Edam taxtının fədakar qəhrəmanı şəhid Xubeyb bin Adi əl-Ənsari
Şair Hassan bin Sabitin “Ənsarın pak və təmiz şahini” adlandırdığı Xubeyb güclüiman sahibi,vicdanlı, mərd, səmimi və ixlaslı bir insan idi. Hər zaman böyük eşqlə ibadət edərdi.
Gecələr namaz qılar, gündüzləri oruclu keçirərdi. Həzrət Peyğəmbərə qarşı olan sevgisi və məhəbbəti dillərə dastan idi. Ömrü yetdiyi bütün hadisələrdə onun yanında oldu.Xubeyb (r.a)Bədir döyüşündə qəhrəmancasına döyüşdü və Əhli-Bədir kimi böyük mövqeyin sahibi oldu. Böyük şücaətlə savaşaraqxeyli İslam düşmənini məğlub etdi. Böyük Bədir meydan müharibəsindən düz 1 il sonra baş verən Uhud döyüşündə də Rəsulullahın (s.ə.s) yanında olan Xubeyb bin Adiy bu döyüşdə də böyük qəhrəmanlıqlar göstərdi. Müşriklər ondan intiqam almaq üçün əllərindən gələni edirdilər.
Hicri 4-cü il, miladi 625-ci ildə İslam tarixinə ər-Raci vaqiəsi kimi keçmiş bir hadisədə baş vermiş böyük xəyanət nəticəsində müşriklər Xubeybi əsir götürərək Məkkəyə gətirirlər. Bədirdə öldürülən atasının intiqamını almaq məqsədilə müşrik Huceyr bin Əbi İhab ət-Təmimi onu öldürülmək üçün satın alır. Məkkədə onu həbsə atılır. Xubeyb əsirlikdə də, ölümə aparılarkən də İslama sədaqəti, Allaha itaəti, Rəsulullaha bağlılığının, səbir və təqvasının ən zirvə nöqtəsini yaşayır. Maviyə adlı bir qadının evində həbs edilən Xubeyb haqqında sonralar müsəlman olan bu qadın deyirdi: “Mən ondan daha xeyirli bir əsir görmədim. Bir gün Xubeybi müşahidə etdiyim zaman onun əlində adam başı boyda böyük bir üzüm salxımının olduğunu və Xubeybin o salxımdan üzüm yediyini gördüm”. Maviyə deyir ki, “o zaman Məkkədə, hətta Allahın yaratdığı bütün yer üzərində üzümün bir dənəsi var idimi, yox idimi bilmirəm, amma Xubeybin əlində hər gün salxım-salxım üzüm olurdu. Sonralar başa düşdüm ki, əli-qolu zəncirlə bağlı olan Xubeybə bu üzümləri Allah ruzi olaraq vermişdi, bu, Allahın ona ikramı idi”.
Maviyə sözünə davam edir:“Əsirlikdə olan Xubeyb hər gün Qurani oxuyur, namazlarını qılır, gecələr ibadətinə davam edirdi. Quranı elə oxuyardı ki, səsini eşidən qadınlar riqqətə gələr, hönkür-hönkür ağlayardılar. Xubeybdənbir ehtiyacının olub-olmadığını soruşduqda “Xeyr! Səndən sadəcə bir istəyim var. Mənə təmiz və şirin su ver, mənə Allahdan başqası adına, bütlər adına kəsilən heyvanların ətindən vermə,bir də məni öldürmək istədikləri zaman bunu xəbər et”,- demişdi.O,əsirlikdə belə halal-harama, ibadətinə və təqvasına diqqət edən bir səhabə idi. Maviyə müşriklərin Xubeybi öldürəcəklərinə qərar verdiklərini ona bildirdikdə,bu xəbərə görə heç bir qorxu və narahatçılıq keçirmədiyini söyləyir. Maviyə deyir:“Öldürüləcəyi gün gəlib çatanda Xubeyb təmizlənmək üçün məndən ülgüc istədi. Ögey oğlum Əbu Hüseynəülgüc veribəsirə aparmasını söylədim. Uşaq gedəndən sonra qəflətən ayıldım və nə etdiyimin fərqinə vardım. Öz-özümə “and olsun, uşağı öldürüb intiqamını alacaq”,- dedim. Özümü ora yetirəndə Xubeybin uşağın əlindən ülgücü aldığını və uşağın da onun qucağında oturduğunu gördüm. Qorxduğumu başa düşən Xubeyb: “Uşağı öldürəcəyimdən qorxursan? Qorxma! Mən əslabelə bir şey etmərəm. Haqsız yerə adam öldürmək bizim şan və şərəfimizə yaraşmaz. Dinimizdə haqsız yerə cana qıymaq bizə halal deyil”.
Müşriklərin Xubeybi öldürmək üçün qərar verdikləri gün əl-qolunun zəncirini açdılar və onu Məkkənin haram bölgəsi xaricinə, Tənim adlanan yerə apardılar. Qadın, kişi, uşaq, kölə, böyük-kiçik,yaşlı-cavan - Məkkənin müşrik xalqının demək olar ki, hamısı edamı seyr etmək üçün buraya yığışmışdı. Xubeyb çox səbirli, təmkinli, sakit və məğrur görünürdü. Müşriklər Tənimdə bir çuxur qazdılar. Quru və uzun bir ağac gövdəsini çuxura basdıraraq dar ağacı hazırladılar. Xubeyb onu edam taxtına aparanlardan son dəfə“iki rükət namaz qılmaq üçün icazə istədi”. Ona bu icazə verildi. Xubeyb çox uzatmadan böyük bir sükunət və xuşu içində iki rükət namazını qıldıqdan sonra müşriklərə döndü və “Vallahi, əgər mənim haqqımda, ölümdən qorxdu və buna görə də namazını uzatdı düşüncəsində olmasaydınız, namazımı uzadardım”,- deyərək namaza olan heyranlığını dilə gətirdi. Bu hərəkəti ilə Xubeyb bin Adi qiyamətə qədər edam edilmədən və ya öldürülmədən qabaq iki rükət namaz qılma adətini qoyanilk insan oldu.Şəhidlikdən qabaq qılınan bu namaz imanın ölümə meydan oxumasıdır, bu namaz əbədiyyətin faniyə, haqqın ədalətsizliyə, zülmə meydan oxumasıdır, bu namaz bütün zalımlara “heç bir həqiqi mömini ölümlə qorxuda bilməzsiniz” mesajıdır.
Xubeyb İbn Adi daha sonra edam taxtına çıxarıldı. Edam taxtında dua edirdi: “Ya Rəbb! Mən burada düşmənin üzündən, sifətindən başqa heç bir üz görə bilmirəm. Ya Rəbb! Rəsuluna elçi olaraq göndəriləcək birini tapa bilmirəm. Ya Rəbb, Rəsulullaha salamımı sən çatdır. Əssələmu aleykə Ya Rəsulallah!”deyirdi.
Xubeybi dar ağacına qaldırıb möhkəm bağladılar. Bədirdə öldürülən müşriklərin oğulları, (40 gənc olduğu rəvayət edilir) dar ağacına bağlı olan Xubeybi qılıncları, nizə və mizraqları ilə vurmağa, müdafiəsiz bədəninideşik-deşik edərək doğramağa başladılar. Din düşmənlərinin ona etdikləri qarşısında Xubeyb böyük mətanət və səbir nümayiş etdirir, məruz qaldığı bu müsibətin və zülmün Allah yolunda olduğunu bilir, buna görə də kəsilən, yırtılan, yarılan üzvlərini gördüyü zaman kədərlənmirdi. Xubeyb: “Mən müsəlman olaraq öldürüldükdən sonra, ölümüm nə şəkildə olursa olsun, fərq etməz”,- deyirdi.Xubeyb bin Adiyə son mizraq zərbəsi endirildi.Zərbə o qədər güclü idi ki, sinəsindən girən mizraq Xubeybin çiynindən çıxdı.Vücudundan qan fışqıranvə taqətsiz bədəni dar ağacından sallanan Xubeyb bin Adison nəfəsində “əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu va rasuluh” deyərək dünyasını dəyişdi.20 yaşlı bir gənc idi, həyatının ən gözəl çağında idi, bu yaşda şəhidlik mərtəbəsinə ucaldı. İslamı cəmi 4 vəya 5 il yaşamışdı. Qısa olan ömrə böyük məna qazandırmaq budur. Az yaşayıb, çox qazanmaq budur. O, bütün qaazancını axirətə yatırmışdı. Allah da ona ən uca məqam olan şəhidliyi qismət etmiş və dualarını qəbul buyurmuşdu. Hadisəni bizə nəql edən digər səhabələr deyir ki, Rəsulullahla (s.ə.s) Mədinədə oturmuşduq, söhbət edirdik, birdən Allah Rəsulu ayağa qalxdı, qəribə hala düşdü, vəhy aldığı zamanlardakı vəziyyətə bənzər bir halda idi, üzünü və əllərini qeybə istiqamətləndirərək hərəkətləndirdi və sanki qeybdən xəbər alırmış kimi bu sözləri deyirdi: Və aleyhissələm! – Ona da salam olsun! Va aleykəssələm ya Xubeyb! – Sənədə salam olsun,ey Xubeyb! Qardaşınız Xubeyb şəhid edildi”,- buyurdu və:“O cənnətdəmənim qonşumdur”,- dedi. Allah Xubeybin son duasını da qəbul etmiş, onun edam taxtındakı salamını və son vəziyyətini Rəsulullaha (s.ə.s) çatdırmışdı. Cəbrayıl (ə) Xubeybin şəhidliyinə şahidlik etmiş və onun bu vəziyyətini Rəsulullahaxəbər vermişdi. Allahın salamı olsun onun Rəsuluna. Allahın salamı olsun Xubeyb bin Adiyə və digər səhabələrə. Allahın salamı olsun Xubeyb bin Adinin şəxsində bütün şəhidlərimizə. Allahın salamı olsun onlara tabe olub yollarında yürüyənlərə.
ŞƏRHLƏR