MƏSNƏVİDƏN

MƏSNƏVİDƏN

SİÇAN  İLƏ  DƏVƏ

Qədim zamanlarda özündən çox razı bir siçan ilə ağıllı və təvazökar bir dəvə yaşayardı.

Bir gün qarşılaşıb yoldaş oldular.

Siçan:

- Gərək sənə bələdçilik edəm! -dedi. Ovsarından çəkib istədiyim yerə aparım gərək!..

Dəvə yoldaşının düşüncəsiz təklifi ilə razılaşdı. Bir müddət getdikdən sonra kiçik bir dərə kənarına çatdılar.

Dəvənin diz qapaqlarına belə çatmayan su siçan üçün ucsuz-bucaqsız bir dəniz kimi idi... Siçan:

 - Mən buradan keçə bilmərəm, -deyə pıçıldadı qorxuyla...

Dəvə:

- Nə gözləyirsən? -dedi. Bələdçi öndən gedər, gir görək suya...

- Amma... -deyə kəkələdi siçan, görmürsənmü su çox dərindir?

Siçan utanmış, boyundan böyük işlərə girişdiyi üçün qıpqırmızı olmuşdu...

- Sizin üçün kiçik, amma mənə görə çox böyük sudur. -deye inildədi. Mən artıq bələdçi olmaqdan imtina edirəm. Kaş ki, daha əvvəldən düşünəydim, boyumdan böyük işlərə girişməyəydim. Dəvə yumşaq səslə:

- Bəli, hər kəs öz həddini bilməli və əsla hiyləçi qürura qapılmamalıdır...

 

 

                                                  DOVŞAN VƏ FİL

 

Dovşanların firavan yaşadıqları bir göl kənarına günlərin birində nəhəng gövdəli fillər gəldilər. Ağacları aşırtmağa, otları əzməyə, ətrafda səs-küy salmağa başladılar.

Bəzən kollar arasına gizlənmiş bala dovşanları belə, fərqinə varmadan əzib keçirdilər.

Yaşlı və müdrik bir dovşan bu pis gedişatın qarşısını almaq, öz soyunu bu fillər ordusundan qurtarmaq istədi. Bir gecə dağın üstünə çıxıb fillərin kralına səsləndi:

- Ey fillərin kralı! Mən səmanın padşahı Ayın elçisiyəm. O Ay ki, həm bu gölün, həm də ətrafındakı bu ərazilərin sahibidir. Sizin etdiklərinizi görür və çox əsəbiləşir. Əgər ən qısa zamanda bu məmləkəti tərk etməzlərsə sonu pis olar deyir. İsbatı üçün də sabah gecə səni göl sahilində gözləyir! deyə qışqırdı.

Fillərin kralı bir az qorxmuşdu, amma ertəsi günün gecəsini gözləməyə qərar verdi. "Hələ Ay padşahla görüşüb danışım" -dedi.

Ertəsi gecə göl kənarına gəldi.

Ayın on dördüncü günü idi və səmada gümüş bir nimçə kimi parıldayan Ayın əksi gölün durğun sularına vurmuşdu.

Tam bu sırada kral filin xortumu suya dəymiş və onu dalğalandırmışdı. Ayın sudakı əksi də hərəkət etməyə başlayınca kral fil qorxuyla geri çəkildi. "Hər halda Ay çox qəzəblidir, hamımızı öldürəcək" deyə düşündü və geri dönüb digər filləri yanına alaraq o bölgədən sürətlə uzaqlaşdı.

Yaşlı dovşan gücsüz və zəif bir varlıq olduğu halda ağlı və zəkasıyla böyük filləri aldatmış, qüvvətliyəm deyə lovğalananları hiylə ilə aldatmağı bacarmışdı...

Başqalarına zülm edənlər öz kölgələrindən qorxarlar.

 

İBRƏTLƏR

 

İNSANLARA FAYDALI OLMAQ

 

Abdullah bin Mübarək həzrətləri pis xasiyyətli bir adamla yolçuluq etmişdi. Səyahətləri bitib ayrıldıqlarında Abdullah bin Mübarək için-için ağlamağa başladı. Bu hala çaşıb qalan dostları:

“- Niyə ağlayırsan? Səni bu qədər kədərləndirən nədir?” -deyə soruşurlar.

O böyük Haqq dostu dərin bir ah çəkdi və nəmli gözlərlə:

“- Bu qədər yolçuluğa baxmayaraq yanımdakı yoldaşımın mənfi davranışlarını düzəldə bilmədim. O biçarənin əxlaqını gözəlləşdirə bilmədim. Fikirləşirəm ki, görəsən mənim bir nöqsanım olduğuna görəmi ona faydalı ola bilmədim? Əgər o, məndə olan bir xətadan ötrü doğru yola gəlməyibsə, mənim halım necə olar?!” -dedi və hıçqıraraq ağlamağa davam etdi.

 

YIXILANA YARDIM ETMƏK

 

“Şam əhlindən güclü-qüvvətli, nüfuz sahibi bir insan var idi. Tez-tez Həzrət Ömərin yanına gəlirdi. Bir müddət Ömər -radiyallahu anh- onu görə bilmədi. Ətrafındakılara:

            “-Filankəs nə edir, artıq buralara gəlmir?” -dedi.

            “-Ey möminlərin əmiri! O şəraba qurşandı.” -dedilər.

            Həzrət Ömər katibini çağıraraq:

            “-Yaz! Ömər bin Xəttabdan filankəsə. Sənə salam olsun! Özündən başqa ilah olmayan, günahları bağışlayan, tövbələri qəbul edən, əzabı çətin və ehsanı bol olan Allaha həmd edirəm. Ondan başqa heç bir ilah (tanrı)  yoxdur, dönüş yalnız Onadır.”

            Ömər -radiyallahu anh- məktubu yazdırdıqdan sonra yoldaşlarına dönərək:

            “-Allaha yönəlməsi və onun tövbəsini Allahın qəbul etməsi üçün qardaşınıza dua edin.” -dedi.

            Həmin şəxs, Həzrət Ömərin məktubunu alınca, “Allah günahları bağışlayan, tövbələri qəbul edən, əzabı çətin olandır.” -cümləsini dönə-dönə oxudu və:

            “-Allah məni həm əzabı ilə qorxutmuş, həm də günahlarımı bağışlayacağını vəd etmişdir.” -deyərək ağladı. Sonra da tövbə etdi.

            Həzrət Ömər həmin şəxsin tövbə etdiyini eşitdikdə:

            “-Bir qardaşınızın yolunu azdığını, günaha batdığını gördüyünüzdə, onu doğru yola gətirməyə və Allahın əfvinə güvəndirməyə çalışın. Tövbə nəsib etməsi üçün Allaha dua edin. Ona bəddua edərək əleyhində şeytana kömək etməyin.” -dedi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz