Şər görünəndə bir xeyir, xeyir görünəndə şər ola bilər

Şər görünəndə bir xeyir, xeyir görünəndə şər ola bilər

Axmaq bir nəfər Hz. İsaya yol yoldaşı oldu. Birlikdə gedərkən o axmaq dərin bir quyunun içində ölmüş birinin sümüklərini gördü və Hz. İsaya dedi:

"Ey yol yoldaşım! Ölüləri diriltmək üçün oxuduğun o mübarək sözləri mənə öyrətsən, mən də insanlara faydalı bir adam olsam, ölülərin sümüklərini diriltsəm olmazmı?" Hz. İsa:

"Sus!" dedi. "O iş sənin edəcəyin bir iş deyil." Amma axmaq adam israr etməyə davam etdi. "Madam ki, mənə öyrətmirsən, heç olmasa o mübarək sözləri sən oxu bu sümüklər dirilsin, olmazmı?"

Hz. İsa çox sıxıldı. "Ya Rəbbi, bu axmaq adamın belə israr etməsi nə üçündür?" dedi.

"Necə olur ki, bu nalayiq adam, öz canının dərdini düşünmür? Öz ölmüş könlünü bir tərəfə qoyub, başqa bir ölüyə dərman axtarır?"

Sonunda Hz. İsa o axmağın dediyini etdi və dua edərək sümüklərə ismi-əzəm oxudu və Allah o sümükləri diriltdi. Dirilən sümüklərin arasından qara bir aslan peyda oldu və axmaq adamın üstünə atılıb onu parçaladı.

 

Ey bizə dünyadakı çətin işləri asanlaşdıran Allah! Dünyada olmayacaq şeylərdən, faydasız işlərdən bizi qurtar. Bizə ruzi olaraq görünən bəzi şeylər məgər tələymiş. Allahım hər şeyi necədirsə bizə elə göstər.

 

Bir yəhudinin Hz. Əliyə (r.a) təklifi

 

Allahın böyüklüyünü dərk edə bilməyən bir yəhidi günlərin birində Hz. Əliyə  dedi:

-“ Tutaq ki, yüksək bir damın üstündəsən. Allahın səni qoruyacağına inanırsanmı?

Hz. Əli (r.a) dedi:

-“Bəli. Əlbəttə O, qoruyandır. O, hifz edər, Ğanidir. Bizi körpəliyimizdən bəri daim O mühafizə edir.”

Yəhudi:

-“Əgər söylədiyin kimidirsə özünü damdan aşağı at! Allahın səni qoruyacağına tam mənasıyla güvən. Özünü aşağı at ki, həqiqətən Allaha inandığını görüm. İmanını sübut etmiş olarsan.”

Hz. Əli bu sözə qəzəbləndi:

-“Sus!” dedi. “Qulun özünü bəlaya ataraq Allahı sınaması heç doğru deyil. Ey axmaq!  Ədəbsizlik edib Allahı imtahan etməyə qalxmaq heç kimin həddi deyil. Sınamaq ancaq Allaha yaraşır. O, hər an qullarını imtahan edir. Bu imtahanla içimizdə gizli olan inanclarımızı bizə açıqca göstərir. Adəm (ə.s) cənnətdə işlədiyi xəta ilə Allahı imtahan etdiyini söylədimi?! Rəbbim Sənin qullarına qarşı mərhəmətini yoxlamaq istədim dedimi?! Əlbəttə yox. O zaman ey xeyri, şəri bilməyən nadan adam, sən özünü sına, başqasını deyil! Artıq uzaqlaş yanımdan!”

 

 

 

İbrətlər

 

Ulduz Falı

 

Yəhudi bir münəccim ulduz falına baxaraq Harun ər-Rəşid haqqında “bu yaxında öləcək!” demişdi. Əlbəttə bu bir ulduz falı idi.  Kimə öləcəksən deyilsə mütləq şoka düşər. Harun ər-Rəşid də bu eşitdiyindən istər-istəməz təsirlənmişdi. Birdən falçının dediyi düz çıxsa, necə olacaq? deyə qorxmağa başladı və dərdini baş vəzir Bərməkiyə açdı. Bərməki:

-Ulduz falına inanmayın! Bu yəhudi sizə yalan söyləyir, desə də Harun ər-Rəşid sakit ola bilmirdi. Bərməki Harun ər-Rəşidə istərsəniz bunu sizə isbat edə bilərəm, dedi. Harun ər-Rəşid:

-Əlbəttə! Çox istərdim, dedi.

Bərməki yəhudi falçıını yanına çağırdı. Ondan: “Xəlifənin tezliklə öləcəyinə əminsənmi?” deyə soruşdu. Yəhudi: “Bəli, əlbəttə!” dedi. Bərməki falçıya dedi:

-“De görüm, ulduz falına görə sən nə qədər yaşayacaqsan?

Yəhudi öz falına da baxdı və “mən hələ çox yaşayacağam” dedi.

Baş vəzir Bərməki bu cavabı eşidər-eşitməz falçının boynunu vurdurmaq üçün bir cəllad çağırtdırdı. Cəllad gəldi və yəhudi falçının boynunu vurdu. Bərməki Harun ər-Rəşidə yerdə cansız yatan falçını göstərib belə dedi:

-“Hökmdarım! Əgər bu adamın dediyi düz olsaydı, heç ölərdimi? Öz ömrünü hesablaya bilməyən bu bədbəxt başqalarının nə qədər yaşayacağını necə bilər ki? Deməli, ulduz falı yalandır və falçılar ən yalançı millətdir.

 

Qurani-Kərimdə yer alan bəzi astronomik ayələrə əsaslanaraq; “Quranda da ulduzlar, bürclər haqqında məlumat var,deməli ulduz falı düzdür” deyənlər çox böyük günah içindədirlər və onsuz da dini bilikləri zəif olan millətimizi aldatmaqdadırlar. Biz sadəcə belə insanlara: “ Gəlin dinimizi yaşamaq üçün öyrənək, insanımızın sadəlövhlüyündən sui-istifadə etməyək” deyə bilərik.

 

Elmin açarı sualdır

 

Cabir (r.a) belə nəql edir:

Bir səfərə çıxmışdıq. Yoldaşlarımızdan birinin başına daş dəydi və yaralandı. Sonra o adam ihtilam oldu. Yanımdakılardan:

“- Mən təyəmmüm edə bilərəm?” - deyə soruşdu.   

“- Sən sudan istifadə etməyə qadirsən, sənə izin verildiyini zənn etmirik” - dedilər. Həmin adam yaralı halda yuyundu və bu səbəbdən vəfat etdi. Allah Rəsulunun yanına gələn kimi bu hadisəni ona danışdılar.

Hz. Peyğəmbərimiz (s.ə.s) həddindən çox əsəbiləşdi və bunları söylədi:

“ - ...Elmsizliyin şəfası soruşmaqdır. Ona təyəmmüm edib yarasının üstünə bir parça sarıması, sonra sarğının üstündən məsh etməsi, bədəninin yerdə qalan hissəsini də yuması kifayət edərdi.” (Əbu Davud, Təharət, 125/337; İbn macə, təharət, 93)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz