Acılar sevgiylə şirinləşər

Acılar sevgiylə şirinləşər

Loğman işində bacarıqlı, sadiq və sevilən bir kölə idi. Sahibi ona oğullarından daha çox güvənərdi. Çünki o, görünüşcə kölə idi, amma nəfsinin sahibi idi. Sahibi ondakı bu kamilliyin fərqində idi. Loğmanı azad etmək üçün münasib məqam axtarırdı. Sahibinin önünə yemək gəldikdə Loğmanı çağırar, əvvəlcə onun yeməsini istəyərdi.

 Onun yeyib-içdiklərini zövqlə yeyər, yemədiklərinə əlini vurmazdı. Bir gün Loğmanın sahibinə qovun hədiyyə etmişdilər. Həmişəki  kimi Loğmanı çağırtdı. Qovundan bir dilim kəsib ona uzatdı. Loğman ikram edilən qovunu iştahla yedi. Sahini bir dilim də verdi. Loğman eyni şəkildə onu da yedi. Loğmanın qovunu iştahla yediyini görən sahibi çox sevdiyini düşünərək, bir dilim qalana qədər hamısını ona yedirdi. Son qalan dilimi ağızına aparıb bir dişlək alında, qovunun dadının zəhər kimi olduğunu hiss etdi. Qovunun acılığından gözündən od çıxdı. Boğazı yandı. Dili qabardı. Ağızındakı acılıq getdikdən sonra, Loğmandan soruşdu “Belə acı qovunu necə iştahla yedin?” Loğman cavab verdi: “Əfəndim! Bu günə qədər sizin bir çox gözəl ikramınıza nail oldum. Acılı olduğunu bilməyərək verdiyiniz bu ikramı, geri çevirməkdən utandım. Üstəlik sizə olan sevgim qovunun acılığını mənə hiss etdirmədi.”

Acılar sevgiylə şirinləşər. Sarı dəmir yoğurulunca sevgiylə qızıl olar Bulanan sular sevgiylə durular. Dərdlər sevgiylə dərmanını tapar. Sevgi  ölünü dirildər, şahı isə sənə kölə edər.

 

 

 

Yunus Peyğəmbərin Qurtuluşu

 

Yunus əleyhissalam qövmünün iman etməməsinə əsəbləşərək onları tərk etdi. Bir dəniz sahilinə gəldi. Orada bir balıq onu uddu. Yunus peyğəmbər balığın qarınında Allahı zikr etməyə başladı. O peyğəmbər qırx gün-qırx gecə balığın qarınında qaldı. Orada Allaha yalvarmağa, Onu zikr etməyə davam etdi. Etdiyi təsbehin bərəkətiylə balığın qarınından xilas olub, bir sahilə çıxdı. Allah Təala Qurani-Kərimdə Yunus əleyhissalamın balığın qarınında təsbehi sayəsində xilas olduğunu, yoxsa qiyamətə qədər orada qalacağını bildirməkdədir.

 Bu dünya bir dənizdir. Bədən də o dənizinin balığıdır. Ruh isə ilahi nuru görə bilməməsindən ötəri, balığın qarınındakı Yunus peyğəmbər kimidir. Bədən balığı içində həbs edilən ruh Allahı təsbih edərək qurtuluşa çatar.

İBRƏTLƏR

 

Elmin şeytan üzərindəki qələbəsi

Əbdülqadir Ceylani həzrətləri bir gün başına gələn hadisəni belə danışır:

Bir gün gözümün önündə bir nur peyda oldu və bütün üfüqü bürüdü. Nə olduğunu öyrənmək üçün baxdıqda nurdan bir səs gəldi:  

“- Ey Əbdülqadir, mən sənin Rəbbinəm. Bu günə qədər etdiyin saleh əməllərindən o qədər məmnunam ki, bundan sonra sənə haramları halal etdim.” - dedi.

 Xitab bitər-bitməz bu səs sahibinin şeytan olduğunu anladım:

“ - çəkil get, ey məlun! Göstərdiyin nur, mənim üçün əbədi bir zülmətdir” - dedim.

Bunun müqabilində şeytan:

“ - Rəbbinin sənə ehsan etdiyi hikmət və fərasətlə yenə əlimdən xilas oldun! Halbuki mən yüzlərcə insanı bu üsulla yoldan çıxarmışdım” - deyərək uzaqlaşdı.

əllərimi ulu dərgaha açdım, bunun Rəbbimin mərhəməti olduğunu dərk edərək Allah-Təalaya şükürlər etdim.

Bu sözləri dinləyən camaatdan biri soruşdu:

“ - Ey Əbdülqadir, onun şeytan olduğunu haradan bildin?”

Əbdülqadir Geylanı (quddisə sirruh) cavab verdi:

“ - Sənə haramları halal etdim, deməyindən!... ”

 

Qənaət

Bir gün iftar zamanı çörək bişirilən qapının ağzına görkəmi, hər gözün görə bilməyəcəyi bir nəciblik daşıyan uzun ömür sürmüş bir adam gəldi. İzdiham dağıldıqdan sonra çörəkçiyə:

“- Oğlum, bu gün çörək pulumu qazana bilmədim. Əcəl gəlməsə sabah ödəmək şərtiylə mənə dörddə bir hissə çörək verərsən?” - dedi.

Onun çöhrəsi qızarmış, səsi də titrəyirdi. Çörəkçi:

“- Bu nə sözdür babacan? Sənə dörddə bir hissə çörək deyil, bütöv çörək verərəm. Halalın olsun, pula ehtiyac yoxdur.” - desə də, o qərib adam:

 “- Yox balam, dörddə biri yetər... Bəlkə məndən başqa üç yoxsul da gəldi. həm də ancaq dörddə biri qədər üzümü qızarda  bilərəm. Artığına dözə bilmərəm. Dörddə birini də sabah borcumu ödəmək şərtiylə götürürəm.” -dedi.

Çörəkçi çaşqın halda dörddə bir hissə çörəyi ona verdi. Çörəyi öpərək götürən biçarə adam yavaş və səssiz addımlarla oradan uzaqlaşdı. Qarşıdakı küçənin tinində qabağına bir köpək çıxdı. Yalvarışlı gözlərlə sanki ac olduğunu başa salaraq qocaya baxırdı. Nur üzlü mübarək adam; “demək yarısı səninimiş!” - deyərək, dörddə bir çörəyin yarısını köpəyə üzatdı. Sonra məscidə doğru addımladı. Əlində qalan bir loğma çörək və bir neçə udum su ilə iftar etdi. Bu nemətləri ehsan edən Allaha şükür etdi.

Ertəsi gün bir dükançı:

“- Babacan, bu qarşıdakı bulaqdan su tuluqlarımızı doldur, sonra da yeni gələn bu əşyaları içəri daşı!” - dedi və bunun əvəzində ona bir lirə verdi.

Qərib adam dərhal çörəkçinin yanına qaçdı və dörddə bir çörəyin borcu olan 25 quruşu təqdim etdi. Çörəkçi pulu nə qədər götürmək istəməsə də o nur üzlü adamın təkidli ricası qarşısında həddindən artıq dayana bilmədi; gözləri dolmuş halda borcu qəbul etmək məcburiyyətində qaldı. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz