İnsan Nə Üçün Ölmə(Mə)K Istər?
İnsan, təbiəti gərəyi öləcəyini bildiyi halda ölmək istəməz. Cənnətdən çıxmasına səbəb olan xüsus da ölümsüzlük ağacına (şəcərətul-xulud) əl uzatmsıdır.
Cənnətdə əl uzadılan bir meyvə deyil, ölümsüzlük arzusu idi. Yer üzünə endikdən sonra da tarix boyunca neçə-neçə insanlar öz düşüncələrinə görə “abi-həyat” axtarmışlar. Hətta Qaf dağının arxasında. Saysız-hesabsız hekayənin ana mövzusuna çevrilmişdir “ölümsüzlük həsrəti”.
Axı insan nə üçün ölməmək istər?
Çünki daxilində ölümsüz bir ruh vardır.
Bəs insan nə üçün ölmək istər?
Bunun da iki səbəbi ola bilər. Ya ölümü, əmanəti və mülkiyyətin əslini çox yaxşı qavramış, buna görə də Haqqa vasil olmaq üçün ölüm pərdəsinin qalxmasını istər. Ölüm onun üçün “Şəbi-Arus” olmuşdur. Yaxud da nə ölümün, nə əmanətin, nə də mülkiyyətin nə olduğundan xəbərsizdir.
İnsanın həyatı mənalandıra bilməsi üçün qavramların mənalarına hakim olması lazımdır. Çünki insan qavramlarla düşünür, qavramlarla qavrar və hətta qavramlarla hiss edər. varlığı.
Ölüm əmanət və mülkiyyət qavramlarından bəhs edərək (bəhs qazanmaq deməkdir, tapmaq üçün qazanmaq) uçurumun kənarında duran insanların qərarlarına əlavələr etməyə çalışaq.
ƏMANƏT
İnsan fani bir varlıqdır. Yəni öz varlığını davam etdiyə bilməsi üçün ona verilmiş hər şey bir əmanətdir. Əmanətə sahib çıxmaq onu yaradılış məqsədinə uyğun görmək və ondan istifadə etməkdir. Bədən, ağıl, nəfəs, yar, övlad, bağ, bağça, hava, su… bir sözlə bütün kainat və kainatın özəyi olan insan birbaşa insanın özünə əmanət edilmişdir. Bu əmanət dağların belə yüklənməkdən qorxduğu əmanətdir. Əmanətə riayət etməməksə xəyanətdir.
İnsan şəxsən özünün özünə əmanət olduğunu bilməzsə, özündən əmin olmayacağı kimi ətrafındakılara da “əmin” bir insan ola bilməz. Əmanətin nə olduğunu ən yaxşı bilən “əl-Əmin” olmuşdur. Unutmamaq lazımdır ki, əmanət müvəqqəti olaraq əldə tutulana deyilir. Yəni sonu olana, davamlı olmayana.
MÜLKİYYƏT
İnsan əmanəti qavraya bilməmişsə, yəni faniliyinin fərqində deyilsə, o zaman əbədi kimi davranmağa başlayar. Güc-qüvvəsini özündən bilər. Güclü-qüvvətli olmaqla gücsüzün özünə əmanət edildiyini bilməz. Əlindəki var-dövlətin daimi olduğunu sanar. “Mənim…” sözüylə başlayıb sadaladığı şeylərin bugünə qədər növbəylə kimlərin əlindən keçdiyini və özündən sonra da kimlərin əlinə keçəcəyini düşünmədən danışar.
Halbuki düşünsə, düşüncənin içinə düşə bilsə, özünə dəxi sahib olmadan özündən kənardakılara sahib ola bilməyəcəyini anlayacaqdır. “Mülk Allaha aiddir” deyən bir insan belə bəzən bu qəflət quyusuna düşə bilir.
Halbuki düşünsə, düşüncənin içinə düşə bilsə, dəlilərin mülkiyyətinin olmadığını biləcəkdir. Və özündən sonraya mülkiyyət mənasında bir miras qoymayan Hz. Nəbinin “Sizə dəli deyilmədikcə imanınız səhih olmaz” sözünün mənasını dərk edəcək. Və bir o qədər də şeyə sahib olmağın gərəkli olmadığını, yalnız özünə sahib olmağın necə böyük dövlət olduğunu qavrayacaqdır.
Halbuki düşünsə, düşüncənin içinə düşə bilsə, özünün olmadığı halda özünün zənn etdiyi mal və məqamı itirdiyi zaman canına qəsd edənlərin caniliklərinin, acizliklərinin, gücsüzlüklərinin, qorxaqlıqlarının fərqinə varacaqdır. Çünki güclü olmaq, iqtidar sahibi olmaq lazım gəldikdə etməmək gücündən istifadə edə bilməkdir.
Sözün qısası, mülkiyyət “Mal da yalan, mülk də yalan / Var bir az da sən oyalan” sözündən ibarət deyimli?
ÖLÜM
Ölüm insanın özünün zənn etdiyi mülkün təhvil verilmə zamanıdır. İnsan fitrəti gərəyi ölümü arzulamaz. Ölümü arzulayanlar ya ölmədən əvvəl ölənlərdir, ya da həyata məna verəcək mənəviyyatdan uzaq qalanlardır.
Bəs kimdir ölmədən əvvəl ölənlər və nədir ölmədən əvvəl ölmək?
Ölmədən əvvəl ölmək mövti-iradidir, yəni ixtiyari ölüm. Öldürülməli olanları öldürməkdir. Ölməli olanlar ölməlidir ki, meydan dirilərə, diri olana qalsın. Əhli-irfana görə bu, dörd yolla mümkündür.
Mövti-əhmər (Qırmızı ölüm): Şəhvətin ölümü.
Mövti-əbyad (Ağ ölüm): Toxluğun ölümü. Acları unutduran toxluğun.
Mövti-əxdar (Yaşıl ölüm): Qiyafətin ölümü. Yəni insanın öz qiyafətindən və bədən qəfəsindən qurtulması. Cananı tapması.
Mövti-əsvəd (Qara ölüm): Fəqr və təvazö ilə özünü xidmətə həsr etməkdir qara ölüm. “Söhbəti-irfan görənlər xidmətindən bəllidir” deyən Nəsiminin qəsd etdiyi ariflərdir bunlar. Əsla cana qıymaq deyil, canı insana və ehtiyac sahibinə fəda etməkdir. Fani olmaqdır. “Fəlsəfə ölümü tərcih etməkdir” deyən Platonun qəsdidir.
Ey uçurum kənarında dayanan insan!
Sən özündən xəbərsizsənsə və özünü tanımırsansa, diqqətlə Platona qulaq ver! Platon insanı tərif edərkən deyir:
“Uşaqlıqdan sıxılırlar və böyümək üçün tələsərlər. Lakin sonra uşaqlıq illərini arzulayarlar. Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər, amma sağlıqlarını geri almaq üçün pul xərcləyərlər. Sabahlarından narahat olarkən bu günü unudarlar. Nəticədə nə bu günü, nə də sabahı yaşayarlar. Heç ölməyəcəkmiş kimi yaşayarlar, amma yaşamamış kimi ölərlər.”
Yaşamamış kimi ölənlərdən olmaq istəmirsənsə varlığı bir, zamanı an, məkanı nöqtə bil. Hər birinin fani, sahibininsə baqi olduğunu unutma.
Xoşca bax zatına ki, sən aləmin özü və öznəsisən.
Diril və dirilt ətrafındakı yaşayan ölüləri.
Sən ki, Hayy olanın qulu və xəlifəsisən.
Başınla, qəlibinlə deyil, qəlbinlə düşün:
Ölüm olmasa eşq olardımı?
Nə üçün ölən heyvandır və nə üçün aşiqlər ölməz?
ŞƏRHLƏR