Müdriklərdən öyüdlər
* Çox gülmək qəlbi öldürər.
* Həddən artıq boш söz cahillik əlamətidir.
* Çox söz məna nöqsanlığıdır.
* Susmaq ağlın zinətidir. Cahilin örtüsüdür.
* Gözəl sözlü, gülər üzlü ol.
* Heç vaxt yalan danıшıb özünü rəzil etmə.
* Dili ləziz olan könüllərdə əziz olar.
* Sözü doğru olanın gözəlliyi artar.
* Sözü az olanın günahı da az olar.
* Sözü ciddi olmayanın qiyməti olmaz.
* Gizli ayıbları araшdıran könüllərdə özünə məhəbbət tapa bilməz.
* Özünü mədh edən özünü kəsmiш olar.
* İnsan dili ilə insandır.
* Gecə yatmayıb ibadətlə məшğul olan insanda boш-boш danıшmaq arzusu olmaz.
* Dili susub qəlbi susmayanın, günahı az olub özü rahat olar.
* Dili də, qəlbi də susanın sirri pak olar, Mövlasını tapar.
* Qəlbi susub dili danıшanın dili hikmətlə danıшar.
* Dili və qəlbi susmayanın vücudu шeytanın məsxərəsi olar.
* Haqqı zikr edəni Haqq da zikr edər.
* Haqqı unudanın qəlbi qaralar və sərt olar.
* Zikri Allah olanın fikri də Allah olar.
* Allah-Təalanı tapan əzabından əmin olar.
* Allah-Təalanı sevən Qurani-Kərimi və Həbibullahı da sevər.
* Comərdlik insanın bəzəyidir.
* Əfv ehsanların ən gözəlidir.
* Təvazö elmin səmərəsidir.
* Sidq (doğruluq) kəramətdir.
* Yalan alçaqlıqdır.
* Qənaət rahatlığın özü, tamah fəqirin fəlakətidir.
* Söz vermək elə bir xəstəlikdir ki, шəfası sözünə vafalı olmaqdır.
ŞƏRHLƏR