Saləbə Hədisindən Günümüzə Əkslər
Qloballaşan kapitalist dünyada hər şey maddi güc üzərinə bina edilib. İnsanların dəyəri artıq bu güclə müəyyənləşir və ona görə qiymət qazanır. Hətta ailədaxili münasibətlərdə də kapitalist güc öz təsirini göstərir.
Təbii ki, bu arzu edilməz hal müsəlmanlara da sirayət edir. Əlbəttə, İslam dini əsla varlı və güclü olmağa qarşı deyil, əksinə hər zaman buna təşvir edir. Şanli Peyğəmbərimiz güclü və zəngin müsəlmanın zəif müsəlmandan daha yaxşı və daha faydalı olduğunu ifadə etmişdir. (Müslim qədər 34.)
İslam dinində maddi güc məqsəd deyil, vasitədir. Yəni əbədi səadətə çatmaq üçün bir körpüdür. Könül insanları insan və maddiyyət əlaqəsini su və gəmiyə bənzədirlər. Gəminin üzməsi üçün suya ehtiyac var, amma su gəminin içinə dolduğu zaman fəlakət baş verər. Maddiyyat da belədir. Maddi varlıq cibdən qəlbə keçərsə, insanın mənliyini itirməsinə və məqsədindən uzaqlaşmasına səbəb olar, nəticədə dünya onu udar və yox edər. İslam dininə görə hər şey məqsədinə uyğun istifadə edildikdə rəhmət, əks halda isə bədbəxtçilikdir. Bu təhlükəni ən gözəl şəkildə anladacaq bir hədisi nəzərinizə çatdırmaq istəyirəm. Hədisin mətni uzun olduğu üçün ixtisarla verirəm. Hədisin şərhi oxucuya aiddir.
Rəvayət edildiyinə görə Saləbə bin Xətib Peyğəmbərimizdən “Ya Rəsulallah! Allaha dua et, mənə var-dövlət versin”- deyə xahiş edir. Peyğəmbər (s.ə.s) sanki gələcəkdə olacaq təhlükəni hiss edirmiş kimi, ona belə cavab verir. “Ya Saləbə, sükrünü əda etdiyin az mal, sükür edə bilməyəcəyin çox maldan daha yaxşıdır.” Amma Saləbə Peyğəmbərdən yenə eyni şeyi istəyir. Bunun müqabilində Peyğəməbər ona bu cavabı verir: “Ya Saləbə! Məni örnək götürmək istəmirsən? Allahın Rəsulu kimi olmaq istəmirsən? Canımı əlində tutan Allaha and içərək deyirəm ki, əgər istəsəydim dağlar mənim üçün qızıl və gümüş olardı.” Ancaq könlünü mal-mülk sevdasına həsr edən Saləbə yenə israrla var dövlət istədiyini dilə gətirərək belə deyir: “Səni haqq din ilə göngərən Allana and olsun ki, mənə var dövlət vermək üçün Allaha dua etsən, hər haqq sahibinə haqqını verəcəm.” Bu qədər isrardan sonra Peyğəmbər (s.ə.s) “Ey Allahım! Saləbəyə var-dövlət ver!”-deyə dua edir və Allah Saləbəyə qoyun-quzu nəsib edir.
Bu qoyunlar sürətlə artıq. O qədər artıq ki, Mədinəyə sığmadığı üçün Saləbə daha geniş əraziyə köçmək məcburəyyətində qalır.
Məscidə olan sevgi və bağlılığına görə “Məsçid quşu” ləqəbi verilən Saləbə artıq məşğuləyyətindən ötrü sadəcə ikindi namazını məsciddə camaatla, digərlərini isəevdə qılır. Qoyun sürüləri durmadan artır. Saləbə artıq sadəcə cümə namazlarını məsçiddə qılmağa başlayır və nəhayət cümə namazına da gəlməməyə başlayır. Məscid quşu artıq məscidə uğramaz olur.
Nəhayət Peyğəmbərimizin zəkat toplamaq üçün göndərdiyi zəkat məmurlarına: “bu etdiyiniz xərac almaqdır” -deyərək dünya hərisliyinin gözünü necə kor etdiyini dilə gətirir. Müxtəlif bəhanələrlə zəkat verməkdən boyun qaçırır.
Məmurlar vəziyyəti Peyğəmbərə danışdıqda çox kədərlənərək: “Saləbəyə yazıq oldu”-dedi. Allah bu ayələri nazil etti: (Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdir: "Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq. (Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!. (Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı.(ət-Tövbə, 75-77)
Saləbə bunu eşiddikdə çox peşman olur. Peyğəmbərin hüzuruna çıxaraq zəkat vermək istədisə də Peyğəmbər (s.ə.s) “Allah sənin malını qəbul etmir” -deyərək geri qaytarır. Qısa bir müddət sonra Peyğəmbərimiz vəfat edir. Saləbə zəkatını xəlifələr olan Hz. Əbu Bəkrə, Hz. Ömərə, Hz. Osmana verməyə çalışsa da onlar Peyğəmbərin almadığı zəkatı geri çevirdilər. (Rəvayətin tamamı üçün bax. İbn Həcər, Usdul-ğabə, I cild səh. 284-285 )
Unutmayaq ki, mal-mülk, oğul-uşaq, hamısı Allah tərəfindən bizə verilən imtahan vasitəsidir. Hər şeydə hədəf Allah rizasıdır. Allah bizi şükrünü əda edə bilməyəcəyimiz var- dövlətdən qorusun!
ŞƏRHLƏR