DAĞ MÖCÜZƏSİ -YER KÜRƏSİNİN MİSMARLARI
“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz onlara həm kainatda, həm də onların özlərində olan dəlillərimizi mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?” (Əl-Fussilət, 53)
Yer kürəsi, içi yüksək hərarətə malik daxili təbəqə ilə soyuyub sərtləşən xarici təbəqədən ibarətdir. Bu iki təbəqəni müqayisə etsək; qalınlığı 35-40 km olanı xarici təbəqə, yer kürəsinin mərkəzinə qədər qalınlığı təqribən 6300 km olanı isə daxili təbəqədir. Geoloji hadisələr məhz bu xarici təbəqədə, yəni yer qabığında cərəyan edir. Bu geoloji hadisələrin içində dağların varlığı önəmli yer tutmaqdadır. Bu barədə Allah-Təala əl-Ğaşiyə surəsinin 19-cu ayəsində belə buyurmaqdadır:
“Dağlara (baxmırlarmı) necə dikəldilmişdir?” (əl-Ğaşiyə, 88/19)
Yenə başqa bir ayədə:
“Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!” (ən-Nəbə, 78/6-7)
Bu ayələr inkarçıların diqqətlərini təbiətə çəkərək onun nöqsansız olaraq mükəmməl yaradılışı üzərində təfəkkür etmələrini və ibrət almalarınıistəməklə bərabər təbii ki, elm dünyasına da işıq tutmaqdadır. Bunu daha da yaxşı anlamaq üçün ayədə keçən “əvtədən” sözünə diqqətlə baxmaq lazımdır. Beləki;“əvtədən” kəlməsi çadır qurulanda yerə basdırılan və çadırı ayaqda saxlayanmıx-dirək mənasına gəlməkdədir. Bu da bizə dağların yerə çüy kimi sancılmasından xəbər verir. Necəki; başqa bir ayədə belə buyurulmaqdadır:
“Dağları sağlam şəkildə sancdı”.(ən-Naziat, 79/32)
Bu həqiqətən çox maraqlı bir situasiyadır. Çünkiəvvəllər dağların yer üzərində köksüz bir şəkildə dayanan torpaq və ya qaya yığını olduğu zənn olunurdu. Sonradan geoloqlar kəşf etdilər ki, dağların özlərindən də böyük bir qismi yerin altındadır.Qurani-Kərim təkcə yüz illər sonra kəşfi mümkün olacaq bu həqiqəti möcüzəvi bir şəkildə1400 il bundan əvvəlxəbər verməklə kifayətlənməyib.Eyni zamanda, dağların bir mismar kimi yerə vurulmasınınyer kürəsinə olan faydasını daQuran ayələri ilə bizəxəbər verməkdədir. Bu haqda Loğman surəsində belə buyurulur:
“Allah gördüyünüz göyləri dirəksiz yaratmış və sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir. ....” (Loğman, 31/10)
Bu ayədə iki məsələyə toxunulmuşdur: Bunlardan birincisi göyün dirəksiz olması, ikincisi və bizim məqaləmizin mövzusu olanı isə dağların yerə sancılmasının önəmindən bəhs etməsidir. Beləki, ayədə dağların daim hərəkət halında olan yer qabığında istiqrarı təmin edən əsas amil olduğu bildirilməkdədir. Bu həm yer sürüşmələrini önləmək, həm də yer kürəsinin müvazinətini qorumaq baxımından çox böyük əhəmiyyət kəsb etməkdədir.Bu barədə alimlər sübut ediblər ki, dağ əmələ gəlmə prosesi başa çatmış yerlərdə zəlzələlər olmamaqdadır. Amma deyilə bilər ki, axı dağların olduğu yerlərdə indi də zəlzələlər müşahidə olunmaqdadır. Bu təzad təşkil etmirmi? Bunu unutmamaq lazımdır ki, həmin yerlərdə mövcud dağlar olsa da, dağ əmələ gəlmə prosesi hələ başa çatmamışdır. Ancaq bu vəziyyətdə belə, həmin cavan dağlar orada baş verən zəlzələlərin daha böyük fəsadlar törətməsinin qarşısını almaqdadır.
Bütün bunlar bir daha bizə Qurani-Kərimin istər əxlaqi cəhətdən olsun, istərsə də elm və texnologiya baxımından olsun işıq saçdığını göstərir.
Allah-Təala bizə həm maddi, həm də mənəvi yöndən hər zaman rəhbərlik edənQurani-Kərimi haqqıyla görə bilmə bəsirəti qismət eləsin!
ŞƏRHLƏR