Kapitalist Oyun(caq)lar

Kapitalist Oyun(caq)lar

Günəşin ayla yerdəyişməsinin meydana gətirdiyi bir axşam işdən çıxıb evin yolunu tutmuşdum.

 Hər zaman olduğu kimi, elə həmin gün də bir az piyada getmək qərarına gəldim. Çöldəki soyuğu hiss edib əynimi yamanca qalın eləmişdim. Nə isə, uzun sözün qısası, yolda addımlayarkən dar, ensiz küçələrin birində iki cavan oğlanın bir nəfəri divara sıxışdırıb danladığını gördüm. Yanlarında dayanan balaca uşağın qorxudan hönkür-hönkür ağlaması da elə bil qəlbimə bıçaq batırırdı. Yaxınlaşıb onları birtəhər araladım. Hə, işin iç üzü də elə burada ortaya çıxdı. Cavanlardan biri: “Qaqaş, sən qarışma, yaxşı olmaz! Bu alçaq özünün əli-ayağı sağlam ola-ola bax bu soyuqda bu balacanı diləndirir”, - deyib məni xəbərdar etdi. Bizim bu söhbətimiz əsnasında həmin “kişi” uşağı da qucağına alıb yoxa çıxdı. Cavan oğlanlardan biri arxasınca qaçsa da, digər yoldaşı onu çağırıb əl çəkməsini dedi. Özlərinə deməsəm də, onların bu hərəkətini bir növ təqdir elədim. Sağollaşıb ayrılandan sonra bu işi araşdırmaq qərarına gəldim. Evə çatanda kompyuteri açıb dünya statistikasını nəzərdən keçirdim. Ölkəmiz haqda ümumi statistik məlumatlar bildirilməsə də, bizdə də belə hallar kifayət qədər çoxdur.

Uşaq əməyi və beynəlxalq statistika

Uşaq əməyi insan inkişafı baxımından ciddi bir problem olaraq görülür. Ümumi statistik məlumata görə, dünyadakı uşaqların ümumi sayı 2,2 milyarddır. Dünyada təxminən 500.000 uşağın əsgər kimi istifadə edildiyi, Suriya, İraq, Əfqanıstan və Nigeriya kimi ölkələrdə məktəb çağında olan uşaqların evlərindən zorla qaçırıldığı və silahdan istifadə etməyə məcbur edildiyi bildirilir. Uşaq hüquqları haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiyasında (1989) uşağın təhlükəli, təhsilinə zərər verəcək, fiziki, ruhi, zehni sağlamlığına və əxlaqi, ictimai inkişafına zərər verəcək işlərdə işlədilməkdən qorunmaları lazım olduğu ifadə edilməkdədir. Dünyada işləyən uşaq sayına bağlı qəti statistik məlumatlar olmamaqla birlikdə, bu rəqəmlərin ciddi narahatlığa əsas verən həddə çatdığı bilinməkdədir.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə 5-14 yaş qrupunda işləyən uşaqların sayı 250 milyon təşkil edir. Cəmiyyətlərin gələcəyi olan bu fərdlər erkən yaşlarda iş həyatının ağır və təhlükəli şərtləri ilə qarşı-qarşıya qalmaqdadır. Bununla da çox sayda uşaq üçün iş onun insan haqlarını təməlindən sarsan bir fəaliyyətə çevrilməkdədir. Uşağın işləməsi əksər hallarda onun təhsildən məhrum qalmasına, fiziki və fikri inkişafının mənfi istiqamətdə təsirlənməsinə və nəticədə cəmiyyət cəhətdən faydalı bir fərdə çevrilməsində bir çox mənfiliyə səbəb ola bilməkdədir.

Ailədə dolanışıq

İşləyən uşaqlar ailəsinin dolanışığına kömək etmək, ya da öz xərclərini qarşılamaq məqsədi ilə günün müəyyən bir hissəsində küçədə qalır. “Küçə uşağı”ndan əsas fərqi bu uşaqların ailə əlaqələrinin davam etməsi və ümumiyyətlə, psixotropik maddələr və bənzəri maddə asılılıqlarının olmamasıdır. Statistika göstərir ki, işləyən uşaqların təhsil hüququ da qəsb olunur. Dünyada hər beş uşaqdan biri işləmək məcburiyyətində qalmaqdadır və bu uşaqlar sağlam mühit və əsas azadlıqlardan məhrumdur; fiziki, sosial, mədəni, emosional və ictimai inkişafına əngəl olan şəraitdə böyüyürlər.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlar Fondu (UNICEF) qeyd edir ki, dünya uşaqlarının dörddə biri müharibə, böhran və təbii fəlakətlərdən təsirlənən ölkələrdə yaşayır. UNICEF hesabatına görə, bu ölkələrdə yaşayan 535 milyon uşaq səhiyyə, keyfiyyətli təhsil, yemək və sığınacaq sahələrindən istifadə edə bilmir.

Müharibənin törətdiyi fəsadlar

Müharibə və qarşıdurma şəraitində yaşayan uşaqların on iki faizi Yaxın Şərq və Şimali Afrika ölkələrindədir. UNİCEF-in bildirdiyinə görə, Yaxın Şərqdə 13 milyona yaxın uşaq təhsildən məhrumdur. Hesabata əsasən, 2008-ci ilin məlumatlarına görə, dünyanın ən pis şəraitdə işləyən uşaq işçi qüvvəsi onun uşaq əməyindəki payını artırıb, 74 milyon oğlan və 41 milyon qız əlverişsiz şəraitə məruz qalır. Ümumi nəticəyə görə bu, 115 milyonu təşkil edir. Statistik məlumata görə, Sahara Afrikasında 18 yaşdan aşağı əhali 340 milyon, Yaxın Şərq və Şimali Afrikada 153 milyon, Cənubi Asiyada 585 milyon, Şərqi Asiya və Sakit Okeanda 594 milyon, Latın Amerikasında və Karibanda 197 milyon, Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyində 108 milyondur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz