Həyat DƏFTƏRİNDƏN

Həyat DƏFTƏRİNDƏN

Valideynlər ən gözəl anlarını öz övladlarına həsr etməyi özlərinə şərəf  bilirlər. Gənclik qədər gözəl və yaşanılası olan bu anları kiçiklərin hay-küyü, ağlaması, gülməsi ilə,  xəstə anlarında baş ucunda gecədən səhərə oyaq olaraq keçirmək həqiqətən böyük bir fədakarlıqdır. Bir çox ata-ana həyatlarını  övladlarının həyatlarına qurban etdiyi üçün nə qədər əziyyətlərini çəksələr də bu, onların gözünə görünməz.

Amma bəzi analar da öz rahatlığını pozmamaq üçün ya övlad sahibi olmaq istəmir, ya da olan övlada elə baxır ki, baxmazsa ondan yaxşıdır. Bəzi üzdəniraq valideynlər də dünyaya gətirdikləri uşaqlarını küçəyə belə ata bilirlər. Biz ayağımız yer tutana qədərki vaxtlarımızda valideynlərimizə etdiyimiz əziyyətləri elə o vaxtlarda unuduruq. Bəs valideyn olandan sonra necə, bizim bu əziyyətimizi unudan övladlarımızdan nəyə görə küsürük?

            Özümüzü sərbəst idarə etdiyimiz anlarda da öz gözümüzə görünməyən əziyyətlərimiz səbəbilə də olsa onlara baş çəkirik. Amma təəssüf ki bir müddət sonra bizim bu işıqlı dünyaya gəlməyimizdə əsas əziyyəti çəkən valideynlərimizə heç baş çəkmirik.  Bəzi övladlar tənbəllikdən, bəziləri də həyatın çətinliyi və məşəqqəti səbəbilə, valideynlərinə baş çəkmirlər. Sonralar isə bizi ata-anamızın sevinci edən Allah bizi də sevindirərək övlad qismət edir. Bütün insanlarda olduğu kimi övlad payının sevinci, böyüməsi, xəstəliyi və s. problem və  rahatlığı bizi elə məşğul edir ki, valideynlərimizə az-az baş çəkirik. Bir də görürük ki biz valideynlərimizin yerini almış, onları əbədi həyata, hamımızın son dayanacağına yola salmışıq. Qəribədir həmişə övladlar valideynlərini unutsalar da valideyləri onları unutmur. Bu silsilə keçmişdən bəri belə davam edərək gəlmişdir. Bir Allah dostunun “Analar övladlarını doqquz ay bətnlərində, bir müddət qucaqlarında, ömür boyu da qəlblərində gəzdirər” sözü nə qədər də təsirlidir.

            Bəs biz Allah Rəsulunun: “Cənnət anaların ayaqları altındadır” hədisi-şərifini eşitməmişikmi? Tək bu hədisi-şərif deyil, valideyn haqqında Rəsulullahın neçə-neçə mübarək kəlamı var.

Allahım! Bizi valideynlərinə qarşı hörmətkar, övladlarına qarşı da fədakar insan eylə! Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz