Müdriklərdən öyüdlər
Sizə Allahdan qorxmağı və bir neçə pis xüsusiyyətlərdən uzaq olmağı tövsiyə edirəm, həmin pis xüsusiyyətlər bunlardır:
- Həsəd. Hansı ki, həsəd edilən şəxsin sahib olduğu neymətin onun əlinən çıxmasını istəməkdir.
- Təkəbbür. Hansı ki, özünü başqalarından üstün görmək deməkdir.
- Yalançılıq. Hansı ki, hadisənin əksinə söz uydurmaq və fayadasız, boş-boş danışmaqdır.
- Qeybət. Hansı ki, insanların pisliyini onların olmadığı yerlərdə danışmaqdır.
- Hərislik. Hansı ki, dünyadan gözü doymamaqdır.
- Qəzəb. Hansı ki, intiqam duyğusuyla qanın qaynamasıdır.
- Riya. Hansı ki, elədiyi yaxşılığın Allahdan qeyrisinin qiymətləndirməsindən xoşu gəlməkdir.
- Zülm. Hansı ki, nəfsin istəklərini hərfiyyən yerinə yetirməkdir.
Bu pis xüsusiyyətlərdən qorunduqdan sonra qorxu və ümid arasında olmağını tövsiyə edirəm.
Əhməd Ər-Rüfai
***
Qorxu bildiyi günahından ötrü qəlbin Allahdan qorxmasıdır. Ümid isə Allahın vədindən ümidvar olub rahatlamaqdır.
***
Dinin yaxşı qəbul etdiyi hər şeyi yerinə yetirə bilməsəniz də əmr bil-maruf (yaxşılığı əmr) etməyə davam edin.
***
Dini qadağaların hamısından qoruna bilməzsəniz də nəhy anil-münkər (pisliklərdən uzaqlaşdırmaq) vəzifəsindən əl çəkməyin.
***
Hədisi-şərifdə belə buyurulur: “Hər kim səkkiz qrup insanla bərabər olarsa səkkiz xüsusiyyəti artar:
- İdarəçilərlə bərabər olanların təkəbbürü və qəlbi qatılığı,
-Varlılarla bərabər olanların dünyaya və dünyalıqlara hərisliyi,
-Kasıblarla bərabər olanların Allahın bölgüsünə razılıq və təslimiyyəti,
-Uşaqlarla bərabər olanların oyun və vaxt keçirmək arzusu,
-Qadınlarla bərabər olanların cəhalət və şəhvəti,
-Salehlərlə bərabər olanların ibadətə rəğbət və arzusu,
-Alimlərlə bərabər olanların elm və irfan arzusu,
-Fasiqlərlə bərabər olanların günahı və tövbəni gecikdirmək arzuları.”
***
Tövbə ilə Allahın xoşuna gələcək əməllərlə məğfirət qapısına yaxınlaşmağa çalış.
***
Günahları tərk edərərək Allahın cəza qapısından uzaqlaşmağa çalış.
***
Həqiqi möminin ümidi qorxusu qədər olmalıdır.
***
Ayağımızla tapdalayıb keçdiyimiz torpaq keçmişlərin üzləri, yanaqları, dilləri dodaqlarıdır. “Ey bəsirət sahibləri ibrət alın”. (Həşr, 2)
***
Görmürsünüzmü? Uşaq dünyaya gəldiyi vaxt dünyaya olan hərisliyindəndir ki, əlləri nəyi isə tuturmuş kimi bağlıdır. Dünyadan gedərkən də ovuclarının içi boş olduğu üçün açıqdır.
ŞƏRHLƏR