Hədislərdə zikr-1
Аllаhı zikr etmək Аllаh Rəsulu -səllаllаhu əleyhi və səlləm- tərəfindən də təlim, təşviq və təlqin edilmişdir. Bu qədər önəmi оlаn bir ibаdətin feyzindən uzаq qаlmаq çох böyük bir itkidir.
Аncаq bu ibаdət lаyiqincə yerinə yetiriləndə ахirətə bаğlı оlаn bir çох nemətləri insаnа bəхş edir. Deməli, bunun əksi аcı bir məhrumiyyətdir.
Hz. Peyğəmbər (s.ə.s)-in hədisi-şəriflərində zikr mövzusu geniş olaraq izah edilmişdir. Bu hədislər içərisində ümumi mənada zikrə təşviq edən çox təsirli təşbeh və təmsillə ifadə edilən bir neçəsini sizinlə paylaşmaq istəyirəm:
Bunlardan ilki Rəbbimizi daha çox zikr etməyə, Ona daha çox təzim etməyə təşviq etməkdədir. Xüsusilə hədisin sonundakı əfv səhnəsi çox diqqətçəkicidir. Hər halda indidən diqqətinizi çəkdi. Sizi hədislə baş-başa qoyuram:
Əbu Hüreyrə (r.a) rəvayət edir: “Rəsulullah (s.ə.s) buyurdu ki: “Allahın yollarda dolaşıb zikr edənləri axtaran mələkləri vardır. Allah təalanı zikr edən bir qrupla rastlaşdıqda bir-birini ora çağırarlar. (Hamısı gəlib) zikr edənləri qanadları ilə dövrələyərək dünya səmasına qədər olan aranı doldurarlar. Onların halını ən yaxşı bildiyi halda Allah mələklərdən soruşar:
- Bəndələrim nə edirlər?
- Səni təsbih edir, təkbir gətirir və həmd edirlər. Sənə təzim edirlər, –deyə cavab verərlər. Allah təala yenə soruşar:
- Onlar məni gördülərmi?
- Xeyr!
- Görsəydilər nə edərdilər?
- Əgər Səni görsəydilər, əlbəttə ki, daha çox ibadət edər, daha çox təzim və təsbiih edərlər, –deyə cavab verən mələklərdən bu səfər Allah təala soruşar:
- Onlar nə istəyirlər?
- Səndən cənnəti istəyirlər.”
- Cənnəti gördülərmi? -deyər.
- Xeyr, ey Rəbbimiz! -deyərlər.
- Görsəydilər nə edərdilər?
- Əgər görsəydilər cənnətə daha çox can atar, onu daha israrla istər, ona daha çox rəğbət göstərərdilər. Allah təala soruşmağa davam edər:
- Nədən mənə sığınırlar?
- Sənə cəhənnəmdən sığınırlar, -deyərlər.
- Onu gördülərmi?
- Xeyr, görmədilər.
- Görsəydilər nə edərdilər?
- Əgər cəhənnəmi görsəydilər, ondan daha şiddətlə qaçar və daha şiddətlə qorxardılar.
Sonra Allah təala belə deyər:
- Şahid olun ki, onları əfv etdim. Rəsulullah (s.ə.s) sözünə davam edərək bunları söylədi:
Onlardan bir mələk deyər ki: “Bunların arasında filan günahkar bəndə də var. Bu, onlardan deyil. O, başqa məqsədlə gəlmişdi, təsadüfən onlara qarışdı.” Allah təala: “Onu da əfv etdim. Onlar elə bir qrupdur ki, onlarla oturanlar bədbəxt olmazlar” buyurar.”
(Buxari, Dəavat 66; Müslim, Zikr 25; Tirmizi, Dəavat 140) Bu hədisi-şərifdə Allah təalanın Quranda buyurduğu “Salehlərlə bərabər olun!” əmrinin bərəkətini görürük.
Bu dünyа həyаtındа Rəbbimizi nə qədər çох və nə ölçüdə dərindən hiss edərək аnsаq, sаbаh ахirətdə ilаhi vüsаlа bu ölçüdə nаil оlаcаğımız şübhəsizdir.
Allahın iftixarı
Rəbbimizin mələklərə qarşı iftixar etdiyi bəndələrdən olmaq istəməzsinizmi? Əgər belə bir arzunuz varsa bu hədisi diqqətlə oxuyun:
Abdullah bin Amr (r.a) rəvayət edir: “Rəsulullah (s.ə.s) ilə birlikdə axşam namazını qılmışdıq. Namazdan sonra camatdan bəziləri evlərinə getdi, bəziləri isə məsciddə qaldı. Çox keçmədən Rəsulullah (s.ə.s) sürətlə, sanki qaçaraq gəldi. Bizə dedi ki: “Müjdələr olsun! Rəbbiniz səma qapılarından birini açmış, mələklərə qarşı sizinlə iftixar edir və belə deyir: Bəndələrimə baxın! Fərzlərini əda etdilər, indi də o biri namazı gözləyirlər.” (K.Sittə, 6199)
Allahın sevinci
Biz bəndələr bir-birimizi sevindirə bilərik. Bəs, bizi yaradan Allahı sevindirə bilərikmi? Bu sualın cavabını Peyğəmbər (s.ə.s) Əbu Hüreyrə (r.a)-ın rəvayət etdiyi hədisdə belə verir:
Rəsulullah (s.ə.s) buyurdu ki: “Müsəlman namaz və zikr üçün məscidi özünə yurd etdiyi zaman (tez-tez getməyi vərdiş halına gətirdikdə) Allahın onun bu halından duyduğu sevinc eynilə qürbətdən gələn qohumuna qovuşan adamın sevinci kimidir.” (K. Sittə, 6198)
Bu iki hədisi-şərif bizə insanın yaradılışına etiraz edən mələklərə Rəbbimizin cavabını xatırlatmadımı? Sanki Rəbbimiz o günü xatırladırmış kimi bizimlə iftixar edir və Onu zikr etməmizdən böyük sevinc duyur. Elə isə edəcəyimiz iş bəllidir. Harada olsaq bizimlə birlikdə olan, bizə şah damarımızdan yaxın olan Allahı çox zikr edərək, səhər-axşam Onu təsbih edərək Rəbbimizi dünyada ikən sevib-sevindirib axirətdə “girin cənnətimə” xitabına nail olaraq xoşbəxtliyə çatmaqdır.
ŞƏRHLƏR