BƏRƏKƏTLİ MÖVSÜM MÜBARƏK ÜÇ AY
Yaradana yaxın olmaq üçün yaşayırıq. Həm dünyada, həm axirətdə. Əslində Yaradan bizə bizdən daha yaxındır.
Məsələ bizim Ona yaxın olmamağımızda, yaxud Onun yaxınlığını ağlımızla bildiyimiz halda qəlbimizlə bunu hiss edə bilməyişimizdədir. Halbuki ağıl inanmaz. Qəlbin qapısında gözləyər. İnanan qəlbdir.
Üç aylar deyilən mübarək zaman dilimi bizim üçün qəlbi səviyyə qazanma mövsümüdür. İstehlak məhkumu olub, istiqamətini itirən və nəyə rəğbət edəcəyini unudan başları və qəlbləri Rəqaib qarşılar üç ayların qapısında. “Ətrafına bax!” deyər: “Haqdan başqa meyl etməyə, arzulanmağa, məftun olunmağa layiq nə var?” Sanki göydən endirilən və göyə doğru yüksəldən, nurdan ibarət ip kimi Rəqaibin dəvəti ilə bütün könüllərin rəğbəti Haqqa olar. Məscidlər dolar. Qurani-Kərim oxunar. Rəsuli-Kibriyanın adı anılar və ona salavat gətirilər. Rəhmana yaxın olmaq üçün səcdələr edilər, rəhmət umular. Ruhlar unutduqları qibləni təkrar xatırlar və birləşər. Sanki istiqamətini və varlıq qayəsini xatırladan silkinmədir Rəqaib.
Rəcəb ayının ilk qəndili qəlbləri beləcə aydınladar. Evlərdə mənəvi iqlim hakim olar. Rəcəbin “Allahın ayı” olduğunu və Rəsulullahın Ramazandan sonra ən çox bu ayda oruc tutduğunu bilən möminlər oruca davam edərlər. Ruhlar incələr. Var olmağın və varlığın xırdalıqlarına hakim olmağa başlar.
Bəndə qəlbdən istədiyi zaman göylərin qapısı açılar. Artıq merac zamanıdır. Hz. Peyğəmbərin zamanın dayandırılması ilə Məkkədən Qüdsə, oradan da Haqqın hüzuruna getdiyi müqəddəs səfər günüdür. Möminin ürəyi fərəhlənər. Mömin bilir ki, Yaradanın hər şeyə gücü çatar. Səccadəsinə qapanar və göz yaşı ilə Allahın hüzuruna durar. Hər bir göz yaşı keçmişin ləkələrini silib təmizlər. Bol tövbə edilər. Kirlərdən arınan qəlbə bu məna iqlimində minlərlə toxum əkilər. Ruh sanki meraca çıxar. Bir çox aləm dolaşar.
Artıq Şaban ayı gəlmişdir. Oruc, namaz, Quran tilavəti ilə göylərin süfrəsindən qidalanmağa başlayan möminlər bu ibadətlərlə qəlbə əkdikləri toxumları böyüdərlər. Nəhayət, Bərata nail olarlar. Bu ay Rəhbəri-bəşər olan Hz. Peyğəmbərin ayıdır. Bol salavat gətirilər. Şəfaət istənər.
Ardından ümmətin ayı olan Ramazan gələr. Əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəmdən qurtuluş olan Ramazan ayı. Bərəkət və sevinc bürüyər qəlbləri və qapıları. Sanki Rəcəbdə əkilən, Şabanda böyüdülən toxumlar rəhmət olub aram-aram yer üzünə yağar. Biçim mövsümünün sevinci bürüyər qəlbləri.
ŞƏRHLƏR