Mərifətullah əhlindən müşahidə dərsləri
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur.
Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!(Fussilət-53)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar,Onun haqq Rəsulu Hz.Muhamməd əleyhissalama salətu-salam olsun.
Yuxarıda oxumuş olduğumuz ayeyi-kəriməni anlama istiqamətində məsafə almaq istəyi bu məqalənin yazılmasına səbəb oldu. İlahi muradın bənzərsiz əsəri olan insan övladı haqda söz söyləmək, fikir yürütmək səlahiyyətinin, qibtə ediləcək qulluq sahibi olan İslam alimlərinə həvalə edilməsi, əbədiyyət yolçuluğuna çıxmış bəşər övladları üçün əvəzedilməz bir aydınlıq və maddi-mənəvi yol azuqəsidir. Elmləri ilə əməl edən mübarək İslam alimlərinin qəlblərində ərsəyə gələn mərifət tikələri ilə qidalanaraq, ilahi ehtişamın qüdrət nümunələrini, zahiri və batini müstəvidə müşahidə etmə bəxtəvərliyinə pəncərə açmaq mümkündür. Mənəviyyat öndərlərinin bu mərifət tikələrini, bəşəri ağlın qavrayacağı şəkildə hazırlayaraq onlara ərməğan etməsi müşahidəyə həssas qabiliyyətlərin işə salınması üçün daha əlverişlidir. Əgər işlər yerli-yerində gedərsə artıq sırf qəlblərin qazancı olacaq mərifət və kamalat səhnələrini, hüdudları sonsuzadək uzanan ilahi əzəmət lövhələrində seyr etmək mümkün olacaqdır. Allah dostlarının, mənəviyyat öndərlərinin mütəvazi qulluq sərmayəsində Adəm övladlarına təklif edilən həm bu halların, həm də sirrini anlamaqda aciz olduğumuz daha neçə-neçə ilahi lütflərin nümunələri mövcuddur. Bir sözlə mənəviyyat öndərləri bütün bu halları ilə bəşər övladlarına kamil bir insan olma sənətini tədris etməkdədirlər. Təbii ki, ilk öncə niyyət gəlir. Əbdülqadir Geylani həzrətləri nəfslərdə tərpəniş yaradacaq bu uca məqama diqqətlə yanaşmağa dəvət etməkdədir:
“Sən niyyətini düzəltmədikcə danışsan da,sükut etsən də yenə də günah içindəsən”.
Demək əziz oxucular, susmaq qızıldır vəs., vəi.a., bu kimi bənzər el məsəlləri bizi ilahi qəzəbdən xilas etməyə qadir deyildir. Bu incəliyi Geylani həzrətləri belə izah edir:
“İblis sizin düşməninizdir. Düşməninizdənqafil olmayın. Ona qarşı ayıq olun.Onun qılıncı siddiqi və ya zindiqi dinləməz. Çox az kişi onu əlindən qurtulur. Atanız Adəmi və ananız Həvvanı cənnətdən çıxardan odur.O, sizin cənnətə girməməyiniz üçün çabalayar. O, üsyankarlığı, zəifliyi, küfrü,ilahi iradəyə müxalifəti əmr edər və sizin qəflət, günah və küfr durumunda ikən ölməyinizi istəyər”.
“Elmi rəvayət edənlər çoxdur, lakin ona riayət edənlər çox azdır”,–deyə söyləyən Hz.Əlinin (r.a) işarəsi ilə yola çıxan hər bir müsəlmanın Allaha, Rəsuluna və ilahiehkamlara riayət edən mənəviyyat öndərlərinə canı-dildən səmimi-qəlbdən bağlanması vacibdir. Əbədi səadətimizə düşmən kəsilmiş bütün hallardan qurtularaq Allaha götürən xilas karvanına qoşulmağımız lazımdır.Bu məqamları dəyərləndirən Geylani həzrətləri belə buyurur:
“Mənliyində islah edilməyə möhtac məqamlar olduğu halda bunu buraxıb başqalarını islah etməyə başlasan özünü yazıq etmiş olarsan. Çünki dənizə düşəni və üzməyi bilməyəni ancaq mahir üzgüçü qurtara bilər. Yəni Əziz və Cəlil olan Allaha insanları ancaq Onu tanıyan götürə bilər”.
Zahiri və batini ehtişamın müşahidəsinə talib olan insanı bu yolda qarşısına çıxa biləcək təhlükələrdən qorunmağa çağıran Geylani həzrətləri bu məsələnin üzərində xüsusilə durmaqdadır:
“Qəlbin əməllərindən bir zərrə,zahiri əməllərin minədədindən daha xeyirlidir. Ancaq bu qayda zahiri ibadətləri bir əskiyi (qüsuru) olmadan işləyərkən keçərlidir. Zahiri ibadətlər düzgün olmadığı təqdirdə batini əməllərə etibar yoxdur”.
İlahi qüdrət nişanələrini zahiri və batini müstəvidə seyr etmə dərəcəsinə yüksələn Allah dostlarının mübarək ağızlarından saçılan dirilik kəlmələri qəlbi qavrayış həssasiyyətimizi daima məşğul etməlidir. Çünki xüsusi bir eşqləediləcək bu məşğuliyyət təfəkkürdə dərinləşməyə, münasibətdə səmimiliyə, qulluqda isə mərifətullaha aparan qurtuluş cığırıdır. Allah dostlarının qəlblərə həyat verən kəlamlarına bir daha nəzər yetirək. Rəbbimiz böyük lütfü ilə hər birimizi mənəviyyat böyüklərindən lazımınca istifadə edərək zahiri və batini əməllərimizə riza libası biçə bilən bəxtiyar qullarından eləsin. Amin.
Niyazi Misri həzrətləri belə buyurur:
“Mərifət aləmləri seyr etmək deyil, aləmlə bir olmaqdır. Bütünlük halında (həyat verən) can suyunda olmaqdır. Aləmin ruhu insan isə, insan (ilahi əzəmətin) bilinməsi üçün varsa,əsil murad (həqiqəti) bilən insan olmaqdır”.
Əmirəl-möminin Hz.Əli (r.a) belə buyurur:
“Mərifət ilahi Cəlalın (əzəmətin)parıltılarını kəşf etməkdir.Bunun son nöqtəsiisə Allahın kibriyası (böyüklüyü və möhtəşəmliyi)qarşısında dəhşətə qapılmaqdır”.
ŞƏRHLƏR