İslam, elm və tərəqqi deməkdir

İslam, elm və tərəqqi deməkdir

Cahanşümul bir din olan İslam dininin təməl ünsürlərindən birini elm təşkil edir. İslam, bir elm dini olduğu üçün onun meydana gətirdiyi mədəniyyət də elmi mədəniyyətdir. Allah tərəfindən göndərilən ilk əmrin “oxu” olması İslam dininin ilk anından başlayaraq elmə nə qədər dəyər verdiyini göstərir.

 Bu mənada fransız alim Rosenthal belə demiştir: “İslamda olduğu qədər heç bir əqidə sistemində din ilə elm bir-biri ilə eyniləşməmişdir”. Son dövrün populyar  fikirlərindən biri də əfsuslar olsun ki, İslam dininin insanları elmdən, həqiqətdən uzaqlaşdırdığı ironiyasıdır. Bu fikir İslamı tanımayan və yaxud İslamdan qorxan kimsələrə məxsusdur. Tarixə səyahət etsək görərik ki,İslam və müsəlmanlar nə qədər elmə və təhsilə dəyər veriblər. Əlbəttə tarixdə bütün görkəmli müsəlman şəxiyyətlər elm sahəsində öz fikirlərinikəşfləri ilə əyani şəkildə göstəriblər. Sadəcə olaraq günümüz insanlarının dünya sevgisi və istehlak sevdalısı olması bu həqiqətləri kölgəsi altında buraxmışdır. Bu yazımızla İslamın elmə və təhsilə verdiyi dəyəri bir daha təkrar edərək bilgili, intellekt səviyyəsi  yüksəkbir cəmiyyətin nəsilləri olduğumuzu xatırlatmaq istəyirik.

Əvvəla onu qeyd edək ki, İslamdan əvvəlki vəhşi həyat mənasına gələn “cahiliyyə dövrü”ndən qurtuluş, elm vasitəsilə olmuş və nəticədə “səadət çağı” meydana gəlmişdir. Quranda bilənlərin bilməyənlərdən üstün olduğunun ifadə edilməsi elmə verilən dəyərin açıq nümunəsidir. Hədis məcmuələrində elm bölmələrinin yer alması da elmə verilən dəyərin təzahürüdür. Dinin məqsədi olan mərifət də məhz elm vasitəsilə əldə edilir. Həzrət Peyğəmbərin Mədinədə şəhər dövlətini qurduğu zaman ilk icraatlarından biri kimi “Əshabı-Süffə” adı ilə məşhur olan elm ocağını qurması və onlara xüsusi imtiyazlar tanıması elmə nə qədər əhəmiyyət verdiyini göstərir. Alimin ölümünü aləmin ölümünə bərabər görən bir dinin elmdən uzaq olduğunu düşünmək və ifadə etmək sadəlövhlükdən başqa nə ola bilər ki?Elmsizi imanı sönmüş, donmuş və zəif olaraq qəbul edən dinə, “elmdən geri qalıb” damğasını vurmaq haqsızlıqdır. Bir saat elm öyrənməyi nafilə ibadətlərdən daha üstün hesab edir, elm dostu İslam dini. İslama görə faydalı iş və faydalı əməl, bilərək yerinə yetiriləndir. Bir gün Rəsulullaha işlərin ən üstününün hansı olduğunu soruşurlar. O da:“Allahı bilmək və tanımaqdır”,- deyərək cavab verir. Oradakılar: “Hansı bilgini nəzərdə tutursunuz?”,- deyə soruşurlar. Rəsulullah (s.ə.s):“Əskiklərdən uzaq olan, bütün üstün vəsflərə malik olan Allahı bilməyi”,-deyə cavab verir. Onlar:“Ey Allahın elçisi!Biz sizdən işi soruşuruq, siz isə bizə elmdən bəhs edirsiniz”,- dedikdə, rəsulullah (s.ə.s): “Yaxşı bilin ki, Allahı bilərək edilən az iş faydalı, bilməyərək edilən iş isə faydasızdır”,- deyə cavab verir.Beləliklə Rəsulullah bilməyi, öyrənməyi və nəticədə Allahı tanımağı necə də gözəl ifadə edir.

Mədəniyyətlər ancaq elm və sənətlə inkişaf edir. Elmsiz cəmiyyətin mədəniyyəti də ölməyə məhkumdur. Odur ki, biz müsəlmanlara milli-mənəvi mədəniyyətimizi qoruyub yaşatmaq üçün birinci növbədə elmlə məşğul olub, elm sahəsində sözümüzü demək bir borcdur. Yaşadığımız dövr elm dövrüdür. Güc elmdədir. Müsəlman üçün elm öyrənmək həm ibadətdir, həm də dünyada gücdür. Bir alimdənşoruşurlar:“Nə vaxta qədər elm öyrənmək lazımdır?”O alim:“Ömür boyunca”,- deyə cavab verir. Ərəb filologlarından birindən soruşurlar ki:“Hansı yaşda elm öyrənmək yaxşıdır?” O da:“İnsan yaşadığı müddət ərzində”,-deyərək cavab vermişdir.

Bəli, İslamın gətirdiyi mədəniyyət bütün mədəniyyətlərdən üstündür. Çünki elm və elmi həqiqətlərə əsaslanır. Babil, Bizans, Sassani,... heçbir mədəniyyət İslam mədəniyyətinin çatdığı zirvəyə çata bilməmişdir. Qərbli alimlər İslamın bu mədəniyyətindən və elmə verdiyi dəyərə valeh qalmış,  tərifləyici cümlələr sərf etmişdir. Bunlardan bəzilərini belə qeyd edə bilərik:

“Avropada cəhalət hökm sürərkən müsəlmanlar dünyanın hər yerinə mədəniyyət bayrağını sancdılar”. (Sedio)

“Əxlaq, elm və sənaye baxımından müsəlmanlar xristianlardan qat-qat üstündürlər”. (Sedillot)

“Müsəlman mədəniyyəti o dövrlərdə insan zəkasının çata biləcəyi ən yüksək zirvəyə çatmışdı”. (Bathold)

“Unutmamalıyıq ki, müasir elmlərin təməllərini atma şərəfi Muhammədə inananlara aiddir. Bu gün istifadə etdiyimiz kəşflərin heç birinə görə nə kilsəyə nə də xristianlığa borclu deyilik”. (Enkersal)

“Avropanın tərəqqi etməsinin hər bir mərhələsində İslamın izləri vardır”. (Briffault)

“Biz intibahı müsəlmanlara borcluyuq”. (Bodley)

Avropa elm adamlarının, İslamın mədəniyyətə ve elmə verdiyi dəyərə aid dediklərindən misalları artırmaq mümkündür. Unutmamalıyıq ki, İslam mədəniyyəti hər zaman özdövrünün alisi olub. Ancaqbu gün müsəlmanlar dünyadakı texniki və elmi tərəqqidən geri qalıblarsa bu İslam dininin nöqsanı deyil, bugünkü  müsəlmanların nöqsanıdır. Tarix boyu dünya sferasında İslam mədəniyyəti və elmi öz sözünü deyibsə, bu gün yenə də bunu təkrar edə bilər. Lakin bu,İslamın əslinə dönüşlə mümkündür. Ey Tarix kölgəsində yatan müsəlmanlar! Artıq tarix səhnəsinə yenidən çıxmaq vaxtı gəlib çatmışdır. Əcdadımızın elmi mirasına sahib çıxmaq hər birimizin borcudur. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz