BİR AYƏ

BİR AYƏ

هُوَ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا فَلَمَّا تَغَشَّاهَا حَمَلَتْ حَمْلاً خَفِيفًا فَمَرَّتْ بِهِ فَلَمَّا أَثْقَلَت دَّعَوَا اللّهَ رَبَّهُمَا لَئِنْ آتَيْتَنَا صَالِحاً لَّنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ { } فَلَمَّا آتَاهُمَا صَالِحاً جَعَلاَ لَهُ شُرَكَاء فِيمَا آتَاهُمَا فَتَعَالَى اللّهُ عَمَّا يُشْرِكُونَ

“Sizi bir tək candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm), ona sarıldıqda o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman, Rəbbləri olan  Allaha, “Əgər bizə saleh (qüsursuz) bir uşaq versən, həqiqətən, biz şükür edənlərdən olacağıq!” deyə dua etdilər. Ancaq (Allah) o ikisinə  qüsursuz bir uşaq verdiyi zaman,  onlara verdiyi (uşaq) barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır!”

(Əl-Əraf surəsi, 189-190)

Ayələrə nəzər saldığımız zamangörürük ki, valideyn olaraq Adəm və Həvva Allahdan sağlam bir uşaq istəyirdilər. Ancaq uşaq sağlam bir şəkildə dünyaya gəldikdən sonra onların Allaha şərik qoşduqları ifadə edilir. Bəzi İslam alimləri buradakı Allaha şərik qoşanların, məhz o ikisi deyil, onların nəslindən gələn insanlar olduğunu ifadə etmişlər. Ancaq bu izahın isabətli olduğunu deyə bilmərik. Çünki yuxarıdakı ayədə, şərik qoşduqlarını ifadə edən جَعَلَا feli təsniyə (ikilik) formasında gəlmişdir. Ərəb dilindəbu, felin iki nəfər tərəfindən icra edildiyi mənasına gəlir.

Təbəri təfsirindəbu ayənin təfsiri ilə əlaqəli belə bir hədis nəql olunur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşıb dururdu. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya “Sən ona Abdülharis adını qoy!” demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis qoydu. Bundan sonra uşaqları yaşadı. Həvvanın belə etməsi, Şeytanın vəsvəsəsi və əmri ilə olmuşdu”.Təfsirdə eyni zamanda qeyd edilir ki, Haris[1] şeytanın bir adı idi. Beləliklə onlar uşağa “şeytanın qulu” mənasında Abdülharis adını qoyaraq şeytanın adını Allahın adlarına şərik qoşdular. Ancaq Tirmizinin Sünənində də keçən bu hədis “qərib-həsən” hədis olduğu üçün bir çox təfsirçilər tərəfindən etibarlı hesab edilməmişdir.

Bu ayələrin daha düzgünizahıdigər bir qrup müfəssirin fikrincə bu şəkildədir: Adəm və Həvva dünyaya gələn uşaqlarını həddindən artıq çox sevdilər və bu sevgiləri, Allaha qarşı olan sevgilərinin önünə keçdi. Övladlarına qarşı bəslədikləri sevgidə həddi aşıb şirkə düşmüş sayıldılar. Allah-Təala onların düşdükləri bu xətadan bəhs edərək bizlərə, sevgihaqda bir xəbərdarlıq edir. Sevgidə şirk dediyimiz bu hadisə ilə əlaqədarUca Allah başqa bir ayədə buyurur: “İnsanlardan bəziləri Allahdan başqasını (Allaha)şərik qoşurlar və onları, Allahı sevən kimi sevirlər. İman gətirənlərin Allah sevgisi isə daha güclüdür”.[2]Hz. Adəmin övladları olan bizlərə düşən də odur ki, heç bir şey Allaha olan sevgimizi qabaqlamasın.

 

 


[1]Ərəb dilində “haris” sözünün hərfi mənası “əkinçi” deməkdir.

[2]Əl-Bəqərə, 165.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz