O Dünya

O Dünya

Insan üçün dünya geniş bir imtahan yeri, ömür isə imtahanın müddətidir. Qurani Kərimdə "Hansınızın əməldə daha üstün olduğunu sınamaq (bəlli etmək)  üçün ölümü və həyatı yaradan odur. 

O, yenilməz qüvvə sahibidir (çox) bağışlayandır", ayəsi ilə bu imtahan açıqlanır. (Mülk 2)

 Islam dini və müqəddəs kitabı, axirət inancına böyük əhəmiyyət vermişdir. Bu səbəbdən Quranda, həm Məkkə dövründə, həm də Mədinə dövründə nazil olan surələrdə yüzdən çox termin və ya söz işlədilərək, axirət inancını başa salmağa çalışlmışdır. Quranda axirət günündən söz açmayan surə demək olar ki, yoxdur. Quran axirət fikrini, insanın düşüncə və qəlbinə bəzən açıq dəlillərlə, bəzən isə nümunələr vermək şərtiylə yerləşdirməyi özünün əsas çizgisi kimi mənimsəmişdir. Axirət həyatından bəhs edən çox sayda mənası açıq ayələr və səhih hədislər axirətin varlığını sübut edir.

 Axirətə inanan hər bir kəs, müvəqqəti olan dünyada, daha yüksək və sonsuz bir həyata hazırlaşar. Uzun bir səfərə çixacaq olan bir insan yanına lazımi qədər xərclik alar və  hazırlıq görmədən yola çıxmaz.

 Halbuki öldükdən sonra davam edəcək olan axirət həyatı, dünya həyatından daha uzun və daha əhəmiyyətlidir.

 Insandakı ədalət fikri, axirətə inanmağa məcbur edir. Biz Allah (c.c.)-ın mütləq və sonsuz ədalətinə inanırıq. Bilindiyi kimi, bu dünya - güvvətlinin zəifi əzdiyi, pis işlərin hər fürsətdə işləndiyi, sayı- hesabı olmayan gizli işlərin icra edildiyi bir yerdir. Hər gün hesabı bilinməyən cinayətlər işlənir, oğurluqlar, namussuzluqlar və buna bənzər pisliklər edilir. Bunların hamısının da dünyada cəzasını çəkmək mümkün deyildir. Əgər bu dünya həyatının sonunda bir hesab və cəza günü olmasaydı, zalimlərin cəzasız qalması, məzlumların haqqının alınmamış olması qalardı. Halbuki ədalət, haqqın haq sahiblərinə verilməsini əmr edir. Ona görə də dünyada yaxşılıq işləyənin mükafatını alması, pis işlər işləyənin cəzasını çəkməsi, ədalətin yerinə yetməsi üçün  axirət həyatının varlığına ehtiyac vardır. Aşağıdakı ayə bunu bildirir: "Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik." (Ənbiya 47)

 Insandakı məsuliyyət fikri də axirətə inanmağı məcbur qılar. Allah (C.C.) insana ağıl və iradə vermiş, peyğəmbərlər və kitablar vasitəsilə doğru və əyri yolları göstərmiş, yaxşı əməllər işlədiyi halda səadətə çatacağı, pis işlər görsə əzabə düçar olacağını bildirmişdir. Vəziyyət belə olduğuna görə ömür boyu ağıl və iradə ilə sərbəst olaraq etdiyi hərəkətlərindən ötrü hesab verməsi, verilən nemətləri yerində istifadə edib-etmədiyinin soruşulması lazım olur. "Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız" mənasındaki ayə, bu həqiqəti anladır. (Təkasur, 8)

 Peyğəmbər əfəndimiz (s.a.v.) də belə buyurmuşdur: " Qıyamətdə insan, ömrünü harada keçirdiyini, elmi ilə nə iş gördüyünü, malını haradan qazanıb haraya xərçlədiyindən, bədəniylə nə iş gördüyündən soruşuluncaya (və hesabını verincəyə) qədər ayaqlarını yerindən tərpədə bilməz

 Insandakı sonsuzluq və əbədilik məsuliyyəti, axirətə inanmağı məcbur qılır. Insanlıq tarixi ilə əlaqəli olaraq, müxtəlif yerlərdə edilən incələmələr, insanda bir əbədilik və sonsuzluq məsuliyyətinin varlığını göstərmişdir. Vətənindən ayrı qalan, amma vətəninə qayıtmaq istəyən bir qərib yolçu məsuliyyəti, insanda onu əbədi həyat inancına hazır tutan, yaradılışdan bir özəllikdir. Bununla birlikdə həyatına həddən artıq bağlanması dəbindən, axirət inancına qarşı çıxan və bütün var olma səbəblərini keçici dünya həyatına bağlayan insanlar da bəzən gəlmişdir. Quran - " Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik!" (Əl Muminun, 37) deyənlərin doğrudan da bir elmə dayanmadıqlarını ifadə edərək, inkarçıları və axirəti yalanlayanları aciz etmişdir.

 Insanın başıboş və qayəsiz yaradılmaması da axirətə inanmağa məcbur edir. Quranda da deyildiyi kimi, insan boş yerə və qayəsiz yaradılmamışdırş. O, yaradılış səbəbini gerçəkləşdirmək, yer üzündə xəlifə (hökmüran) olmaq, ancaq Allah (C.C.) qulluq etmək üçün yaradılmışdır. Onda o bu hökümləri yerinə Yetirməyə məsuldur. Hökümləri yerinə yətirərsə, axirətdə əvəzini görəcəkdir. Bir ayədə belə deyilir: - "Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz? Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir)." (Əl Muminun, 115-116)

 Axirətə və hesab verəcəyinə inanan  insan pis əməllərinə qörə cəza, yaxşılıqlarına görə isə      mükafat alacağını bilir və bu məsuliyyət hissi altında hərəkətlərini daha yaxşı nizama salır.

Axirətə inanmaq  insan üçün bir xoşbəxtlik və səadətdir. Çox zəngin olan bir şəxsə, milyonlarla manatlıq sərvətdən, bütün ömrü boyu qazanıb tikdirdiyi gözəl binalardan, fabriklərdən ayrılmanın verəcəyi üzüntü nə ilə əvəz edilə bilər? Ömrü xəstəliklərlə keçən, bir gün belə üzü gülməyən bir insan axirətdə əbədi səadətə qovuşacağına inanırsa, səbirli olar və xoşbəxt gələcək ümidiylə  qəlbində bir sevinc hiss edər. Ümumiyyətlə, imanlı olan bir insanın həyatı şükür və səbir ilə doludur. Peyğəmbərimiz (s.a.v)-in belə dediyi rəvayət edilmişdir: "Müsəlmanın işi maraqlıdır. Çünki onun hər halı xeyirdən ibarətdir. Bu da yalnız müsəlmana aiddir. Bir rahatlığa  qovuşarsa şükür edər, bu onun üçün xeyir olar. Bir çətinə düşərsə - səbir edər, bu da onun üçün xeyirdir."

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz