Hazırcavablar

Hazırcavablar

Deyilənə görə, Bəhlul heç gülməzmiş. Bunu bilən xəlifə hər yerə car çəkdirir ki, kim Bəhlulun güldüyünü görüb ona xəbər gətirsə, həmin adama böyük bəxşiş verəcək.

            Bəhlul bir gün Təbrizin küçələrində avara-avara gəzərkən yolu bir qəssab dükanının qabağından düşür. Görür dükanda heyvan cəsədlərini qarmaqlara keçirib ayaqlarından asıblar; qarmağın birindən qoyun şaqqası, o birindən keçi, üçüncüsündən mal budu asılıb. Bunları görən Bəhlul bərkdən qəhqəhə çəkib gülür. Qəssab Bəhlulun güldüyünü görcək qaçır xəlifənin yanına, xəbər verir ki, bəs, qardaşın bu gün qəssab dükanının yanından keçəndə bərkdən gülübdür. Xəlifə dərhal Bəhlulu çağırtdırıb soruşur ki, eşitdiyimə görə, gülübsən, bu doğrudurmu?

            Bəhlul cavab verir:

            -Doğrudur.

            Xəlifə qəssabın xələtini verib onu yola salır. Sonra Bəhlula deyir:

            -Bəhlul, axı sən heç gülməzdin, mənə bu sirri aç görüm, səbəb nə olub ki, sən gülmüsən?

            Bəhlul deyir:

            -Qardaş, mən sənin pis əməllərinə dözə bilməyib, baş götürüb şəhərləri, kəndləri gəzirdim, hey fikirləşirdim ki, qardaşın olduğum üçün görəsən məndən də əvəz çıxacaqlarmı?... Qəssab dükanının qabağından keçəndə gördüm hər heyvanı öz ayağından asıblar. Nəticə çıxartdım ki, demək, sənin cəzanı yalnız sənə verəcəklər. Odur ki, özüm barədə arxayın olub güldüm.

İpək Paltar

 

Bir gün Telemsan padşahı Sultan Yəhya saray əyanı ilə birlikdə şəhəri gəzməyə çıxmışdı. Onun və ətrafındakıların dəbdəbə və ehtişamı qarşısında gözləri qamaşan xalq da Sultana hörmət üçün qorxuyla ayağa qalxıb: “Padşahım çox yaşa!” -deyərək alqışlamağa başladılar. Ancaq xalqdan bir az kənarda yalnızlığa dalmış, dünyadan azad və nuru ətrafı parladan bir nəfər sultanın gözünə dəydi. Yanındakılardan o nur üzlü qəribin kim olduğunu soruşunca:

“-Sultanım, məşhur Tunuslu Şeyxdir. Bir mağarada inziva (yalnız həyat yaşamaq) halında yaşayır.” -dedilər.

Sultan daha da maraqla atını Tunuslu Şeyxin yanına sürdü və içini narahat edən bir sualı ona vermək istədi:

“-Əynimdəki bu ipək paltar ilə namaz qılmaq olarmı?” -dedi

Tunuslu Şeyx bu suala cavab vermək istəməyib onu saraydakı alimlərdən soruşmasını söyləsə də Sultanın israrlı xahişi ilə belə dedi:

“-Bir köpək düşünün ki, ölü bir heyvan tapır və onu mədəsi şişincəyədək yeyib içini və çölünü pisliyə bulaşdırmış olduğu halda bövl edərkən üstünü batırmamaq üçün ayağını havaya qaldırmaq dərdindədir!..”

Sultan hayqırdı:

“-Nə demək istəyirsən?”

“-Bunu demək istəyirəm ki, sizin mədəniz və cisminiz ən ağır haram yükləri və insan haqları ilə dolu olduğu halda ipək paltarla namaz qılmanın caiz olub olmadığını soruşursunuz?!”

Bu mənalı sözlər Sultanın qəlbinə dərindən təsir etdi. Bu təsir səbəbi ilə dərhal üzərindəki əlbisələri çıxarıb atdı. Sonra belindəki qılıncı da çıxarıb atdı və ona heyrətlə baxan xalqa:

“-Müsəlmanlar! Haqqınızı halal edin və özünüzə bir padşah tapın!” -deyərək Tunus Şeyxin ardından getdi və onun sadiq bir tələbəsi oldu.

Sultan Yəhya Şeyx həzrətlərinin mənəvi tərbiyəsində elə böyük bir məqam əldə etdi ki, Tunuslu Şeyx, ondan dua tələb edən insanlara belə deməyə başladı:

“-Duanı Yəhyadan istəyin; çünki onun yerində mən olsaydım onun etdiyini edə bilməzdim... Əgər dünyadakı digər sultanlar onun qovuşduğu səadət xəzinəsindən xəbərdar olsaydılar, onlar da Yəhya kimi hər şeylərini fəda edərdilər.

Hardan tapacağıq?

Bir gün bir ağa ərazisini yoxlamağa çıxır. Uzaqdakı bir tarlada gözləri bağlı, boynunda zınqırov olan bir eşşəyin, su quyusunun ətrafında fırlanaraq tarlanı suladığını görür. Əkinçini çağırıb soruşur:

-Eşşəyin gözünü niyə bağlamısan?

-Əziz ağam, eşşək quyunun ətrafında fırlandığını anlayıb durmasın, düz yolda getdiyini  zənnedib işləməyə davam etsin deyə əkinçi cavab verir.

-Yaxşı. Bəs bu zınqırov nə üçündür?

-Ağam, eşşəyin dayandığını zınqırovdan başa düşürəm, zəng çalmazsa gəlib eşşəyi vururam.

-Yaxşı. Birdən eşşək dayandığı yerdə başını yelləsə?

-Aman aman ağam! Biz sizin kimi ağıllı eşşəyi hardan tapacağıq?

 Göz çuxuru

Üst-başından yoxsul olduğu açıq-aşkar görünən bir adam, dəniz kənarında tilovla balıq tuturdu. Təsadüfən oradan keçən ölkənin padşahı bu qərib adama yaxınlaşır və ona, “Mən burada olduğum müddət əzrində tilovuna birinci düşən balıq nə boyda olarsa sənə onun ağırlığında qızıl verəcəyəm” deyir. Biraz sonra tilova ortası deşik bir sümük düşür. Hökmdar balıqçıya, “Nə edək, şansın bu qədər imiş, tilovuna ağır bir şey düşmədi” deyərək balıqçını alıb sarayına apardı. Saraya çatanda adamlarına, balıqçıya əlindəki sümük ağırlığında qızıl vermələrini əmr edir. Sümüyü tərəzinin bir gözünə qoydular, o biri gözünə də qızıl qoymağa başladılar. Beş, on, iyirmi, əlli qızıl qoyurlar amma sümük olan tərəf heç yerindən tərpənmir. Bunda bir sirr olduğunu anlayan saray adamları bir alimi çağırıp bu sirrin nə olduğunu soruşdular. Alim sümüyü əllərinə alıb diqqətlə nəzərdən keçirdikdən sonra bunları söyləyirlər: “Bu sümük acgöz bir insanın göz çuxurudur. Siz bunu ölçmək üçün bütün xəzinəni qoysanız yenə yerindən tərpənməyəcək. Çünki, doymaz. Ancaq bir ovuc torpaq bunu doyurar.”

Belə ki, bir ovuc torpaq alıb tərəzinin gözünə qoyurlar. Bundan sonra sümük olan tərəf yuxarı qalxmağa başlayır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz