Həyat Dəftərindən

Həyat Dəftərindən

Bir dəfə bir dilənçi hz. Əlinin qarşısında duraraq ondan bir şey istədi. Hz. Əli ya oğlu Həsənə, ya da Hüseynə dedi ki, evə gedib hz. Fatiməyə verdiyi altı dirhəmdən birini gətirsin.

 Oğlu evə getdi və qayıdıb dedi:

- Anam o pulu un almaq üçün saxladığını deyir.

Hz. Əli dedi:

- Bir bəndə Allah qatındakına öz əlindəkindən daha artıq güvənməsə imanı kamil olmaz. Get ona de ki, altı dirhəmin hamısını göndərsin.

Oğlu gedib altı dirhəmi gətirdi və atasına uzatdı. O da bu pulları dilənçiyə verdi. Hz. əli (r.a) hələ evə getməmişdi ki, dəvəsini satmaq istəyən bir nəfər onun yanına gəldi. Hz. Əli: “Dəvəni neçəyə satırsan?” -deyə soruşdu.

- Yüz qırx dirhəmə.

- Əgər razısansa, pulunu bir müddət sonra vermək şərtiylə onu qapıya bağla.

Həmin adam dəvəni bağlayıb getdi. bu vaxt başqa bir adam gəlib soruşdu:

- Bu dəvə kimindir?

- Mənim.

- Onu satırsanmı?

- Bəli.

- Neçəyə?

- İki yüz dirhəmə.

- Çox gözəl, alıram.

Həmin adam iki yüz dirhəm verib dəvəni aldı. Hz. Əli dəvəni aldığı adama yüz qırx dirhəm olan borcunu qaytardı və özünə qalan altmış dirhəmi də aparıb hz. Fatiməyə verdi. Hz. Fatimə soruşdu:

- Bu nədir?

- Bu, Allahın “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.” (əl-Ənam, 160) deyərək Peyğəmbəri vasitəsilə bizə vəd etdiyi mükafatdır. (Əli əl-Müttəqi, VI, 572-573/16976)

 

Sənət öyrənin

Şirazlı şair Sədi məşhur Gülüstan əsərində bilgin bir adamın övladlarına bu nəsihəti etdiyini yazır:

Canım övladlarım, peşə sahibi olmağa çalışın, çünki dünya sərvətinə güvənmək olmaz. Sahib olduğunuz ad-san isə şəhərin qapısından çölə çıxmaz. Pul-para isə həmləyə məruz qalar. Ya oğru aparar, ya da sahibi az-az yeyib bitirər. Amma sənət axar bulaq kimidir, yaşayan sərvətdir. Sənət sahibi sərvətdən məhrum olsa da qəm yeməz. Çünki sənəti sayəsində hara getsə etibarla qarşılanar. Sənət sahibi olmayan kəs isə getdiyi hər yerdə dilənməyə məcbur qalar, sıxıntı çəkər.

Aşiqlər ölməz

1948-ci il idi. O il Ankara-Əskişəhər dəmiryolunun uzadılması səbəbilə Yunus Əmrənin türbəsi plana düşdüyü üçün olduğu dağıdılacaqdı. Ancaq buna nail olmadılar. Hətta deyilənlərə görə dəmiryol relsləri mənən yerlərindən sökülərək səkkiz metr uzağa atılmışdı. Buna görə qəbrinin başqa yerə köçürülməsi üçün hazırlıqlar aparılmağa başlandı. Mərasim olmayacaqdı. Lakin cəsədin köçürüləcəyi gün oraya böyük bir qələbəlik yığışmışdı. Elansız və dəvətsiz oraya gələn bu qədər müsəlmanın duaları ilə qəbri həssaslıqla açdılar. Hz. Yunusun bədəni 700 il keçməsinə baxmayaraq qəbrə yeni qoyulmuş kimi təptəzə idi.

Çünki Yunus:

Yunus öldü deyu sala verirlər

Ölən heyvan imiş aşiqlər ölməz!

-dediyi kimi ölməmiş, sadəcə dünyasını dəyişmişdi.

Necə ki, əsərləri də əxlaq və fəzilət sahibi olan insanların qəlblərində hələ də yaşamaqdadır. Yunus Əmrə tarixə silinməz bir möhür vurmuşdu. Onun vəfatından sonra eyni adla və eyni tərzdə yazan bir çox şair gəlmişdir. “Yunus şairləri” halqası olmuşdur. Eyni zamanda bir çox kənd və qəsəbələrə Əmrə adı verilmişdir. Bütün bunlar onun ixlasının bərəkətindən irəli gəlir.

700 il bundan əvvəl dediyi sözlər sanki küləyin gətirdiyi səs kimi bu günümüzdə əks-səda verir:

Biz dünyadan gedər olduq, qalanlara salam olsun!

Bizim üçün xeyir-dua qılanlara salam olsun!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz