Əmək-Vəfa Dualizmi

Əmək-Vəfa Dualizmi

Cümə günü idi, mədrəsənin məscidsinin önündə Zakir dayı dayanmışdı. Uzun boylu başındakı araxçını və saqqalı qiymətli insanlardan biridir... Zakir Dayı dünya görmüş bir adamdır.

 Bizim Qəzzalini evinə dəvət edir. Çünki mədrəsədə oxuyan tələbələrin evlərindən ailələrindən uzaq olduqlarını bilirdi. Bir də ki, illərdir görmədiyi oğlu da çox uzaqlarda idi.

 Evin baxçasinda 2 camış görən Qəzzali

 "Zakir Dayı nə qədər süd vərir?" deyə soruşur. Aldığı cavab bir kəlimə:

 "Heç". "Heç mi? "Niyə saxlayırsan ki, sat qurtul, süd verənin al" deyən Qəzzaliyə Zakir dayı vəfanın nə demək olduğunu bu sözlərlə və ardından danışdığı bir hekayə ilə başa salır:

 Heyvanlarım balalıyacağı üçün süddən kəsildilər. Aylarla süd vərməyəcəklər amma mən onları satsam bu vəfasızlıq olmaz mı? Necə unudum süd vərdikləri zamanları. Heyvan belə olsa haqqı hüququ var.atam mənə deyərdi ki, "Oğlum Zakir əgər meyvə ağacından meyvə yesən bir iki dənə də ağacın altına qoy ki, şikəst heyvanlar da yeyə bilsinlər"

 Zakir Dayının sözləri yan qonşunun həyətindən, boğazına çəkilən bıçağın vərdiği əzabla bağıran bir öküzün böyürtü ilə kesilir. Zakir dayı mövzusu deyişən amma manası dəyişməyən sözünə davam edir:

 "Qulaq as! Bu öküz, uzun illərdir ki, bu evin xidmətində idi. Amma nə çarə ki, polad bıçaq  boğazında indi. Heyhat dünya yaxşılığın müqabili yaxşılıq və əməyinki də vəfa olsaydı, bu səslər gəlməzdi. Gəl sənə bir hekayə danışım:

 Bir qurdu ovçular qovalayır. Qurd meşədə ora bura qaçır, ancaq ovçularıdan canını qurtara bilmir. Yolda bir kəndliyə rast gəilr. Qurd adamın önünə çökər və yalvarmağa başlayar: "Ey insan, nə olar mənə yardım et, ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən yardım etməsən bir az sonra tutub öldürəcəklər. Kəndli bir an düşünəndən sonra yanındakı boş çuvalı açar, qurdu içinə salar. Çuvalın ağzını bağlayar, dalına atıb gedər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular adma bir qurd görüb görmədiyini soruşar, kəndli "görməmişəm" deyər və ovçular uzaqlaşır. kəndli dalındakı torbayı endirir, ağzını açır, qurdu çıxarır. "Çox təşəkkür edirəm" deyər. Qurd, "Mənə böyük bir yaxşılıq etdin." "Dəyməz" deyər kəndli və tarlasının yolunu tutar. "Bir dəqiqə" deyə səslənər qurd: "Çox uzun zamandır bu ovçulardan qaçıram, çox bitkin  düşdüm, qüvvət toplamaq üçün bir şeylər yeməliyəm və burda səndən başqa yiyəcəyin bir şey yoxdu." Kəndli çaşıb qalır: "Olar mı, mən sənin həyatını qurtardım." "Edilən yaxşılıqlardan daha tez unudulan bir şey yoxdur" deyər qurd. "Mən də öz mənfəətim üçün sənin yaxşılığını unudmaq və səni yeməliyəm." Bir müddət münaqişədən sonra, qarşılaşacaqları ilk üçə bunu soruşmağa və ona görə əməl etmək qərarıma gəldilər. Qarşılarına əvvəl yaşlı bir qısraq (dişi at) çıxır.  "Nə vəfa" deyər qısraq, "Mən sahibimə illərdi xidmət etdim, arabasını çəkdim, taylar doğdum, gəzdirdim. Və yaşlanıb bir işə yaramayanda məni belə qapıya qoydu... "Bir sıfır önə geçən qurd sevinirkən bir itə rast gəldilər.  "Mən xidmətin dəyərini bilən bir əfəndi görmədim" deyər it, "Illərdir sədaqətlə xidmət edərəm sahibimə, qoyunlarını qoruyaram, yadlara hürərəm, amma o məni hər gün döyür…" Qurd kəndliyə dönər, "gördün" deyər. Kəndli də "Amma üç demişdik, birinə də soruşaq, sonra məni ye" deyə cavab verir. Bu dəfə qarşılarına bir tülkü çıxar. Başlarına gələni danışırlar. Tülkü həmişə nifrət bəslədiyi qurda bir oyun oynayacağı üçün sevinər. "Hər şeyi başa düşdüm, amma bu balaca torbaya sən necə sığışmısan?" deyər. Qurd nə desə də tülkü: "Gözümlə görməsəm inanmam" deyər. Işin sonuna gəldiyini düşünən qurd torbaya girər, tülkü kəndliyə işarə edər və kəndli torbanın ağzını yaxşıca bağlayar. Kəndli əlinə bir daş alar və "Məni yemək istəyirdin ha nankor heyvan" deyərək torbanın içindəki qurdu xeyli vurar.  Sonra tülküyə: "Sənə minnətdarım, məni bu qurddan qurdardın" deyər. Tülkü də "Mənim üçün bir zövq idi" deyə cavab verər. O an kəndlinin gözü tülkünün parlaq kürkünə sataşır. Bu kürkü satarsa alacağı  pulu düşünər və heç gözləmədən əlindəki daşı başına vurub tülkünü öldürər. Sonra da torbanın içindəki qurdu ayağıyla dümsükləyər: "Haqlısanmış qurd, edilən yaxşılıqdan daha tez unudulan bir şey yoxmuş...

 Gənc Qəzzali bu sözləri dinləyərkən gözləri ilə Zakir dayının ağarmış saqallarında qara bir tel aradı amma yox idi. Sonra içindən "Zakir Dayı sən-vəfa və bu bəhs etdiklərin hal hazırda cəmiyyətdə sənin saqalının qara tellləri kimidir-demək keçdi.

 Irfan sahibi bir böyüyün yanında dərsini almış olan Qəzzali mədrəsəyə doğru yollanır. Zehnində əmək-vəfa dualizmi və yaxşılığın qarşılıqsız qalması var. Bu dualizm necə qırılar? Rəbbim sən yardım et mənə bu dualizm ilə yaşamaq istəmirəm deyərkən iki ox gələrək dualizmi tam qəlbindən vurur. Oxlardan biri fəxri kainat əfəndimizdən gəlir. Oxun üzərində bu söz yazılıdır: "Insanlara təşəkkür etməyən Allaha təşəkkür etməz." Digər ox isə minlərlə insanın ortaq mirası olan atalarımızdan gələn  atalar sözü oxunun üzərində də bu yazılmışdı: "yaxşılıq et, at dənizə balıq bilməsə Xalıq bilər."

 Mədrəsənin kükürdlü və sərin suyundan içib sərinləyən Qəzzali bir ağacı altına çəkilir. Qulağına bir karışqanın münacəti gəlir. Belə idi:"Rəbbim sən məni burada böyütdün buradan ruzi verirsən. Beş vaxt əzan ilə səni unudmağımaa fürsət vermirsən. Mənim kimi milyardlarla qarışqa var, amma sən mənə buranı nəsib etdin. Sənə necə təşəkkür edim bilmirəm acizəm...." Gənc Qəzzali duadan sonra öz halında gedə bir qarışqaya sataşır:"Ey ağılsız qarışqa nə var elə hey mədrəsə mədrəsə deyirsən. Mədrəsə xaricində də həyat var, yaşayanlar da ruzi tapır. Bu qədər də böyütmə.." Bu sözlərə çox hirslənən qarışqa əllərini yumruq tutub Qəzzaliyə yumruq atdı və bu sözləri dedi.:"Əfəndi ol, sənin gələcəyini bilirəm o səbəbdən ağzıma gələni söyləməyəcəyəm. Topal ayağı ilə "o yoldə ölürəm" deyə yola çıxan qarışqa bu mədrəsənin baxçasında yaşayırdı. Bundan başqa Nəmrudun yanan atəşini söndürmək və Ibrahimə olan vəfa borcunu ödəmək üçün yola çıxan "niyə yola çıxırsan ki, onsuz da ağzındakı su ilə atəş sönməz" deyənlərə "tutduğum tərəf bilinsin deyə yola çıxdım" deyəndə yenə bu mədrəsənin qarışqası idi. "Bu sözlər və qarışqanın yumruğu  Qəzzalini sərxoş kimi  silkələdi. Qarışqadan almış olduğu dərsini tamamlamaq üçün sinifə getdi.

 Axşam yeməyindədilər Gənc Qəzzali masa başcısıdır. Masaya çörək gətirmək, yeməkləri paylamaq onun işi idi. Tam qarşısında oturan tələbə yoldaşının çörəklərin altına yanına baxaraq seçməsi görüb onun biləyindən tutdu və bu sözləri dedi: "Seçmədən al!Alıb bəyənməyərək bir kanara qoyduğun çörəyin hazırlanmasında kimlərin, hansı varlıqların əməyinin olduğundan xəbərin varmı? Yağışı daşıyan buluddan, yeri sulayan yağışdan, külək günəş torpaq gübrə çalışan insanlardan dəyirmançıdan... hamının zəhməti var. Bir çörək bişib süfrəyə gəlinə qədər 360 usdanın əlindən geçər. Bunların başında buludları sövq edən Mikail (ə.s) günəş, yağış, bulud torpaq heyvanlar... Ən sonunda da insan var." Ağzından çıxan bu sözlər illər sonra yazacağı böyük Ehya kitabının əsas özəyi idi. (Ehya-Cild:3 .3. Kitab səhifə:214)

 Paytaxtdan mədrəsələrə gələn könül ovçusu  Ibrahim Əfəndi də Qəzzali kimi düşünürdü. Dualizmləri qırmaq lazımdır. Dualizmləri parçalayan oxlar aləmlərin əfəndisinin dəhanından çıxıbsa hədəfinə varır. Bir səfərində yanında tələbələri ilə bir ağac altında istirahət edən Ibrahim Əfəndi əvvəlki yolçuların yerə dökdüğü susam dənələrini tək-tək toplayır. Yarısını yeyir, yarısını da ən zəkalı tələbəsinə  vərərək "al bunu ayaq dəyməyən bir yerə at" deyir. Bu zəkalı tələbə susamları ağzına atır.Qəzzalinin çörəyə və əməyə olan hörmət Ibrahim Əfəndi də susamda təcəssüm edir.

 Abdullah Əfəndi var. Iraqdakı mədrəsələrin kitab işləri ilə məşğul olur. Yüzlərlə xəttat ilə qısa zamanda minlərlə kitab yazdıra bilir. Her il qonaqlarla bərabər mədrəsələri ziyarət edir. Qəzzali də qonaqlara xidmət eden tələbələrin arasındadır. Salonda çay içilir. Gənc Qəzzali Abdullah Əfəndinin çay içmədiyini görür. "Şəkər istəyir bəlkədə" deyərək otağın o bir ucundan Abdullah Əfəndinin yanına varır. Abdullah Əfendi təqdim edilən qum kimi incə şəkər dənələrindən qaşıq ucu ilə iki-üç dənə alır və təşəkkür edir..Gənc Qəzzali sonradan öyrənir ki, şəkər xəstəliyi olan Abdullah Əfəndi heç şəkər istifadə etmir. 2 -3 dənə şəkəri də ayağına qədər gələn gəncin əməyini boşa çıxarmamaq üçün qəbul etmişdir.

 Islam əxlaqı dərsi var mədrəsədə .Islam əxlaqı müəllimi bu sözləri deyir:

 Vəfa, istər yaşayarkən, istərsə də öldükdən sonra sevgi və diqqəti davam etdirmək deməkdir. Peyğəmbər əfəndimiz, qoca bir qadına pay verdi. Səbəbini soruşanlara, (Bu qadın, Xədicənin sağlığında bizə gəlib, gedəyərdi. Əhdə vəfa, dindəndir) buyurdu.

 Vəfanın vacibliyindəndir  ki, insan sevdiği dostlarını, əkrabalarını da sevib haqlarını qorumalıdır! Sevgi, sevgilinin hər şeyini, onunla yaxından uzaqdan əlaqəli hər şeyi sevgili qılar.

 Qəzzali karvan ilə tətildə evə dönəndə son yağış damcısını daşıyan mələyi görür. Mələk təbəssüm edərək başını tərpətdir və bu sözləri deyir: "Bu yol uzundur... mənzili çoxdur... keçidi yoxdur  dərin sular var " Qəzzali mələyə: "niyə həmişə aynı sözləri deyirsən. Mən də bilirəm karvanla yolumun çox uzaq olduğunu, yoldakı təhlükələri. Məni qorxudma!" Mələk, gənc  Qəzzalinin üzünə baxaraq" o yolun nə olduğunu dərk edəcəksən darıxma-dedi və görünməz oldu.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz