Müdriklərdən öyüdlər
* Alimlərin dünyanı sevmələri, ona qarşı istəkli olmaları gözəl üzlərinə bir ləkədir.
* Nəfsi-əmmarə (nəfsin ən aşağı mərtəbəsi) məqam sahibi və başçı olmaq sevdası üzərinə yaradılmışdır. Bu məqamda olanın bütün əməyi dost, yoldaş və tanışları üzərində başçı olmaqdır.
* Nəfsin baş olmaq, üstün olmaq xüsusundakı boş xülyalarından qurtulmadıqca əsl qurtuluşdan danışmaq cəfəngiyyatdır.
* Bu dünya üz-gözünü boyamış çirkin qadın kimidir.
* Yeyilən yeməkdən məqsəd Allaha itaətin yerinə yetirilməsi üçün güc-qüvvət qazanmaqdır.
* Əməl işləməyin vaxtı gənclikdir.
* Vaxtların şərəflisi olan gənclik çağını əməllərin ən fəzilətlisi olanlar üçün xərcləmək lazımdır.
* Fəqirlərlə söhbətdən bezib varlılarla söhbəti seçənlər nə bədbəxtdirlər.
* Möminlərə görə Allah hər şeydən dəyərli və sevimlidir.
* Bəla məhbubun qamçısıdır; sevən insanı məhbubundan başqasına iltifat etməkdən uzaqlaşdırar.
* Dərd və bəlanın bir başqa üzü də var ki, doğru sevənlə yalandan sevəni ayırd edər.
* Ağlın afəti daimi və yersiz bir mabahisə içində olmasıdır.
* İmanın afəti inkardır. Sevginin afəti şəhvət yolunu tutmasıdır.
* Haqq yolda olanların afəti məqam-mövqe sahibi olmaq arzusudur.
* Əhli-qibləni küfrlə ittiham etmə.
* Elmiylə amil olmayan, dini qayə deyil alət edən, ədəbdən xəbərsiz, nəfslərinin ardına düşmüş insan qılıqlı azğınlardan uzaq ol.
* Məhəbbət ürəkdə olan bir atəşdir, könüldə haqdan qeyrisini saxlamaz, yandırar.
* Yeməyi səni daşıyacağı qədər ye, sənin onu daşıyacağın qədər yemə.
* Dil insanın tərəzisidir.
* Dost və yoldaşların qeybətini etmək rəzillikdir.
* Minnət qoymaq səxavətliliyi puça çıxardan fəlakətdir.
* Danışırsan doğru danış, söz verirsən tut, şirin dil, insanlara salam vermək sünnədir.
* Mülayim söz və çox salamlaşmaq insanların sevgisini qazandırar
ŞƏRHLƏR