İslamdaki İslam

İslamdaki İslam

Bu yazımızda, Quran və sünnəyə uyğun olaraq islama uyğun şəkildə yaşamaya diqqət çəkmək istəyirik. Müasir dövrümüzə nəzər salsaq Islam ölkələrinin, dünya inkişafından geri qalmalarının və mənşəyini Islam ölkələrindən alan elmlərə sahib ola bilməmənin  səbəbləri məhz islamı düzgün şəkildə dərk etməmə problemindəndir. Islam sadəcə namaz qılmaqdan, oruc tutmaqdan, zəkat verməkdən və qəbir üstündə Quran oxumaqdan ibarət deyil.

 Mövzuya əsri səadətdən bir hadisəni qeyd edərək başlamaq isəyirik.

 Hz. Peyğəmbərin yanına saçları dağınıq bir bədəvi gəldi. Ravi, "biz bədəvinin Peyğəmbərə nə soruşduğunu başa düşmürdük, yaxınlaşanda Islamın nə olduğunu soruşduğunu eşitdik"-dedi

 Hz. Peyğəmbər, "gecə və gündüz beş vaxt namaz"-demişdi ki bədəvi təkrar soruşdu:

 "Bu beş namaz xaricində bir borcum varmı?" Hz.Peyğəmbər də, "Xeyr ancaq istəsən nafilə qıla bilərsən"-dedi.

 Hz. Peyğəmbər "Ramazan orucu da var"-deyəndə, adam: "Bundan başqa oruc varmı?"- deyə soruşanda "istəsən nafilə oruc tuta bilərsən"-dedi.

 Hz. Peyğəmbər ona zəkatı da xatırlatdı. Bədəvi də "zəkatdan başqa borcum varmı?" deyə soruşdu, Peyğəmbər(s) də "xeyir, istəsən nafilə (sədəqə) verə bilərsən" dedi. Adam peyğəmbərin yanından ayrılanda "bunlardan əksik və ya artıq heç bir şey etməyəcəm"-dedi.

 Peyğəmbər (s) də, "sözünü tutarsa cənrətlikdir" buyurmuşdur. (Buxari, Iman 31; Müslim, Iman 8.)

 Islam kəliməsi bəlkə ilk baxışda rahat başa düşülüb tərif edilə bilən bir kəlimədir. Amma bu kəlimənin həqiqi mənasını təfəkkür etmək üçün içinə daxil olduqda daha geniş və dərin mənalar ifadə etdiyini müşahidə etmək mümkündür. Hədisdə də gö-rüldüyü kimi Islamın əsas məqsədlərindən biri olan cənnətə vasil olmaq bir o qədər də çətin görünmür. Müəyyən ibadət vəzifələrimizi yerinə yetirsək istədiymizə nail ola bilərik. Amma hər zaman nəzərdən qaçan əsas həqiqət var. Bu da, ibadətlərin ediliş məqsədləridir. Indi bu hədisi digər ayə və hədislər işığında anlamaya çalışaq.

 Ilk olaraq beş vaxt namaz qılmaq əmr olunur. Amma bu namaz bizə cənnətə girməyə təminat vermir. Çünkü Allah maun surəsində "Vay o namaz qılanların halına"(Maun, 4) buyuraraq namaz qılanlara xəbərdarlıq etməkdədir. Bunun cavabını da "o kəslər ki namazlarını huşu ilə qılarlar" (Müminun, 2.) deyərək namazdakı əsas məqsədin huşu olduğunu bildirməkdədir. Bir başqa ayədə "şüphəsiz ki, namaz insanı pis əməllərdən uzaqlaşdırar"(Ənqəbut, 45) buyuraraq, həqiqi namaz qılanların pis əməllərindən uzaqlaşmaq məcburiyyətində olduqlarını ifadə edir. Hər bir müsəlman qıldığı namazlarını düşünmək məcburiyyətindədir, Namaz sadəcə müəyyən hərəkətlərdən ibarət deyildir. Əgər bir müsəlman, namaz qıldığı halda həyat çizgisində müsbət mənada dəyişiklik müşahidə etmirsə, namazını məqsədinə uyğun şəkildə düzəltmək məcburiyyətindədir. Əksi halda maun surəsində xəbər verilən husrana uğramışlardan olar. Namaz dinin dirəyidir. Dirək sağlam olmazsa binanın ayaqda durması mümkün deyil. Elə isə ilk olaraq dirəyimizi sağlamlaşdıraq və düşünək "qıldığımız namazı son namaz kimi qıla birlik mi?" (Müslim, Məsacid, 257)

 Ikinci borcumuz oruc tutmaqdır. Oruc tutmaq sadəcə ac qalmaq deyil. Oruc Allahın böyüklüyü və nemətləri dərk edilsin diyə tutulmalıdır. Yoxsa pəhriz vəya adət olduğu üçün oruc tutmaq "necə oruc tutanlar var ki, onların orucları aclıqdan başqa bir şey ifadə etməz" hədisinə muxatab olarıq.

 Zəkat verməyə gəlincə zəkat reklam və ya üzə vurmaq üçün deyil Allah üçün verilməlidir. Çünkü Peyğəmbərimiz (s) sağ əlin verdiyini sol əli hiss etməyəcək deməkdədir. Bunlardan başqa Quran oxumaq, elm öyrənmək kimi bütün fəaliyyətlər bizi Allaha götürməlidir. Yoxsa Quran oxuduğumuz halda lənətinə, elm öyrəndiyimiz halda faydasını görməyəcəyimiz ünsürlər halına gələr.

 Demək ki, Islam kəliməsi vəya həqiqi mənada müsəlman olmaq rahat olduğu qədər də çətindir. Mənim qəlbim təmizdir deməklə müsəlman olunmur. Ibadətlər qəlbin hərəkətlərə keçdiyi haldır. Bizim simamız güzgümüzdür. Bir hədisdə Peyğəmbər (s) belə buyurur, "Sizin ən dəyərli olanınız, üzünə baxanda Allah xatırlananızdır".(Əhməd b. Hənbəl, VI, 409; Ibn Macə, Zühd, 4.)

 Əgər biz islma dininə bağlıysaq mütləq bu hədisləri düşünüb təfəkkür etməliyik. Bunlardan nə qədəri bizdə var?

 "Özü üçün istəmədiyi bir şeyi din qardaşı üçün istəyən kimsə həqiqi iman etmiş olmaz". (Buxari, Iman 7; Müslim, Iman 71-72.)

 "Qonşusu ac olduğu halda özü tox yatan bizdən deyildir".

 "Iman etmədikcə cənnətə girə bilməzsiniz və bir birinizi sevmədikcə iman etmiş olmazsınız…". (Müslim, Iman 93.)

 Bir-birinizə həsəd etməyin, kin bəsləməyin. (Müslim, Cənnət 60.) və s.

 Allahı bizi sevdiyi və seçdiyi üçün bu dünyaya göndərdi, biz də Allaha qarşı olan sevgimizi və bağlılığımız ancaq həqiqi Islam və ibadətlərimizlə ifadə edə bilərik.

 Gəlin islamımızı bir daha nəzərdən keçirək və Allahın istədiyi müsəlman olmaya cəht edək. Islamı məhdud sərhədlər arasında sıxışırmayaq.

 Allah bizləri mənasına uyğun halda islamı dərk edib yaşamayı nəsib etsin. Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz