Konsantrasiya
Bir hədəf seçən və bu hədəfinə çatmaq üçün plan quran adamın növbəti və ən önəmli vəzifəsi bu planı həyata keçirmək, tətbiq etməkdir. Bu planın müvəffəqiyyətlə tamamlanması üçün uzun müddət çalışmaq və plana görə hərəkət etmək lazımdır ki, arzuolunan nəticə tam əldə olunsun. Hər hansı önəmli, böyük bir hədəfə çatmaq bir neçə günlük çalışmayla əldə ediləcək qədər asan deyil. Aylar, bəzən də illər boyu sürən ağır, zəhmətli əmək tələb olunur. İlk başda həvəslə başlayıb, bir müddət sonra dayanıb, bir neçə gün keçdikdən sonra təkrar başlayıb, sonra yenə çalışıb tekrar fasilə etmək və bu cür davam etmək bir ildə çatılacaq hədəfin vaxtını bir neçə dəfə gecikdirir. Bu səhvə yol verməmək üçün bütün gücümüzü, enerjimizi seçdiyimiz hədəfə yönləndirməli və bunu uzun müddət heç bir şey əldə etmədən davam etdirməyi bacarmalıyıq. Bunu edə bilmək üçün konsantrasiyamızın güclü olması lazımdır.
Konsantrasiya diqqəti və fikirləri seçilmiş hər hansı bir şey üzərində başqa heç nəyi düşünməyəcək şəkildə cəmləmək, özünü bütün varlığınla seçdiyin, əlindəki işə həsr etməkdir. Bu, hər kəsin edə biləcəyi bir şeydir. Məşq etməklə yiyələnmək mümkün olan bir vərdişdir. Bunun ən asan və effektli yolu bir anda sadəcə bir işlə məşğul olmaq, diqqətini o işə yönləndirməkdir. Hər gün etməli olfuğun işlər içərisindən ən asan olanını seçib daha sonra o işi tamamlayana qədər heç bir işlə məşğul olmamağa qərar vermək bu vərdişin gücləndirilməsi üçün çox effektli bir metotdur. Bu cür məşqlərlə qısa müddət ərzində konsantrasiya qabiliyyətini artırmaq mümkündür.
Bir iş üzərində çalışarkən bütün varlığıyla özünü əlindəki işə verən biri ilə qeyrisini müqayisə etmək və fərqi yaxşı anlamaq üçün aşağıdakı misala baxaq:
Havada 40 dərəcə istilik olduğu halda günəş şüalarının tam düşdüyü bir səthə kiçik bir kağız parçası qoysaq nə olacaq?! O kağız parçası bir az isinəcək. Bir də havada istiliyin 10 dərəcə olduğu halda eyni kağız parçasını yenə günəş şüalarının tam düşdüyü səthə qoyaq amma bu dəfə əlimizə bir lupa alıb o kağız parçasının üzərində bir neçə saniyə saxlayaq, bu halda nə olacaq ? İstiliyin 10 dərəcə olmasına baxmayaraq kağız parçası yanacaq. Burada əsas olan, günəşin şüalarının bir nöqtəyə cəmləşməsidir. Günəş eyni günəşdir, lakin şüaları lupa vasitəsilə müəyyən müddət ərzində bir nöqtəyə cəmləşdirildi.
Bu misaldan da göründüyü kimi əsas olan nə qədər istedadlı, qabiliyyətli olımağımız deyil, əsas olan az da olsa əlmizdəkilərlə edə biləcəyimizin ən yaxşısını etmək, az da olsa var olan bütün gücümüzü, sahib olduğumuz bütün resursları sadəcə bir hədəfə yönləndirmək, konsantrasiya gücümüzdən istifadə edə bilməkdir. Artıq aydın olduğu kimi böyük hədəflərə çatmaq, uğur qazanmaq üçün hansısa qeyri-adi istedadların olması şərt deyil. Bunu əldə bəhanə tutub bu əsassız bəhanənin arxasına sığınmaq da əsassızdır. Nəyin varsa elə onlarla əldə etmək istədiyin şeyi əldə etmək üçün bütün varlığınla özünü o işə həsr etmək lazımdır. Hər şey bundan ibarətdir.
Yuxarıda göstərilən məşqləri edərkən yorğunluq olduğunda bir az ara verib təkrar həmin işə qalınan yerdən başlamaq lazımdır.
Məşhur bir söz var, insan nə düşünürsə odur. Əksər insanlar əldə etmək istəmədikləri, həyatlarında olmasından qorxduqları şeyləri düşünə-düşünə nəticədə həmin şeyə doğru sürüklənirlər. Konsantrasiya burada da hədəfimizə çatmaq üçün çox önəmli rol oynayır.
Belə ki, düşüncələrimizi əldə etmək istədiklərimiz üzərində cəmləmək və davamlı olaraq onu necvə əldə edəcəyimizi düşünmək, bu yöndə zehnimizi çalışdırmaq bizə yeni fikirlər verərəkən, istəmədiklərimiz, olmasından qorxduğumuz şeylər üzərində cəmləşdikdə onları həyatımıza dəvət edib hədəflərimizdən də uzaqlaşmış olacağıq. Bunun qarşısını almaq üçün konsantrasiya qabiliyyətimizin güclü olması və düşüncələrimizin bizi idarə etməsindənsə bizim onları idarə edib istədiyimiz yerə istiqamətləndirməmiz gələcək hədəflərimizə çatmaq üçün həyati əhəmiyyət daşıyır.
Bir şeyi də unutmamaq lazımdır ki, sadəcə düşüncərini seçdiyi hədəf üzərində cəmləmək, lakın lazım olan işləri görmədən, zəhmət çəkmədən uğur qazanacağını gözləmək xəyallarında namaz qıldığını düşünüb sonra da cənnətə gedəcəyini ümid etməklə eyni şeydir. Allah-Təalanın da Nəcm surəsinin 39-cu ayəsində buyurduğu kimi “İnsan üçün ancaq çalışdığının qarşılığı vardır.”
ŞƏRHLƏR