“Dayça böyüyəndə at, uşaq böyüyəndə ata dinlənir” (Kaşqarlı Mahmud)

“Dayça böyüyəndə at, uşaq böyüyəndə ata dinlənir” (Kaşqarlı Mahmud)

“Hər işin ortası xeyirlidir”.

 Ömrün ortası insanın ata-anasını və uşaqlarını eyni anda   gördüyü dövrdür. Bu birlik eyni evdə yaşansa ömür, həyatın mənası və haradan gəlib hara gedildiyi film lenti kimi eyni damın altında keçər. Uşaqlarına baxan adam “mən belə idim”, atasına və ya anasına baxaraq “belə olacağam”, -deyər. Baba, nənə, ata, ana və nəvə olan evlərdə keçmiş, indiki zaman və gələcək divardakı saatın tik-takları arasına sıxışmışdır.

Ata-ana və uşaqlardan ibarət olan nüvə ailədə ünsiyyət və dialoq alternativləri məhduddur. Uşaqlar və gənclərin vaxtlarının çoxunu evdən kənarda və ya otaqda kompüter başında keçirmələrinin səbəblərindən biri də yaşanan bezginlik və üsyan hallarıdır. İçərisində baba, nənə, yerinə görə əmi və gəlinin də olduğu böyük ailədə isə baba və nənənin uşağa ayıracağı geniş vaxtı, göstərəcəyi səbri öyrədəcəyi təcrübəsi və sevgisi vardır. Nüvə ailədə ana və atalar səbir, sevgi, təcrübə və vaxt olaraq baba və nənələr qədər zəngin deyil.

Kaşqarlı Mahmud “Dayça böyüyəndə at, uşaq böyüyəndə ata dinlənər”, sözüylə uşaq tərbiyəsinin ata-ana üzərindəki yorucu təsirini dilə gətirir. Baba və nənələrin varlığı ata-anaların  uşaq tərbiyəsi yükünün yüngülləşdirilməsidir. Baba və nənələrin məşğul olmadığı uşaqlar uşaq bağçalarına verilərək ata-anaların yükü yüngülləşdirilməyə çalışılır. “Etmə görmə dünyası”  demişlər. “Vaxtım yoxdur” deyərək uşaq bağçasına verilən uşaqlar böyüdükləri zaman vaxtın azlığı səbəbiylə ata-analarını qocalar evinə qoyarlar.

 Nüvə ailə yalnız uşaqlar üçün deyil ər-arvad və böyüklər üçün də mənfiliklərin olduğu bir müəssisədir. Qayınana və qayınata saçlarını dəyirmanda ağartmamışsa, sözlərini dinləmək lazımdır. Qayınana tərbiyəsi görməyən gəlinlər hər şeyi təcrübədən keçirmə üsulu ilə edən və qaranlıqda yol gedən adama bənzəyərlər. Həyatda ən doğru mürşid (yol göstərən) elmdir demişlər. Gənc ər-arvad və uşaqlar üçün də ən həqiqi mürşid qayınana və qayınatadır.

Görən gözlər üçün uşaq və yaşlıları bir yerdə müşahidə etməkdə ibrətlər var.  Uşağın kiçik əlləri və yaşlıların mazol olmuş, qırışmış əlləri, ağaran saqqalları və bükülən belləri kitabdan fərqlənmir. Bizim üçün  “ölüm susan nəsihətçi”, Qurani-Kərim isə  “Danışan öyüdçü”dür.

Baba- nənə  və nəvənin birlikdə olduğu atmosferdə ortada qalan ata-anaların işi çoxdur. Uşaqlar və onların nənə-babaları isə bu məşğuliyyətdən uzaqdır.

Yaşlı insanların eynilə uşaqlar kimi qorunmağa möhtac olması, gücsüzləşməsi və qayğı gözləməsi səbəbilə yaşlılığa tibb dilində “ikinci uşaqlıq dövrü” deyilir. Yaşlıların uşaq kimi hərəkətlərinə və ya sözlərinə hörmətlə qarışıq reaksiya verilərkən uşaqların dəcəlliklərinə sevgiylə qarşılıq verilir. Hörmətlə də olsa yaşlıya hirslənmək və narazılığın ən zəif ifadəsi olan uff sözü Qurani-Kərimdə qadağan edilmişdir. (əl-İsra, 23)

Məşhur bənzətməyə görə uşaqlıq yaz, yaşlılıq isə payız, ölüm və sonrası qış və təkrar diriliş (həşr) əbədi bahar kimidir. Dağın enişi və yoxuşu vardır. Çıxılan yamac uşaqlıq, düşülən yamac isə yaşlılıqdır. Günəş çıxarkən və batarkən üfüqi haldadır. Uşaqlıq doğuşda yaşanan, yaşlılıqsa batışda yaşanan üfüqilikdir. Uşaq və yaşlı insanlarda zəka və diqqət azalmışdır. Birində ağıl kamala doğru, digərində isə zavala doğru getməkdədir. Baba və nənə olmaqdan əvvəlki dayanacaq olan analıq və atalıqda isə ağıl, diqqət və zəka kamalını tapmışdır. Məşhur  bir söz var:

iyirmi yaşına qədər gözəl oldun, oldun sonrasında gözləmə,

otuz yaşına qədər qüvvətli oldun, oldun sonrasında gözləmə,

qırx yaşına qədər zəngin oldun, oldun sonrasında gözləmə

əlli yaşına qədər ağıllı oldun, oldun sonrasında heç gözləmə!.

Televizorda bayramdan-bayrama  yaşlıları ziyarət etmək barəsində xəbərdarlıqlar edilir. Birləşmiş Millətlər isə 1982-ci ildə  hər il 1 oktyabr tarixinin “Dünya Ahıllar Günü” olaraq qeyd olunmasını qərarlaşdırmışdır. Bayramdan-bayrama və ya 1 oktyabrdan-1 oktyabra yaşlıların   xatırlanması  xəyanət və alçaqlıqdır. İldə bir neçə gün xatırlayanlar ahıllar gününə “analar günü” “sevgililər günü” və “gənclər günü” kimi dəyər verməməkdədirlər.

Hz. Peyğəmbər 620-ci illərdə yaşlılara hörmət və ehtiramı qiyamətə qədər ümmətinin gündəminə həkk etmişdir. Hədisi-şəriflərdə buyurulur:

“Gənc bir adam yaşlı birinə yalnız yaşına görə hörmət edərsə, Allah da ona bir mükafat olaraq qocaldığı zaman hörmət edəcək bir kimsəni şübhəsiz yaradar.” (Tirmizi)

Yaşlılar, südəmər günahsız körpələr və heyvanlar üzərimizə bəla yağmasına mane olaraq mühafizəçilik edərlər.

“Gənclik uçdu quş  kimi, qocalıq gəldi qış kimi, ömrüm keçdi düş kimi” sözünü yaşlanan hər kəs söyləmişdir və söyləyəcək. Hər kəs uzun yaşamağı istəsə də, heç kim qocalmağı istəmir. “İxiyarım olsaydı, ixtiyar olmazdım.” sözündə yaşlanmama arzusu ifadə edilir.

Gənclikdə dünyanı dəyişdirməyə çalışan insanlar yaşlananda gəncləri doğru yola  gətirməyə çalışarlar. İşin doğrusu, başqalarını dəyişdirmək deyil, insanın özünü dəyişdirməsidir.

Başqalarına hökm etmək deyil, özünü idarə edə bilməkdir. Başqalarını hesaba çəkmək deyil, özünü hesaba çəkə bilməkdir. Yaşlılara hörməti  620-ci illərdə əmr edən Rəsulullah alzheimer xəstəliyinin gündəmdə belə olmadığı zamanlarda qocaldıqda  ağlını itirməkdən Allaha sığınmışdır:

 Hədisi-şərifdə “Allahım! Tənbəllikdən, (ağlını itirmiş qocalıq dərəcəsindəki) qocalıqdan, qorxaqlıqdan… Sənə sığınaram.” (Buxari)

Ağlını itirməyən və başqalarını bezdirməyənlərdən olmaq duasıyla, böyüklərimizə  salam və hörmət olsun.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz