Mədəniyyət Üfüqümüz

Mədəniyyət Üfüqümüz

Mədəniyyət, bir cəmiyyətin bütün fərdlərinin sahib olduğu hadisələri və məsələləri qarşılayan duyğu və düşüncə şəkilləri ilə tarix içində meydana gələn fikir və sənət məhsulu, dəyər hökmlərinin bütünü olaraq ifadə edilir. Eyni zamanda cəmiyyətləri bir-birindən fərqləndirən və eyni duyğular ətrafında toplayan güc də mədəniyyətdir.

Tarix boyu hər cəmiyyət öz mədəniyyətini ucaltmağa çalışaraq digər mədəniyyətlərdən fərqlənməyə və irəli getməyə çalışmışdır. Dil, din, tarix birliyi mədəniyətin vazkeçilməz ünsürlərini formalaşdırır.

Bilindiyi kimi Qafqaz və Anadolu bölgəsi dünyada uzun illər İslamın və türklüyün elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu torpaqlar elm və insanlıq aləmi üçün elm xadimləri və mənəvi böyüklər, mütəfəkkirlər, şair və ədəbiyyatçılar yetişdirmişdir.

Xüsusi ilə Anadolunun türkləşməsində və İslamlaşmasında Qafqazdan Anadoluya axın edən elm və könül adamlarının çoxsaqylı köçü bu sahədə böyük rol oynamışdır. Bu gerçəyi böyük türk mütəfəkkiri Xoca Əhməd Yəsəvi “Bir aşk odu yaktık, diyarı-ruma (Anadolu) attık” sözü ilə ifadə etmişdir.

Dünya xalqları arasında əlaqələr çox sürətlə dəyişməkdədir. İyirminci əsrin böyük bir hissəsi iki qütblü bir dünyada keçdi. Bu qütblər Nato və Varşava paktı olaraq ifadə edilməkdə idi. İyirminci əsrin son onilliyində SSRİnin və sosialist dünya sisteminin dağılması ilə müasir dünyada güclər yenidən dəyişdi. Sovetlər birliyindən ayrılan yeni türkdilli dövlətlər meydana çıxdı.

Başda Azərbaycan olmaq üzrə uzun illər öz milli-mənəvi dəyərlərindən məhrum və uzaq qalan türk xalqları öz kimlik və mədəniyyətlərinə yenidən qovuşdular. Uzun illər ərzində qardaşlarından ayrı qalan və onların həsrətini çəkən Anadolu türkləri də böyük bir həyəcan və sevinc hissi yaşadı. Azəri türkləri yenidən öz tarixinə, dilinə, dini inanclarına, folkloruna, milli-mənəvi dəyərlərinə qovuşdu.

Sosializmin buxovlarından xilas olan Azərbaycan xalqı öz mədəni dəyərlərinə qovuşarkən eyni zamanda dünyada var olan populyar mədəniyyətin problemləri ilə qarşılaşdı. Bunların da bir çoxu müasir dünyanın və qloballaşmanın gətirdiyi problemlərdir...

Dünya kürəsəlləşmə nəticəsində sürətlə inkişaf edərək böyük bir kənd halına gəldi ki, bu da milli mentalitetləri təhlükə altına aldı. Bu qloballaşma qaçınılmaz proses olaraq sel kimi sürətlə hərəkət etməkdə və böyük balıqların kiçik balıqları yeməsi kimi böyük bir təhlükə daşımaqdadır.

Bu təhlükədən xilas olmağın yeganə yolu cəmiyyətimizin və xüsusilə də gəncliyimizin öz milli-mənəvi dəyərlərini sevməsi, dilinə, dininə, tarixinə və kimliyinə sahib çıxması ilə mümkündür. Bunu əvvəlcədən görən mərhum prezident Heydər Əliyev “Gənclik milli və mənəvi ruhda tərbiyə olunmalıdır” deyərək gerçələri dilə gətirmişdir. Dünyanın heç bir ölkəsində gənclərə onun qədər dəyər verən başqa bir dövlət başçısı tapmaq mümkün deyildir. Heydər Əliyev, gəncliyi Azərbaycanın gələcəyi kimi görüb onların milli-mənəvi dəyərlərə bağlı və vətənsevər ruhda tərbiyə olunmasına xüsusi qayğı göstərirdi.

Öz dəyərlərinə sahib olan xalqlar, dövlətlər milli-mənəvi dəyərlərini müsbət ümumbəşəri dəyərlərlə zənginləşdirərlərsə dünyada mühüm yer tutarlar. Bu torpaqlar hər zaman fəxr ediləcək elm, təfəkkür, siyasət xadimləri, ədəbiyyat və incəsənət adamları ortaya çıxarmışdır. Nizami, Füzuli, Nəsimi, Şəms Təbrizi, Yəhya Şirvani, Tusi, Üzeyir Hacıbəyov bunların sadəcə bir qismidir. Adını saydığımız bu şəxslər yalnız Azərbaycana deyil, bütün Türk dünyasına, hətta bəşəriyyətə xidmət etmişlər. 

Dövlət və siyasət xadimi kimi H. Əliyevin ismini yad etməksə bir vətəndaşlıq borcumuzdur. Heydər Əliyev Türk dünyasının iyirminci əsrdə yetişdirdiyi dahi dövlət və siyasət xadimidir. Ümummilli lider Heydər Əliyevin Sovetlər dönəmində həyata keçirdiyi siyasi gediş Orta Asiya, Qafqaz regionu və bütün Türk dünyasında yaşayan insanlar üçün hər zaman bir güvən qaynağı olmuşdur.

Türkiyə ilə dərin tarixi, mədəni, din və dil bağları olan Azərbaycanın yaxın dövrlərdə də bu bağların güclənməsində Heydər Əliyevin böyük əməyi olmuşdur. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasını, dirçəlib ayağa qalxmasını, inkişaf edərək dünya dövlətləri arasında layiq olduğu yeri almasını təmin etmişdir. Həmçinin bir çox beynəlxalq təşkilatları ilə böyük dövlətlərlə birbaşa əlaqələrin qurulması ümummilli liderin xidmətlərindən bir qismidir.  

Ümummilli lider Heydər Əliyev tərəfindən ortaya qoyulan dövlətçilik siyasəti prezidentimiz İlham Əliyev cənabları tərəfindən daha da gücləndirilməkdə və davam etməkdədir.

Türk dünyasının dahi lideri Heydər Əliyevin “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına milli-mənəvi dəyərlərin, ümumbəşəri dəyərlərin zənginləşməsinə xüsusi əhəmiyyət veririk” sözləri hər birimizin yoluna işıq tutmalıdır.

Məhz bu işıqla nurlandırılan yolda vətənini, millətini, bayrağını və torpağını sevən bir gənclik yetişdirilə bilər. Sürətlə dövr edən, inkişaf edən və dəyişən dünyada millətin gələcəyini öz gələcəyindən üstün tutan bir gəncliklə öz yerimizi almaq mümkündür.

 Hər gün dünyada ulduzu daha da parlayan Azərbaycan bu işıq sayəsində sabaha doğru daha əmin addımlarla irəliləyəcəkdir.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz