Ceyhun Rüstəmov: “BU TORPAQLARDA AZAD YAŞAYIRIQSA, ŞƏHİDLƏRƏ BORCLUYUQ!” -MÜSAHİBƏ

Ceyhun Rüstəmov: “BU TORPAQLARDA AZAD YAŞAYIRIQSA, ŞƏHİDLƏRƏ BORCLUYUQ!” -MÜSAHİBƏ

Rüstəmov Ceyhun Əkbər oğlu 1973-cü ildə Qəbələ şəhəində anadan olub. 1990-cı ildə orta məktəbi Qəbələ şəhərində bitirdikdən sonra Bakı İslam Universitetinə qəbul olub. 

1994-cü ildə təhsilini davam etdirmək üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Liviyaya göndərilib. Beynəlxalq İslama Dəvət Universitetində 3 il 6 ay təhsil aldıqdan sonra Azərbaycana qayıdıb. əmək fəaliyyətinə Bakı İslam Universitetinin Sumqayıt filialıda müəllim olaraq başlayıb.2003-cü ildə Qəbələ rayonuna imam təyin olunub. 2009-cu ildən etibarən İlahiyyat Məscidində imam vəzifəsində çalışır. 2014-cü ilin aprel ayından Qəbələ Bölgə Qazılığının yaranmasından sonra  bölgə qazısı olaraq fəaliyyət göstərir.

İrfan: İslamda şəhidliyin fəzilət və dəyəri nədir?

Ceyhun Rüstəmov:İnsan doğulur, böyüyür boya-başa çatır, bir müddət  həyatını sürdükdən sonra dünyasını dəyişir. Əslində ölüm yoxluq deyil,bu fani dünyadan əbədi dünyaya bir keçiddir.Hər canlı gec-tez bunu dadacaqdır.Vəsf etibarı ilə iki cür ölüm vardır: Birincisi, cahiliyyə ölümdür ki,insan heç nəyi - ailəni, vətəni, torpağı, ümməti vecinə almadan yaşayır və ölüb gedir.Buna cahiliyyə ölüm deyilir. Vəsf etibarı ilə ikinci növ ölüm isə layiqli ölümdür. Namusu, vətəni, torpağı, ailəsi uğrunda çalışaraqölənlər layiqli ölümü dadanlardır.Birdə sırf Allahın kəlamını ucaltmaqdan ötrü, çalışaraq bu uğurda üzərinə gedilən ölüm var ki,bu da şərəfli ölüm, yəni şəhidlikdir.Şəhidlər Allah qatında diridirlər, şəhidlərin şəfaəti məqbuldur. Şəhidlər yuyulmadan,kəfənlənmədən dəfn olunurlar. Qurani-Kərimdə on beş yerdə şəhidlər haqqında məlumat verilir. Bu ayələrdən birində belə deyilir:

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (əl-Bəqərə 154)

Hz. Peyğəmbərin hədislərində şəhidliyin fəziləti barədə bir çox kəlam yer almaqdadır.Bu hədislərdən birində deyilir: “Allah onun yolunda şəhid olana kəfildir”. Digər bir hədisdə isə “Qiyamət günü şəhidlər aldıqları yara ilə diriləcəklər. Yaralarından axan qandan müşk ətri gələcək”,-  buyurulur. Şəhidlikdə niyyət çox mühümdür. Belə bir hədisi-şərifdə:“İnsan səmimiyyətlə şəhid olmağı arzulayarsa, yatağında ölsə belə Allahonu şəhidlər mərtəbəsinə yüksəldər”.

Şəhidin axan qanı günahlarının kəffarəsidir. Qul haqqı xaric, bütün günahları Allah tərəfindən bağışlanır. Səhabələr şəhid olmağın fəzilətini bildikləri üçün cihad meydanlarına can atardılar. Evləndiyi gecənin səhəri cihada səfərbərlik elan olunduğunu eşidərək, yuyunmağa belə  fürsət tapmayaraq, Uhud döyüşünə qüslsüz gedən, şəhadətə can ataraq müşriklərlə vuruşaraq şəhid olan və sonra səmadan enən mələklər tərəfindən qüsl verilən Hz. Hanzala (r.a)-ın şəhidlik eşqi bütün müsəlmanlar tərəfindən bilinməkdədir.

Vətən uğrunda öldürülənlər necə, dini nöqteyi-nəzərdən şəhid sayılırlarmı?

-Alimlərimiz şəhidləri üç qrupa bölurlər. Onlardan biri dünya və axirət şəhididir. Yəni Allah yolunda sırf şəhid olanlardır.İkinci qrup isə dünya baxımından şəhid olanlardır. Bunlar başqa niyyətlərlə döyüşdə iştirak edənlərdir.Biz zahirən baxdığımıza görə şəhid olduqlarını deyirik.Belələrinin niyyəti başqa olduğuna görə onlar dünya şəhidi sayılırlar.Üçüncü qrup şəhidlər isə axirət şəhidləridir. Bunlar zəlzələdə,taun xəstəliyindən həlak olanlar, malını,namusunu qoruyaraq həlak olanlar,vətəni uğrunda şəhid olanlar və digərləridir. Vətəni qorumaq naminə xalis niyyətlə döyüşərək, mübarizə apararaq canlarını verənlər də əlbəttəki, şəhiddirlər.

- Bəs bizim şəhidlərə qarşı vəzifələrimiz nədir?

-Həzrət Peyğəmbərin həyatına baxanda şəhidlərə xüsusi sevgi bəslədiyini, onları xeyirlə yad etdiyini və arxada qoyu bgetdikləri övladlarını himayəsinə götürdüyünü görürük.Bu bizim üçün örnək olmalıdır.Əgər biz bu torpaqda azad yaşayırıqsa, müstəqil dövlətimiz varsa,buna şükür etməliyik və bu baxımdan şəhidlərimizə borcluyuq. Onların bizə miras qoyduğu torpağa, bayrağa sahib çıxaraq onları yad etməklə məsuluq. Yaxın tarixə baxanda 20 Yanvar şəhidlərinin bizim üçün örnək olduğunu görürük.Bu şəhidlər haqqında daima yazmaq,onları yaşatmaq lazımdır. 20 Yanvar hadisəsi yetmiş ildən sonar bizim üçün azadlıq vəsiqəsi oldu. Bu azadlıq vəsiqəsini isə bizə öz həyatları naminə vətən,torpaq uğunda həlak olan şəhidlər təqdim etdilər. Hər birimizin borcudur ki,övladlarımıza,gələcək nəsillərə tariximizin şəhidlik dastanını təbliğ edək.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz