Mədineyi-Münəvvərədə Bir Başqadır Ramazan

Mədineyi-Münəvvərədə Bir Başqadır Ramazan

İlk ümrə ziyarətimi 20 il əvvəl Ramazan ayında etmək qismət olmuşdu. Budəfəki ümrə ziyarətimin ayrıcalığı təhəccüdləriylə fərqlənən son on günə təsadüf etməsi idi.

 Əhya gecələrinin də içində olduğu busəfərki ümrə bambaşqa mənəvi ləzzətlərlə dolu idi. İki yol yoldaşımla getdiyim builki Ramazan ümrəsində yaşadığım hissləri və qarşılaşdığımız bir neçə hadisənin məndə oyatdığı təəssüratı jurnalımız vasitəsiylə sizinlə paylaşmaq istədim.

Kiçik həcc  deyilən ümrə

Ümrə ziyarəti Ramazani-Şərifdə ifa edilərsə Həzrət Peyğəmbər –səllallahu əleyhi və səlləm- tərəfindən bir həcc savabı müjdəsi verilmişdir.  Ümrə ibadəti həcc ibadəti ilə müqayisədə çox sadədir. Ehramlı olaraq Kəbəni təvaf etmək, Səfa-Mərvə təpələri arasındakı səyi (qaçış) tamamlamaq və başın təraş edilməsiylə yerinə yetirilir. Ümrə bir məkanda, Kəbədə sona çatır. Həcdə isə əlavə olaraq yenidən ehrama girib Ərəfat və Müzdəlifə vəqfələrindən sonrakı üç gündə şeytanı daşladıqdan sonra hədy qurbanı var. Başın təraş edilməsi ilə ehramdan çıxılır. (Qıran həccinə niyyət edənlər isə ümrə və həcci bir ehramla yerinə yetirirlər)

…Ziyarət Aləmlərin Rəbbinin evinə, Həramına olduqda, Aləmlərin Sultanına olduqda etdiyiniz səyahət də səyahətlərin sultanı olur. Çünki o bölgədə sizin adınız artıq duyufur-Rahməndir. Yəni Allahın müsafirlərisiniz. Belə olduğu üçün də ev sahibinə qarşı daha da diqqətli olmaq gərək. İbadətlərinizin minlərlə, yüz minlərlə qat savabla mükafatlandırılacağı məkanlardasınız. Amma bir şərtlə; ehsana aparan yoldakı həssaslığı mühafizə edən haləti-ruhaniyyə içində olmaq gərək. Heç şübhəsiz ki, həccin də, ümrənin də layiq olanlar üçün çox dərin mənaları var.  

Ömrünüz boyu minlərlə, hətta on minlərlə kilometrlik məsafələrdən yönəldiyiniz və xəyali olaraq rabitə qurduğunuz məkanların havasını tənəffüs etmək çox böyük bir xoşbəxtlik və qismətdir. On altı gün ərzində tənəffüs etməyə çalışdığımız havanı Mədineyi-Münəvvərədən başlamaq şərtiylə sizinlə paylaşmaq istəyirəm.

 

Hüzuruna gəldik, ya Rəsul!

“Məni vəfatımdan sonra ziyarət edən sanki həyatımda ziyarət etmiş kimidir.” demişdin, ya Peyğəmbər! Bir səhər vaxtı əmin Həmzənin və dostların olan Uhud şəhidlərinin hüzurundan keçərək səninlə nurlanmış şəhərinə gəldik. Hüzuruna qəbul et, nə olar!..

Məhəmməd İqbal Mədinədən qayıdan hacıları ziyarət edərək verdiyi “Mədineyi-Münəvvərəni ziyarət etdiniz! Üxrəvi Mədinə bazarından qəlbinizi hansı hədiyyələrlə doldurdunuz? Gətirdiyiniz maddi hədiyyələr, təkkələr, təsbehlər, səccadələr bir müddət sonra köhnələcək və yox olacaq. Solmayan, qəlblərə həyat verən Mədinənin ruhani hədiyyələrini gətirdinizmi?” sualı Rövzeyi-Mutahharanı ziyarət əsnasında məndə fərqli şəkildə təzahür etdi. Bunları düşündüm:

Ruhi-Nəbi məndən soruşsa ki, “Ey ümmətim! Azərbaycandan hüzuruma nə ilə gəldin?”

“Hüseynlərdən, Həsənlərdən, Əhmədlərdən, Əlilərdən, Fatimələrdən, Zeynəblərdən salam gətirdim” -desəm “Salamı hər kəs göndərir və gətirir. Sən hüzuruma hansı gözəl əməlinlə gəldin?” – deyərsə o zaman nə cavab verərəm? –düşüncəsiylə hüzuri-Nəbiyə doğru irəliləyərkən özümü ona bu cür tanıtdığımı xəyal etdim. “Ya Rəsulallah! “Vəfatımdan sonra da əməlləriniz mənə çatdırılır” deyirsən. Sənə təqdim edə biləcəyim elə də çox əməlim yoxdur. Amma mən sənin ümmətinə israrla sənə salətu-salam gətirmlərini tövsiyə edən Übey bin Kəblə aranızda keçən dialoqda bütün duaların yerinə sənə salətu-salam gətirməsi dialoqunu xatırladan, hər dəfə salavati-şərifə başlayarkən vəzifələnmiş bir mələyin onu sənə çatdırdığını, səninsə çox səxavətli və ümmətini çox sevən bir peyğəmbər olaraq on misliylə cavab verdiyini, Allahın və mələklərinin sənə salətu-salam gətirdiyini, Rəbbimizin bunu bizə də əmr etdiyini davamlı xatırladan ümmətin Lokman... Daxilək, ya Rəsulallah! Şəfaət, ya Rəsulallah!” deyə-deyə atılan təlaşlı, amma ümid dolu addımların şirinliyini anlatmaq üçün kəlmələr aciz qalır.  

Babus-Səlamdan girib Cibril qapısından çıxdığınız zaman mənəvi bir süzgəcdən keçmişcəsinə paklanmış olduğunuzu hiss edirsiniz. İndi hər səhər könlünüzə qonaq etdiyiniz Fəxri-Aləmin özü sizi rövzəsinə qonaq etməkdədir.

Oralarda mənəvi əlaqələri ən güclü hala gətirə bilmək üçün zahiri atmosfer də ən zirvə nöqtədədir. Çünki Həzrət Peyğəmbərin cənnət bağçalarından bir bağça olaraq tərif etdiyi yeri də əhatə edən bu məkan qəlbin ilahi məhəbbət naxışları ilə zinətlənib ülviyyət qazandığı bir məkandır. 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz