İbrətlər

İbrətlər

Tələbələr yoldaşlarından birini qınayıb müəllimə ondan şikayət etdilər:

- Ey böyüyümüz, bizə yardım et! Bu tələbədən bizim intiqamımızı al!

- Şikayətiniz nədir?

Tələbələr dedilər:

- Bunun üç pis xasiyyəti var:

- Danışmağa başlayanda susmur. Elə hey danışır.

- Yeməyə girişəndə iyirmi nəfərin payını yeyir.

- Yatanda da Əshabi-Kəhfə bənzəyir. Oyanmaq bilmir.

Müəllim ittiham olan tələbəyə baxaraq:

- Hər halında etidalı qoru, işlərin ən xeyirlisi orta olandır! -dedi.

Tələbə də müəllimə belə cavab verdi:

- Ey müəllim! Orta yol hikmət olsa da, orta hallı olmaq da izafidir. Birinin dörd çörəyə ehtiyacı olsa, iki vəya üç çörək yesə bu orta bir yeyişdir. Amma mənim əlli çörəyə ehtiyacım var, sənin isə altı. Bərabər deyilik axı. Orta hallı olmaq sona görədir. Başı və sonu olana nisbətlədir. Görən məni yatmış sayır, ancaq gözüm yatır, könlüm oyaqdır. Sənin gözün açıqdır, qəlbinsə yatır. Mənim gözüm yumulu qəlbim oyanıqdır. Loğmanın içində inci olduqdan sonra nə istəyirsən ye! Amma mədəndə təmiz də pis halına gəlirsə boğazını kilidlə, açarını da gizlət.

 

Gözəl Sığınacaq

Abdullah bin Ömər (r. anhumə) belə rəvayət edir:

            “Mən bir savaşa getmişdim. Əsgərlərdən bir qismi ordudan qaçdı. Mən də onların arasında idim. Ordudan uzaqlaşınca:

            “- İndi nə edəcəyik, cihaddan qaçdıq, Allahın qəzəbi ilə qayıdırıq.” -deyə aramızda danışmağa başladıq. Axırda:

            “- Mədinəyə girək, bizi heç kim görməz.” -deyə fikirləşdik.

            Lakin Mədinəyə çatanda:

            “- Rəsulullah -səllallahu əleyhi və səlləm-in yanına gedib məsələni ərz edək, bizim üçün  tövbə etmək imkanı varsa onu yerinə yetirək, yoxdursa geri qayıdaq.” -deyə qərar verdik. Sübh namazından əvvəl məscidə gedib gözləməyə başladıq. Rəsulullah -səllallahu əleyhi və səlləm- məscidə gəldiyində ayağa qalxdıq və:

            “- Biz fərariyik!” -dedik.

            Allahın Rəsulu bizə baxaraq:

            “-Xeyr, siz fərari deyil, dövlət başçısına kömək etmək üçün gələn və təkrar savaşa qayıtmaq üçün manevr edən insanlarsınız!” -buyurdu.

            Ona yaxınlaşdıq, mübarək əlindən öpdük. Bizə:

            “- Mən, müsəlmanların pənah yeriyəm.” -buyurdu.” (Əbu Davud, Cihad, 96/2647; Tirmizi, Cihad, 36/1716)

 

Başın Hesabı

Nisyə ət satan bir qəssab hesab tutmaq üçün bir gənci yanına işə götürür. Ona:

            “- Filankəsə bu qədər, filankəsə də bu qədər ət verilmişdir.” -deyə yazdırırdı. Günlərin birində bir quş gələrək bir parça ət qapdı. Qəssab dərhal katibə:

            “- Quşa da yüz dirhəmlik ət yaz!” -dedi.

            Eyni quş, başqa bir gün yenə adəti üzrə gəlmişdi. Qəssab tələ qurduğu üçün onu tutdu və dərhal başını üzərək digərlərinə ibrət olsun deyə yüksək bir yerə asdı. Bu dəfə katib qəssaba:

            “- Sənin borcunu əvvəlcə quşun hesabına yazmışdım, indi quşun haqqını sənin hesabına neçə dirhəm olaraq yazım?” -dedi. Qəssab fəryad qopardı və:

            “- Ətin hesabı asandır, lakin başın hesabını istəyərlərsə, nə edərəm?” -deyə ağlamağa başladı. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz