allah (c.c) biz inananlara dəyər vermiş onların dünya xöşbəxtliyini təmin edəcək yollar və qaydalar qoymuş,sevincini və kədərini bölüşdürəcək iman qardaşları bəxş etmişdir. Bu qardaşlar arasında da heç şübhəsiz bəzi haqq və hüquqlar qoymuşdur.

          Elə bu qardaşlıq sırf sözdə qalmasın deyə qeybətə haram demiş, həsədi çirkin görmüş,yaxşılığı tövsüyə edib pis işlərdən çəkindirməyi prinsip olaraq qoymuş,qardaşlarının ayıblarını örtənlərə isə böyük mükafatlar vəd etmişdir. Qardaşlıq bağımız daha da möhkəm olsun deyə, sədəqə və infaqa təşviq etmiş, bir qardaşına təbəssüm etməyi belə sədəqə saymış, xəstə olduğu zaman ziyarətinə gedərkən  sanki Rəbbini ziyarətə gedirmiş kimi savab vəd etmişdir.

Deməli qardaş olmaq da dinin əmrlərindən sayılmaqdadır. Necə ki, namazı pozan hallar vardır, eləcə də qardaşlığı zədələyən və onu yox edən hallar da vardır. Allah Rəsulu (s.ə.s) mübarək hədisində belə buyurur; “ Bir-birinizə həsəd etməyin, almayacağınız bir malın qiymətini müştəri yığılsın deyə artırmayın, bir birinizə kin və nifrət etməyin, bir-birinizdən küsüb arxa çevirməyin, birinizə satılan  malı başqası almaq istəməsin.Ey Allahın qulları qardaş olun. Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm və haqsızlıq etməz, köməyini ondan əsirgəməz və onu təhqir etməz. Bundan sonra Allah Rəsulu (s.ə.s) üç dəfə sinəsinə işarə edərək buyurdu; Təqva (Allah qorxusu) buradadır.Bir şəxsə, din qardaşını xor və həqir görmək günah olaraq kifayət edər. Hər bir müsəlmanın qanı, malı və namusu başqa müsəlmana haramdır.( Buxari,Məzalim,3)

          Bu hədisi-şəriflə Allah Rəsulu (s.ə.s) qardaşlığımızı mühafizə etməyə çalışmış, onu zədələyəcək söz və tövrləri bizlərə xəbər vermişdir.Həsəd, süni alver qızışdırmaq, kin və nifrət, zülm və haqsızlıq, hətta həqir görmək kimi şəxsiyyətini rəncidə edəcək hərəkətləri qadağan etmişdir. Bu tövsiyələrlə sanki Allah Rəsulu (s.ə.s) tənhalığa çəkilib tək yaşayan bir müsəlman deyil, tək ürək, tək yumruq olan bir müsəlman modeli qurmaq istəmişdir. Bunun üçün də başqa bir hədisində müsəlmanların bir binanın divarındakı kərpiclər kimi, bir darağın dişləri kimi olduğunu bəyan etmişdir. (Buxari-Müslim)

Sabah namazında məscidlərimizin boş qalması şeytanın gecə-gündüz planlı şəkildə  səy göstərərək əldə etdiyi bir uğurdursa, müsəlmanların aralarında səmimiyyətin olmaması, bir-birinə arxa çevirib silah qaldırmaqda bu uğurun bir parçasıdır.

Səhabələrdən Abdullah ibni Ömər (r.a) belə rəvayət edir:“Biz elə bir zaman gördük ki, heç kim dinarını və dirhəmini (pul-parasını) müsəlman qardaşından daha qiymətli görməzdi. İndi isə dinar və dirhəmlər bizə daha dəyərli gəlməyə başlayıb. Mən Rəsulullahın  (s.ə.s) belə buyurduğunu eşitmişdim, “Elə qonşular olacaq ki, qiyamət günü qonşusunun yaxasından yapışıb, ya Rəbbi, bu, qapısını mənim üzümə örtən, mənə heç bir zaman yardım etməyəndir”,- deyəcək”. (Buxari, Ədəbülmüfrəd) 

Qardaşlığımızı möhkəmləndirməklə Rəbbimizin bizdən razı qalmasını istəyiriksə  gəlin aşağıdakı davranışlara diqqət edək:

 Özümüz üçün sevib istədiyimizi din qardaşımız üçün də arzulayaq.

Müsəlman qardaşlarımız əlimizdən və dilimizdən heç bir əziyyət görməsin.

Qardaşlar arasında söz gəzdirməkdən uzaq duraq.

Dini bir səbəb olmadıqca qardaşımızla üç gündən artıq küsülü qalmayaq.

Verdiyimizsözə sadiq qalaq, onu mütləq yerinə-yetirək.

Din qardaşlarımıza  qarşı təvazökar olaq, təkəbbürdən uzaq duraq.

Ölmüş və həyatda olan din qardaşlarımız üçün dua edək.

Bir müsəlmanla qarşılaşanda əvvəlcə gözəl bir salam verək.

Din qardaşımızın cənazəsində iştirak edək.

İki küsülü qardaşımızın arasını düzəldək.

Daima onlara nəsihət edək və özümüz də nəsihət dinləyək.

Bütün müsəlmanlara təbəssüm edək.

Böyüklərə hörmət, kiçiklərə şəfqət və mərhəmət göstərək.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz