Qalib Olmaq Üçün Məğlubiyyətə Hazırlaşmalısan!

Qalib Olmaq Üçün Məğlubiyyətə Hazırlaşmalısan!

Yəqin ki, başlığı oxuyanda “bu nə deməkdir?” sualı yarandı sizdə. Bir az da  mənasız gəldi, amma diqqətinizi də çəkdi...

 Qalib olmaq, uğur qazanmaq, arzulara və hədəflərə çatmaq, onları əldə etmək hər kəsin çox istədiyi bir şeydir.

Buna baxmayaraq uğurlu olub hədəflərinə çatanların sayı azdır. Bunun da fərqli səbəbləri var. Hər yazar, hər psixoloq və hər natiq bu mövzu ilə bağlı onlara sual ünvanlandığında fərqli cavablar verirlər və bu cavabların da hər birinin şübhəsiz ki, doğruluq payı var. Eyni zamanda şərtlər, mədəniyyət, mentalitet və.s kimi faktorlara görə dəyişən səbəblər də mövcuddur.

            Bütün bunlarla yanaşı bir də hər bir fərd, mentalitet, şərait və.s faktorlarda dəyişməz olaraq qalan səbəblər (prinsiplər) də var. Bunlardan biri də, bu yazıda müzakirə edəcəyimiz  “Uğursuzluqlarla Yan-yana Hərəkət” qanunu adlandırdığım prinsipdir.

Məqalənin başlığını inda daha yaxşı anlayacaq və uğur qazanmağın ən acı (bir müddət üçün) bir vazkeçilməzini tanımış olacaqsınız. Bu ən acı, ən üzücü, ən yorucu, həvəsdən düşürücü olmasına baxmayaraq istifadə edə bilənə və düzgün yanaşma ilə yanaşa bilənə də əvezedilməz faydalar verəcək iki ucu da kəsən bıcaq kimidir. Bunun daha aydın anlaşılması üçün aşağıdakı izahları diqqətlə oxumaq kifayətdir.

Deyək ki, uğurlu olmaq, həyatınızı dəyişmək və xəyallarını qurduğunuz şeyləri əldə etmək, bir an öncə onlara çatmaq istəyirsiniz. “Bunlara nail olmaq üçün  hər şeyi etməyə hazıram” deyirsiniz və özünüzü də çox enerjili və həvəsli hiss edirsiniz. Və bir gün qərar verib bir yerdən başlayırsınız bu yöndə işləməyə və ilk başda özünüzü hər insanda olduğu kimi çox yaxşı hiss edirsiniz.

Çünki artıq vaxtınızı boş, mənasız şeylərə deyil, sizin və sevdikləriniz, yaxınlarınız üçün  faydalı olan şeylərə sərf edir, alın təri, halal əməklə nə isə etməyə çalışırsınız.

Ətrafdakı insanlar da ciddi qərar verib faydalı işlərlə məşğul olduğunuz üçün yəqin sizi dəstəkləyir və bu da sizi sevindirir, özünüzü yaxşı hiss etməyə başlayırsınız. Amma bununla yanaşı günlər keçdikcə iki mənfi şey baş verir. Hansılar ki, sizi narahat edir, kədərləndirir və həvəsinizin ölməsinə səbəb olurlar. 

Bunlar nədir?

Birincisi; Getdikcə məsuliyyətin artması və işin bir az çətinləşməsi, etdiyiniz cəhdlərin bir neçəsində üzləşdiyiniz uğursuzluqlar və nəticə olaraq da uğura olan inamınızda şübhələrin yaranması, içinizdən bir neqativ pıçıltının sizi narahat etməsi.

İkincisi isə; sizə dəstək verib bu qərarınıza görə sizə qarşı müsbət fikirli və sizə inanan insanların o dəstək və inamlarını itirmələri və onların yanında pərt olmaq, qazandığınız hörməti itirməyiniz.

Bu iki səbəb və günlər keçdıkcə artan bunların mənfi təzyiqi sizi bir az daha əzməyə, inamsızlığıa və gözlərinizin hədəfdən yayınıb sadəcə problemlərə, olan və ola biləcək bütün neqativ və kədərli olanlara köklənməsinə və nəticə olaraq da daha çox bunları görüb, bunları düşündüyünüzdən həyatınızda da bunları çoxalmağa başlamasına səbəb olurlar. 

Məhz bu anlar uğura doğru gedən hər bir insan üçün ən kritik anlardandır. Belə ki, bu anda bütün uğursuzluq və çətinlikləri qəbul etmə və onları öz-özünüzə analiz etmə şəkliniz onların o gün və gələcək həyatınız üzərindəki təsirini təyin edəcəck və istiqamətinizin sizə sonralar üzəcək, ya da fəxr etmənizə səbəb olacaq yerə yönəlməsini təyin edəcək, buna səbəb olacaq ən əsas faktor olacaqdır.

Bu cür anlar etməli olduğunuz bir neçə şey var. Bir də bu cür anlarda etdikləriniz. Etməli olduğunuzla, etdikləriniz arasındakı boşluqdur təyin edən sizə vəd ediləni, daha azını ya da daha çoxunu əldə etmənizə səbəb olan.

Belə vəziyyətdə hər kəsin etdiyi bir çox şey və verdiyi bir çox qərarlar var. Bu qərarlar, seçimlər ve edilənlər nə qədər fərqli olsalar da əsasən üç qrupa bölünür. Bu qədər fərqliliklər olmasına baxmayaraq bunları edən insanlar eynidirlər. Yəni bəlli seçimləri edən bəlli insan qrupları var.

Məsələni qısa və anlaşılan şəkildə izah etmək və aydın başa düşülməsini təmin etmək üçün bu sadə misalla izah etməyi lazım bildim.

Uğur qazanan insanlar məğlubiyyətin, çətinliklərin və problemlərin həyatın qaçılmaz və danılmaz bir həqiqəti olduğunu qəbul edib ona görə yaşayırlar. Hər problemə bir əvəzsiz dərs kimi baxıb ibrət alırlar. Bizə ən faydalı və əvəzedilməz dərsləri üzləşdiyimiz uğursuzluqların verdiyinə inanırlar. Daha ilk başdan uğursuzluq, çox çətin problemlər və.s kimi sürprizlərlə qarşılaşacaqlarını bilib, bunlara və ola biləcək ən pis ehtimallara görə hazırlıq görürlər. Problemləri, uğursuzluqları daha ilk başdan qəbul etdiklərindən bunlarla üzləşdiklərində şikayət, gileylənmə, şansa söymək yerinə soyuqqanlı qalmağı və bu uğursuzluqları ən yaxşı və effektli şəkildə necə həll edəcəkləri üzərində düşünür və bu yöndə hərəkət edirlər. Bunun da ən təbii nəticəsi olaraq problemi həll edir, özünə olan inamı güclənir və bu və bənzəri problemləri həll etmək üçün də təcrübə qazanmış olub gələcəyə də daha inamla baxırlar və uğursuz insanlar da bunlara “daydayısı var, şanslı adamdır, bəxtəvərdir” və s. kimi etiketlər yapışdırıb nların paxılllıqlarını çəkə-çəkə, amma ürəklərində də gizlincə onlar kimi ola bilməyi arzulaya-arzulaya “armud biş, ağzıma düş” tərzində bir həyat yaşayıb elə də dünyayla vidalaşırlar. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz