Axirət İnancinin Həyatimiza Təsiri

Axirət İnancinin Həyatimiza Təsiri

İnsanı yaradan, onlar üçün yer üzünü bütün nemətləri ilə bəzəyən uca Allah, dünya deyilən keçici həyatı insanoğlu üçün məcburi məskən etmişdir.

 Dünyaya gəlmək insanın öz əlində olmadığı kimi, buranı tərk etmək də onun əlində deyildir. Bəzi insanlar həyatlarına son verə biləcəklərini düşünsələr də belə deyildir. Iki seçimsizlik arasında cüzi bir seçim imkanına sahib olan insanın bu dünyaya niyə və hardan gəldiyi və nə vaxt haraya gedəcəyi və sonunun nə olacağı kimi suallar əsrlər boyu düşünən hər kəsi məşğul etmişdir. İnsanın həmişə özünə soruşduğu: "Mən kiməm? Haradan gəldim? Niyə gəldim və haraya gedəcəyəm?" kimi suallara filosofların və digər mütəfəkkirlərin verdiği müxtəlif cavabları vardır. Ancaq bu suallara ən gözəl cavabı peyğəmbərlər vermiştir. Çünki onlar, özləri ilə əmin-amanlıq içində yaşayan, üsyan etməyən, verilənlə kifayətlənən, şikayət etməyən, Allahın qanunlarına təslim olan, ruh və bədən tarazlığı qura bilən, ağıl-elm-hikmət xüsusiyyətlərinə sahib olan və insanlara bunları öyrədərək isbat edən mükəmməl insanlardır. Bir de bu suallara verilən cavablar bir-birilə tərs düşməməli və insanın yaradılış məqsədinə uyğun olmalıdır. Bu vəziyyətin ən yaxşı nümunələri peyğəmbərlərdir.

 

Peyğəmbərlərin bu suallara verdiyi cavablar qısaca belədir: "Biz dünyaya Allah tərəfindən, Ona ibadət etmək, yer üzünü yaxşılıq və gözəlliklərlə qurmaq üçün gəldik. Dünya bizim için əbədi bir məskən yeri olmayıb keçici bir istirahət məkanıdır." Sevimli peyğəmbərimiz həzrəti Mühəmmədin (s.ə.s.) ifadəsi ilə, bizim için dünya, səyahət edən insanın istirahət etmək üçün kölgələndiyi ağac altı kimidir.

 

Dünyaya göndərilişimizin əsas məqsədi qulluq imtahınını yoxlamaq üçündür. Bizim üçün dünya bir imtahan yeri olmaqdan başqa bir məna ifadə etmir. İnsanların dünyada gördükləri bütün işləri uşaq oyuncaqlarının yaşına və ehtiyacına görə tərtib edilmiş şəkillərindən başqa bir şey deyildir. Beləki uca kitabımız, həyat rəhbərimiz Quranın bir çox ayəsində dünyanı oyun və əyləncə olaraq tərif edir. Bunun yanında dünyanın, dünyada qazanılanların və içindəkilərin keçici olduğunu ifadə edir. Müsəlmanların dünyaya bu gözlə baxmalarını istəyər. Böyük türk şair və sufisi Yunis Əmrə də bir şerində dünyanın və dünya malının keçici olduğunu aşağıdakı gözəl misralarla ifadə edir:

 

 

Mal sahibi mülk sahibi

Hanı bunun ilk sahibi

Mal da yalan mülk də yalan

Var biraz da sən oyalan!

 

 

Dünya həyatının faniliyini vurgulayan Quran, bir başqa dünyanın varlığına və əbədiliyinə sıx sıx diqqətimizi çəkir. Elə  ki, bu da axirət həyatıdır. Hətta bu dünyada edilən, qazanılan hər şeyin fani olduğunu, insana fayda verməyəcəyini, insanla bərabər ancaq saleh əməllərinin qalacağını da yenə Qurandan öyrənirik. Saleh əməl, əbədi olan axirət həyatı göz önündə tutularaq edilən əməllərdir. Əsas xüsusiyyəti Allahı və məxluqatı razı salması, və pis əməllərin qarşısını alıb yaxşılığı əmr etməsidir.

 

 

Axirət  həyatının varlığı və lüzumluluğu

 

Bütün möhtəşəmliyi ilə bizi əhatə edən, arxasından qaçırdan və əldə etmək üçün hər şeyimizi fəda etdirən bu dünya həyatının keçiciliyinə diqqətimizi çəkən Quran bizi əbədi olan axirət həyatına istiqamətləndirir. Bu həyatın nemətlərindən çox-çox bəhs edir və axirətə inanmağı Allaha imanla bərabər tutur.  Buna görə də dinimizdə axirət inancı iman əsaslarından biridir və Quranda ən çox təkrarlanan üç əsasdan biridir. Digərləri Allaha və Peyğəmbərlərə imandır. Yenə axirətə iman Allaha imanla birlikdə ən çox zikr edilən bir iman əsasıdır. Axirətə inanmayan bir kimsənin Müsəlman olması və Müsəlman qalması mümkün deyildir.

 

O zaman belə bir sual soruşa bilərik: Axirət həyatı niyə vardır və nə üçün lüzumludur?

 

Bu suala belə cavab verə bilərik:

1. Əbədiyyət duyğusu

Dünya həyatının keçici olması axirətin həm varlığının həm də lüzumluluğunun bir sübutudur. Dünya keçici isə axirət əbədi olmalıdır. Çünki insanın psixologiyasında əbədiyyət duyğusu vardır. Buna görə də heç kim ölmək istəməz. İnsanlar əbədiyyət duyğusuna sahib olmasa ehtiyac duyduğundan daha çoxunu toplayarmı?  Heç bu qədər dünyanın arxasından qaçarmı? Heç bu qədər möhtəşəm saraylar, fabriklər qurarmı? İnsanın əbəddiyyət duyğusunu ən yaxşı rahat edən əbədi yaşamağı öyrədən axirət inancıdır.

 

2. Ədalətin bərpa olması

Dünya imtahan yeri olduğu üçün, burada hər kəs istədiyinə nail ola bilmir. Hər insana verilən qabiliyyət və nemət eyni deyildir. Buna görə də dünyada haqlı haqqını tam olaraq əldə edə bilmir. Zalımların zülmü altında əzilən milyonlarla insan var. Hətta çox vaxt dünyada ədalət deyil zülüm hakimdir. Dünya məhkəmələri və hüquqları nə qədər bitərəf olsa və yaxudda belə olduqlarını iddia etsələr də, ədalət lazım olduğu qədər özünə yer tapa bilmir. Halbuki Allah zülmü və zalimləri sevmir və insanlara ədaləti əmr edir. O zaman bütün haqsızlıqların hesabının veriləcəyi, ədalətin yerini tutacağı bir başqa dünya olmalıdır. Oranın da bir məhkəməsi və hakimi olmalıdır. Bizim inancımıza görə, bütün haqsızlıqların hesabının veriləcəyi, məzlumların, haqqı yeyilənlərin bu dünyada ala bilmədikləri haqlarını alacaqları bir məhkəmə vardır. Bu məhkəmə axirət həyatında qurulacaq böyük məhkəmə (məhkəmeyi-kübra), hakimi isə hakimlər hakimi uca Allahdır. Orada həqiqətdən başqa bir şey keçməz. Heç bir kimsə hüququ və hakimi aldada bilməz. Ilahi ədalətin təmin edilməsi üçün axirət həyatı olmalıdır və vardır. Amma insanlar bütün haqlarını axirətə həvalə etməmişdən əvvəl dünyada ala biləcəklərini almalıdır. Birinin haqqı qəsb edilmişsə ondan mütləq halallıq almaq lazımdır.

İnsanların dünyadakı vəziyyətinə baxanda elə bil biri tərəfindən senarisi yazılan filmin oyuncularını xatırladır. Ölüm həqiqəti hər şeyin öz əllərində olduğunu zənn edən insanların əslində heç bir şeyə güclərinin çatmadığını  göstərir. Bu dünyada bir rol xətrinə məzlum olan, istədiyi nemətə və imkana nail ola bilməyənlər üçün axirət son dərəcə mühüm bir ümid qapısıdır.

3. Məsuliyyət hissi

Axirət həyatının varlığı insanlara məsuliyyət hissi aşılamak üçün çox-çox əhəmiyyətlidir. Görülən hər işin bir gün hesabını verəcəyinə inanan insan ilə, inanmayan arasında fərq çox böyükdür. Axirətə inanan başqasına pislik edə bilməz və haqqını yeyə bilməz. Malını öz ayağına keçirə bilməz. Çünki bunların hesabını verə bilməz. Axirətə inanmayanların isə belə bir düşüncələri olmadığından onlar üçün həyat ancaq dünya həyatıdır. Hər şey burada cərəyan edir. Buna görə də güclərini itirməmək və məğlub olmamaq üçün hər yola gedər, məqsədləri üçün getdikəri yolu də məqbul hesab edərlər. Kainatın ən böyük zalım və diktatorlarının durumu həmişə belə olmuşdur. Amma aqibətləri heç də yaşadıqları kimi olmamışdır. Şair bunu belə tərənnüm edir:

 

Necə padişahlar gəldi cahana

Nə Qaruna qaldı, nə də Firona

 

Bu xülasə edilənlər axirət inancının xüsusiyətlərini və gözəlliklərini vəsf etmək üçündür. Bu xüsusiyyətləri qazananların hakim olduğu bir cəmiyyət təbii ki, əmin-amanlıq, sükunət, sağlamlıq, yardımlaşma cəhətindən daha inkişaf etmiş bir cəmiyyət olacaqdır.

 

 

Dünya-axirət tarazlığı

 

Keçici və əbədi həyata hazırlıq yeri olaraq dünyanı, əbədi və dünyada əkilənlərin biçiləcəyi bir yer olaraq axirəti yaradan uca Allah bu iki dünya arasında tarazlıq qurmağı əmr etmişdir. Dünyadakı nemətlərdən və imkanlardan istifadəni halal qılan dinimiz, axirət həyatını unutmamağı bizə xatırladır. Sevimli Peyğəmbərimiz də "Heç ölməyəcəkmiş kimi bu dünya üçün, sabah öləcəkmiş kimi axirət üçün" çalışmamızı tövsiyyə edərək çox gözəl bir dünya-axirət tarazlığı təqdim edir.

Məhz Müsəlmanlar bu tarazlığı qura bildikləri nisbətdə başarılı, xoşbəxt, qazanclı və digər insanlara da nümunə olacaqlar. Bu tarazlığı itirənlər isə, öz işlərində narahat, axirəttə isə uduzanlardan olacaqlar.

Nəhayət bunu da ifadə etmək istəyirəm ki, bəzi müsəlmanların vaxtaşırı olaraq axirət inancına tərs davranışlar göstərdiyinə şahid oluruq. Gördüklərimizin qafilanə bir səhv olduğunu düşünmək istəyirik. Bunun üçün də axirət inancının sıx sıx xatırladılmasında, yeni və canlı tutulmasında faydalı olacağını fikirləşirik. Beləki uca kitabımız Qurana baxdığımız vaxt digər inanc əsaslarına nisbətlə axirətə imanın daha çox zikr edildiyini görürük. Fani olan bu həyata qapılanların geyb həyatından bu şəkildə gafil olmaları mümkün olduğu üçün Quran belə bir metod verir. Çünki insan psixologiyası, gördüyünü görmədiyinə, var olanı gələcəyə, nağdı nisyəyə dəyişməyə daha meyillidir. Buna görə də müsəlman olaraq daima axirətə hazır yaşamalı, hesabatını verə bilməyəcəyimiz işlərə yanaşmamalı, haqq və huquqa riayət etməli, axirət inancına sahip olmağın fərqini göstərməli və bir-birimizə axirət həyatını xatırlatmalıyıq. Axirətə inanan bizlər əməllərimizlə inamsız bir görüntü versək, heç inanmayanlara necə nümunə olarıq və onlardan nə qədər fərqimiz olar?!

đ{ .q���`��.

 

 Dinini haram tikə yeyib həlak etmə. Din ağacının məyvəsi haramdan uzaq durmaqdır. Bir haram xurma yeyəni yaxşılar divanından çıxarıb silər olsalar. Harama qurşanaraq şəriət, təriqət, həqiqət sözlərini söyləyib yetmiş məqama necə layiq olunar. Ey qarındaş haramdan uzaqlaş, riyadan çəkin. Ibadətini ixlasla et. "La taknatu min rəhmətüllah" – Allahdan ümidini kəsmə. Olar ki muradına çatasan.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz