İLAHİ HÜZURA HAZIRIQMI?
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Quranla) xəbərdar et. Onların Allahdan (c.c) başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar bununla pis əməllərdən qorxub çəkinərlər”. (əl-Ənam, 51)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Əbu Bəkr Vasıti (r.a) insanlara əlindən gələn qədər yardım edən, onları xeyirxahlığa təşviq edən səmimi bir insan idi. Lakin bir gün qarşılaşdığı hadisə hamını heyrətdə buraxacaq dərəcədə maraqlıdır. O, başına gələnləri belə anladır: “Bir zaman mühüm bir iş üçün yola düzəlmişdim. Addımlayarkən başımın üstündə bir quş (sərçə) uçmağa başladı. Bir anlıq qəflət əsəri olaraq əlimlə quşu tutdum. O, əlimdə ikən başqa bir quş ətrafımda həyəcanla uçmağa başladı. Mən onu əlimdəki quşun ya anası, ya da balası zənn edərək havaya buraxmaq istədim. Lakin ovcumu açdığımda artıq quş ölü idi. Doğrusu, buna çox üzüldüm. O gündən bəri məndə bir sıxıntı halı başladı; bu hal bir ilə qədər davam etdi. Bir gecə yuxumda Rəsulullahı (s.ə.s) gördüm. Bir ildir çəkdiyim sıxıntının təsirində qaldığımı və bu səbəbdən də zəifləyərək artıq ayaqda namaz qılmayacaq dərəcədə gücsüz olduğumu ərz etdim. Əvəzində Rəsulullah (s.ə.s) bunları söylədi: “Zəifliyinin və sıxıntı içində olmağının səbəbi İlahi hüzurda bir sərçənin səndən şikayət etməsidir”. Bunun üzərinə Rəbbimizdən əfv dilədim. Lakin qəbul olunmadığına şahid oldum. Bu hadisədən az müddət sonra evimizdəki pişik balalamışdı. Mən sıxıntı içində qovrularkən ilanın pişik balalarından birini yaxalamağa çalışdığını gördüm. Əsamı ilana doğru atınca o qaçdı. Pişik də balasını götürərək yuvasına apardı. Bu hadisədən sonra düzəlməyə başladım. Artıq namazlarımı ayaq üstə qılırdım. Gecələrin birində yenə Rəsulullahı (s.ə.s) yuxumda gördüm. “Ya Rəsulallah, sağlamlığıma yenidən qovuşdum”, - deyincə bunları söylədi: “Bunun səbəbi İlahi hüzurda bir pişiyin sənin üçün təşəkkür etməsidir”.
Mükəmməl bir nizam və ədalət nümunələrini heyrətlə seyr etdiyimiz kainatda zərrəsindən zirvəsinə hər bir hadisənin İlahi hüzurda bu qədər mükəmməl və dəqiq bir əks-sədası vardır. Hər bir əməl və hərəkətin İlahi hüzurdakı qarşılığını oyanıq bir qəlb ilə dəyərləndirmə bəxtəvərliyi Rəbbimizin hüzurunda titrəyərək duracağımız o böyük gün üçün Onun Uca Rəhmətini ummaq ümidlərimizə dəyər qazandıra bilər. Hüzurunda o müdhiş hesab günündə duracağımız Rəbbimizi hər yönü ilə tanıma diriliyini bir an olsun itirməməliyik. Hüzur Sahibi olan Rəbbimizi sonsuz əzəmət nişanələri ilə qəlblərə tanıdan İsmayıl Haqqı Bursəvi həzrətləri belə buyurur:
“Övladım! Sənə məlum olsun ki, Allah-Təalanın zatının və sifətlərinin sonu olmadığı kimi, həqiqətdə aləmlərin də sonu yoxdur. Çünki aləmlər ilahi isimlərin və sifətlərin əsərləridir. Zahirin sonsuzluğu batinin də sonsuzluğunu labüd edir. Bundan dolayı: “O, hər an yeni bir işdədir”(ər-Rəhman, 29) ayəsi əsasında ilahi iş və hadisələrin sonu yoxdur. O şəkildə ki, qüdrətinin kamalından dolayı iki quluna bir surətlə təcəlli etməz. Əksinə, yeni-yeni surətlər və libaslar içində təcəlli edər. Heç bir zaman iki qula tək bir surət içində təcəlli etməmişdir, nə də etməyəcək. Onun qüdrəti uca, şanı da Əzimdir və Özündən başqa ilah yoxdur”.
Bu şəkildə əmsalsız qüdrət və şan sahibi olan Rəbbimizi bütün varlığı ilə tanıma və hüzuruna hazırlanma calışmalarında Rəsulullahın (s.ə.s) könul sirdaşı olan Hz. Əbu Bəkrin (r.a) tayı-bərabəri yox idi. Mükəmməl qulluq həssasiyyəti ilə insanlıq aləminə ilahi hüzura hazırlaşma məsuliyyətini təqdim edən bu səhabənin əzmkarlığını Muhyiddin ibn Ərəbi həzrətləri necə də gözəl açıqlamaqdadır:
“Hz. Əbu Bəkrin (r.a) səhabə topluluğu arasında könlündəki bir sirr ilə xüsusilə seçildiyi bilinən bir həqiqət idi. O sirr Hz. Əbu Bəkrin (r.a) könlünə yerləşmiş və hökmü də zamanında meydana çıxmışdı. Əslində bu, qulluq məqamına ona layiq olacaq şəkildə haqqını vermək deməkdir. Başqa bir ifadə ilə: heç bir şeyi əskik qalmayacaq şəkildə Allahın haqqını vermək və peyğəmbərinin də haqqını verməkdir. Bu şəkildə Rəsulullah (s.ə.s) Hz. Əbu Bəkrin (r.a) onu dəvət edənin (yəni şəxsinin) deyil, dəvət edildiyi kimsənin hüzurunda “hazır” olduğunu anlamışdı. Bəhs edilən isə Allah-Təaladır. Hz. Əbu Bəkr (r.a) peyğəmbərdən duyduğu bütün sözlərdə şəxsinə xitab edənin və peyğəmbərin dili ilə danışanın Haqq olduğunu bilirdi. Hətta şəxsinə xitab edən hər kəsin ardında onunla danışanın Haqq olduğunu bilirdi. Allah (c.c) onun içinə elə bir həssas tərəzi yerləşdirmişdi ki, bununla o, duyduğu sözlərdə xətalı sözləri ayırd etməyi və hansını qəbul edəcəyini bilirdi”.
Rəbbimiz bizi də hüzurunda sonsuz Rəhməti və Camalının möhtəşəm təcəlliləri ilə əbədiyyən şərəfləndirəcəyi qullarından etsin! Amin!
ŞƏRHLƏR